Martın 10-da dahi aktrisa Nəsibə Zeynalovanın vəfatının ildönümüdür. Xalq arasında o, yalnız sevimli və deyingən «qaynana»dır. Bu, aktrisaya böyük populyarlıq gətirən komediyalardan biridir, bu film ildən-ilə baxılır və heç vaxt cansıxıcı olmur.

İstedadı, səmimiliyi və sadəliyinə görə Nəsibə Zeynalovanı hamı sevir. Dahi aktrisanın yubileyi dövlət səviyyəsində qeyd olunur. Azərbaycan gənclər teatrı və Taqanroq limanında neftdoldurma tankeri Nəsibə Zeynalovanın şərəfinə bu görkəmli sənətkarın adını daşıyır. 2000-ci ildə isə,Rusiya paytaxtında Nəsibə Zeynalova adına Moskva gənclər teatrı açılmışdır.

Ağır tale

Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı Nəsibə Zeynalova 20 aprel 1916-cı ildə yetərincə təmin olunmuş bir ailədə anadan olmuşdur. Onun atası Cahangir Zeynalov – milli realist aktyorluq məharəti məktəbinin təsisçisi, eyni zamanda, tacir olmuşdur.

Atası istəyirdi ki, qızı onun işini davam etdirsin və atanın arzusu gözündə qalmadı – Nəsibə onun yolunu ləyaqətlə davam etdirdi. Şöhrətə aparan yol asan deyildi, lakin Nəsibə bu çətin və keşməkeşli yolu başıuca və alnıaçıq keçə bildi. Təəssüf ki, atası qızının uğurlarının şahidi ola bilmədi, belə ki, 1918-ci ilin noyabrında İrandan Vətənə qayıdarkən tif (yatalaq) xəstəliyindən dünyasını dəyişdi. Təəssüf ki, qız atasını o qədər də xatırlamırdı, çünki o rəhmətə gedərkən Nəsibənin cəmi ikicə yaşı vardı.

Nəsibə anası Hüsniyyə ilə qəpiksiz, pul-parasız qaldı. Anası ikinci dəfə ərə getmək qərarına gəldi, lakin nikah uğurla nəticələnmədi. Stress və sarsıntılar Hüsniyyə xanımın səhhətinə mənfi təsir göstərdiyindən kiçik Nəsibə 14 yaşından işləməyə məcbur oldu. O,əvvəlcə ipəkqurdu üçün qovluq hazırlamağa başlayır ki, bu, ailənin dolanışığına kifayət etmir.O özünü həmçinin mühasib köməkçisi, tramvay parkında tabelçi və hətta anbarda fəhlə kimi sınaqdan keçirməli olur.

İstedad diqqətdən kənarda qalmır

Nəsibə Zeynalova həmişə kütlədən seçilirdi. Nəsibə Zeynalovanın şərqsayağı parlaq xarici görünüşü və istedadı onu nəinki yaxşı bir aktrisa olmağa, həm də gözəl rəqs etməyə gətirib çıxardı. O vaxt truppa direktoru olan Şəmsi Bədəlbəyli qızdaki yaradıcı potensialı görüb hiss etdi. Qızı filarmoniyada işləməyə də elə o dəvət etdi. 1937-ci ildə isə o, Rza Təhmasibin dram dərnəyinə daxil olmuş, teatr truppasının tərkibində Azərbaycan şəhərlərinə qastrol etmişdir.

Lakin gələcək səhnə ulduzu bununla kifayətlənmirdi. O, Bakı teatr məktəbinə daxil olur, bir qədər sonra isə Azərbaycan dövlət musiqili komediya teatrında birinci dərəcəli aktrisaya dönür və eyni zamanda teatr texnikumunun aktyorluq fakültəsində təhsilini davam etdirir. Təhsilini Azərbaycan incəsənət institutunu bitirməklə başa çatdırır.

Nəsibə Zeynalovaya Aleksandr Тuqanov, Məhərrəm Haşımov, Ağasadıq Gəraybəyli kimi məşhur müəllimlərin yetirməsi olmaq şərəfi qismət olmuşdu. O, texnikumda təhsil aldığı zaman tez-tez teatrda çıxış edərdi. Ən məşhur rollar arasında Elvira (Jan Batist Molyerin «Don Juan»), Katarina (Vilyam Şeksprin «Şıltaq qızın yumşalması») və digərləri də vardı.

Nəsibə xanım yalnız teatrda oynamamış, həmçinin kinoda da çəkilmişdir. O, Azərbaycan klassik operettalarında, xüsusilə Üzeyir Hacıbəyovun «Ər və arvad», «Arşın mal alan», «O olmasın, bu olsun» və s. kimi operettalarında oynamışdır. Ancaq o, «Кеtо və Коtе», «İki ağanın nökəri», «Sevgi çiçəyi», «Şirin arzular», «Qızın anası» kimi operalarda da fəaliyyət göstərmişdir…

Ancaq gözəl yumor hissilə fərqlənən Zeynalovada komedik rolları oynamaq daha yaxşı alınırdı. O, Хаnpəri, (Mirzə Fətəli Axundzadə «Dərviş Мəstəli şah»); Nargilə («Gözün aydın», Мəhərrəm Əlizadə və Fikrət Əmirov); Şərəf və Nisə («Leylək», Süleyman Rüstəm və Səid Rüstəmov); Züleyxa («Ulduz», Sabit Rəhman və Süleyman Ələsgərov); Cənnət xala («Qaynana», Məcid Şamxalov və Zakir Bağırov)kimi rolların öhdəsindən məharətlə gəlirdi. Bu siyahını davam etdirmək olar, çünki ona 40-dan artıq rol daxildir.

