Oğlan uşağı teatr rəssamı və dram aktrisası ailəsində doğulduqda, üstəlik məşhur bəstəkar babaya malik olduqda onun həyatının mütləq incəsənətlə bağlı olacağını düşünmək üçün ciddi əsaslar yaranır. İndiki halda bu, elə belə də olmuşdu, ancaq həmin oğlanın hansı zirvələrə çatacağını və öz pərəctişkarlarının sonsuz sevgisinə nə dərəcədə çox nail olacağını heç kəs əvvəlcədən təsəvvür edə bilməzdi.

Ağır illərdə doğulan

Oğlanın adını Müslüm qoydular, o, dəhşətli və amansız 1942-ci ildə, düzdür, od-alov püskürən müharibədən uzaqda – Bakıda dünyaya gəldi. Atasını xatırlamırdı: demək olar ki, oğlu dünyaya gələndən dərhal sonra Məhəmməd Maqomayev səfərbər olundu, lakin tale üzünə gülmədi – o, Qələbəyə bir neçə gün qalmış Berlinin girəcəyində həlak oldu. Yetərincə tanınmış aktrisa olan Ayşət (səhnə təxəllüsü Kinjalova) ərinin qara kağızını alandan sonra Bakıdan Maykopa, daha sonra isə Vışniy Voloçekə yola düşdü.

uzn_1471423762Müslüm atasının qardaşı, ciddi qayda-qanun, nizam-intizam tərəfdarı, eyni zamanda öz qardaşoğluna münasibətdə ədalətli olan əmisi Camalın himayəsində qaldı; o elə etdi ki, Müslüm özünü yetim hiss etmədi. Camalın musiqi təhsili olmasa da, o, fortepiano və royalda yaxşı çalır və Müslümün qeyri-adi istedada malik olduğunu və bu istedadı inkişaf etdirməyin vacibliyini dərk etmişdi. Əmisinin müntəzəm himayəsi altında yüksək musiqi istedadı, cazibəli və son dərəcə təmiz səsə malik olan Müslüm Bakı konservatoriyasının nəzdindəki musiqi məktəbinin kompozisiya və fortepiano sinfinə daxil olur.

Ancaq burda məlum oldu ki, Ayşət oğlu üçün möhkəm darıxmışdır və Müslüm sevinclə onun yanına – nəhəng Bakıdan sonra tamamilə başqa bir dünyaya, kiçicik Vışniy Voloçekə üz tutdu. Burada onu incəsənətin başqa bir növü ilə – teatrla, özü də parterdən deyil, daxildən olan yaxınlq və ünsiyyət gözləyirdi. Bu, həm məşqlər, həm orkestrlə sazlanarkən alətlərin sirli səsləri, həm də pərdəarxasının təkrarolunmaz və sehrli iyi idi.

Bir il sonra anası onu geri – Bakıya göndərdi. Nə deyəsən, burada Voloçekdən fərqli olaraq musiqi dərsləri üçün daha ciddi imkanlar var idi. Müslüm təcrübəli vokalçıların dərs verdiyi Bakı musiqi məktəbinə daxil olur. Müğənni ömrü boyu yəqin bənzərsiz ifaçını tanıyıb seçərək boş vaxtlarında onunla həvəslə məşğul olan, məxsusi olaraq Müslüm üçün dəfələrlə ifa olunmuşun surətini deyil, öz oriıjinal ifasını yaratması üçün az məşhur bəstəkarların nadir əsərlərini axtarıb tapan konsertmeyster Tamara Kretinqenə sonsuz minnətdarlıq bəsləmişdir. Müslüm səsinin yeniyetmə mutasiyasından uğurla yayına bilmiş və ona bircə şey qalirdi – tərəqqi.

Ölməzliyə ilk addım

Bəlkə də, onun tamaşaçılar qarşısına ilk növbədə, onun özü üçün ilk mühüm çıxışı özbaşına Bakı Dənizçilər evindəki konsertə getdiyi vaxt olmuşdur ki, Müslümü oraya çıxış etmək üçün dəvət etmişdilər. Özbaşına ona görə ki, ailə 15 yaşlı yeniyetməyə səsini itirə biləcəyindən ehtiyat etdiyi üçün hələlik tamaşaçılar qarşısında solo çıxışlara qadağa qoymuşdu. O isə, öz səsinin tam yetişmiş olduğunu düşünərək çıxış etmək qərarına gəlmişdi. Həmin çıxışın nə kimi uğur qazanması indi artıq məlum deyil, lakin ehtimal etmək olar ki, gənc istedad ondan çox ruhlanmışdı.

Şübhəsiz ruhlanmışdı, belə ki, artıq 1961-ci ildə Müslüm Maqomayev Bakı hərbi dairəsi mahnı və rəqs ansamblının solisti olur, müğənninin ilk qastrol səfərləri də hələlik yalnız Zaqafqaziya üzrə elə o zaman olmuşdu. Bundan sonra onun müğənnilik karyerası yalnız yüksələn xətt üzrə gedirdi.

magomaev_201431Elə öz 19 yaşlarında Maqomayev artıq sözün əsl mənasında məşhurlaşdı ki, bu Helsinkidəki gənclər festivalında onun məşhur «Buxenvald nabatı»nı heyrətamiz ifasından sonra baş vermişdi. Eyni nabat 1963-cü ilin martında Kreml sarayının səhnəsindən Sovet televiziyasının efirini də partlatdı və iyirmi yaşlı Müslüm bütün böyük bir ölkədə dərhal məşhurlaşdı. Uğur o dərəcədə qeyd-şərtsiz idi ki, belə solo konsertlər bir-birinin ardınca, özü də adi yerlərdə deyil, məsələn, Lujniki İdman sarayında və Çaykovski adına zalda yağış kim səpələnirdi. Son dərəcə tələbkar adam olan Klavdiya Şuljenko bir dəfə demişdi:

Maqomayev çıxan kimi bu bir hadisə, yenilik və yaranış oldu. O, bütün gənclərdən bir baş yuxarıda idi. O, hamının dəlicəsinə xoşuna gəlirdi

Maqomayev Azərbaycan opera və balet teatrının solisti olmaqla yanaşı, estrada konsertlərində ağzınacan dolu zallar toplamaqda davam edir. Aydın olur ki, növbəti pillə – dünya miqyaslı səhnə və salonlardır. Bütün bunlar çox tez baş verdi.