Özünü tamamilə yaradıcılığa həsr etməsinə baxmayaraq, o, ölkənin siyasi həyatında da iştirak etmək imkanı tapırdı. 1961-1987-ci illər arasında o, xalq deputatı timsalında 11 dəfə xalq deputatları sovetinə seçilmişdir.

Bütün həyatı boyu bircə sevgi

Nəsibə Zeynalovanın həyat yoldaşı tanınmış musiqiçi Мütəllib Novruzov idi. Həyat yoldaşının ölümündən sonra aktrisa, demək olar ki bir növ öz daxili aləminə qapılmışdı. Hər şey isə mərhum aktyor Mirzə Babayevin onları tanış etdiyi aktyor qrupundaki tanışlıqdan başladı. Özü də hər şey tipik Qafqaz həssaslığı və emosianallığı ilə baş vermişdi. O, qəlbinin xanımını qısqanırdı və bir gün oğlanların yanında ucadan gülməsini ona irad tutmuşdu. «Haqqın yoxdur», -deyə o qıza bir sillə vurmuş, bunun ardınca isə qəflətən öpmüşdü. Nəticədə isə onların oğlu Cahangir Novruzov dünyaya gəlmişdi. Yeri gəlmişkən, o, sonralar öz qızını anasının şərəfinə Nəsibə adlandırmışdır

Xalqın yaddaşında

Nəsibə Zeynalova 10 mart 2004-cü ildə ömrünün 88 sinnində, özü də sanki təsadüfən dünyasını məhz teatr günü dəyişir. O, Bakıda Fəxri xiyabanda dəfn olunur. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev münasibətilə onun vəfatı ilə əlaqədar Nəsibə xanım Zeynalovanın xatirəsinin əbədiləşdirilməsi haqqında fərman imzalayır. Onun çərçivəsində mərhumun dəfn olunduğu yerdə memorial abidə və görkəmli aktrisanın öz həyatının son illərini yaşadığı evin divarında xatirə lövhəsi qoyulmuşdur.

Aktrisa bütün həyatı ərzində 17 mükafata layiq görülmüşdür ki, onların arasında «Şöhrət», Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı, Xalqlar dostluğu və «Şərəf Nişanı» ordenləri və daha doqquz medal: «Vladimir İliç Leninin100 illiyinin qeyd olunması», «1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə», «1941-1945-ci illər Böyük Vətən müharibəsində şücaətli əməyə görə», «1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin iyirmi ili», «1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin otuz ili», «1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin qırx ili», «1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 50 ili», «Əmək veteranı» və «Teatr xadimləri ittifaqı» medalları durur.

Dahi aktrisa haqqında xatirələr

Qeyd etmək lazımdır ki, hələ sağlığında Rauf Kazımovski onun yaradıcılığına dair «Aktrisanın təbəssümü» adlandırdığı televiziya filmi çəkərək tamaşaçılara təqdim etmişdir. A. H. Səfəroğlu böyük aktrisa Nəsibə Zeynalovanın həyat və yaradıcılığını əhatə edən «Ayın görünməyən tərəfi» kitabını yazmışdır.

«Nəsibə Zeynalovanın yaradıcılığı ilə 1978-ci ildə, cəmi altı yaşında ikən tanış olmuşam. Sevimli anam bacımla məni «Qaynana» filmının premyerasına aparmaq qərarına gəlmişdi. İllər geçirdi, mən isə bu böyük aktrisanın yaradıcılığının təsiri altında idim. 1993-cü ildə həyatımda KVN (Şən və hazırcavablar klubu) peyda oldu və indi mərhum rejissor Fikrət Əliyev məni görərək, «Yuxu» filmində çəkilməyə dəvət etdi. Mən məhz orada, elə çəkiliş meydançasında, ulu aktrisa ılə tanış oldum», — deyə Nəsibə Zeynalova haqqında xatirələrilə ailənin dostu, Şən və hazırcavablar klubunun əfsanəvi «Bakılı oğlanlar» komandasının iştirakçısı, Azərbaycan aktyoru, publisist, Respublikanın əməkdar artisti Bəhram Bağırzadə Dalma Newslə bölüşür.

O, danışır ki, «Qaynana» filmındən başqa, o, «Bizim Cəbiş müəllim» və ya «Cəbiş müəllim yadımdadır» filmıni çox sevir. «O, həmçinin «İlk baxışdan məhəbbət» Gürcüstan filmində çox gözəl oynamışdı. Onun teatr sahəsivdəki roluna ayrıca qiymət vermək lazımdır. O «Hicran» tyamaşasında unudulmaz alverçi obrazı yaratmışdır. Biz — yeni nəsil aktyorlar öz ustadlarımızdan dərs alıb öyrənmişik. Onlardan biri də Nəsibə Zeynalovadır. Yeri gəlmişkən, mən rejissorluq fakültəsinə daxil olarkən onun oğlu və gəlini mənə institutda dərs demişlər. O vaxtdan bəri bizim ailə dostluğumuz davam edir. Cahangir və onun qızı Nəsibə xanım ilə görüşərkən biz tez-tez böyük aktrisanı xatırlayırıq, onun ruhunun rahatlığı üçün dua oxuyuruq. Mən onların ailəsini çox sevirəm, onlara cansağlığı və bütün dünya nemətləri arzulayıram», — deyə o, bildirdi.

Bəhram Bağırzadə xatırlayır ki, Nəsibə xanım çox ağıllı bir qadın idi. «Mən həm gündəlik həyatda, həm də çıxışlar zamanı tez-tez onun ifadələrini işlədirəm», — deyə o sözünə yekun vurdu.

 

Hazırlayanı Таtyana Ələkbərova