Milan. «La Skala» və digərləri

1964 və ondan sonraki ili Maqomayev İtaliyada, məşhur Milan teatrı «La Skala»da stajirovkaya sərf etdi. Vaxtilə hansısa bir həqiqətmi, yoxsa əfsanəmi gəzirdi ki,ona əsasən gənc solistə Milan teatrının truppasına daxil olmaq təklifi edilmiş, ancaq Maqomayevin estradaya olan meyli daha üstün olmuşdur. Yəqin təklif olubmuş, amma burada Maqomayevin imtinasının səbəbi açıq-aşkar başqadır.

1966 1969-ci illərdə Maqomayevin Paris «Olimpiya»sındaki solo konsertləri anşlaq şəraitində keçmişdir. Olimpiyanın müdiriyyəti müğənniyə bir illik müqavilə təklif etmiş (bu məlumatlar artıq həqiqətəuyğun və etibarlıdır), ancaq sovet mədəniyyət nazirliyi işə qarışaraq Maqomayevin hökumət konsertlərində çıxış etməli olacağını səbəb göstərib, parislilərə rədd cavabı vermişdir. Мədəniyyət nazirliyi habelə, müğənniyə ümumiyyətlə müstəqil qərarların qəbulunu qadağan etdi, buna məhəl qoymamaq isə mümkün deyildi – axı bu, Vətənə xəyanət də daxil olmaqla ciddi ittihamlarla nəticələnə bilərdi.

Moskvaya qayıtdıqdan sonra Maqomayev Böyük teatr truppasının tərkibinə daxil olmaq təklifi aldı. Lakin müğənni ya özünü teatr cədvəlilə bağlamaq istəmədiyindən, ya da artıq ziddiyyət ruhu ilə prinsipə gedərək qətiyyətlə imtina etdi. Həmin illər onun repertuarı– öz ifasından sonra dərhal populyar olan opera ariyalarından tutmuş şlyagerlərədək olduqca geniş idi, estrada mahnıları (onun ifasında SSRİ-də ilk dəfə olaraq məşhur Beatlesin Yesterday mahnısı səsləndirilib), rus romansları və əlbəttə, vətənpərvər ehtiras və coşğunluq ki, onun əlindən qurtarmaq olmaz. Sovetlərin Dövlət mükafatları durmadan elə hey axır, onlara həm də beynəlxalq mükafatlar əlavə olunurdu: Sopotdaki birinci mükafat, Kanndan gətirilən «Qızıl val» və bir çox başqaları. Tелеviziyanın heç bir bayram verilişi Müslüm Maqomayevsiz keçinmirdi.

23Ancaq bütün dövrlərdə olduğu kimi, belə bir dahi dəyər paxıllarsız, o cümlədən istənilən hər hansı bir alçaqlığa hazır olanlarsız keçinə bilməzdi. Bəs 1960-cı illərin sonunda baş vermiş tarixçəni kiminsə törətdiyi alçaqlıq və ya əclaflıqdan başqa daha necə izah etmək olar!?

Azərbaycandan… kənara çıxmamaq

1960-cı illərin sonunda Müslüm Maqomayev hardansa öyrənir ki, Rostov filarmoniyası maliyyə çətinlikləri yaşayır, Don kazakları mahnı və rəqs ansamblının Moskvada nəzərdə tutulan qastrolları üçün layiqli geyimləri belə yoxdur. Maqomayev konsertlə kömək göstərməyə razı olur və Rostov-Donda iynə salmağa yer olmayan və o vaxt 45 min adam tutan yerli stadionda konsert verir. Maqomayevin yalnız bir hissədə çıxış etməsi nəzərdə tutulmuşdu, ancaq kütlə öz sevimlisini heç cür buraxmaq istəmədiyindən o, stadionda iki saatdan artıq qalmalı olmuşdu.

Bu çıxışa görə ona o vaxt tədbirin bir hissəsində iştirak üçün qanunla nəzərdə tutulan 202 rubl əvəzinə 606 rubl ödənildi. Tədbirin adminstratorları, əmin etdilər ki, onun üçün belə stavka tamamilə qanunidir və Mədəniyyət nazirliyi tərəfindən təsdiq olunmuşdur. lakin sən demə, bu, heç də belə deyil. Bu qəribə əhvalat ОБХСС (rusca, Sosialist mülkiyyətini mənimsəmə ilə mübarizə şöbəsi) xətti ilə cinayət işi qaldırılmasına səbəb oldu.

0_97eb0_2f69d067_XLO vaxt bu haqda Paris «Olimpiya»sında çıxış edən Maqomayevə xəbər verərkən o, şok vəziyyətinə düşmüşdü. Mühacir dairələr ona hər şeyə tüpürüb Fransada qalmağı təklif etdilər, lakin Maqomayev SSRİ-yə qayıtmağı üstün tutdu, belə ki, öz torpağından uzaqdaki həyatı heç cür təsəvvür etmir və şübhəsiz, açıq-aydın başa düşürdü ki, onun mühacirəti SSRİ-dəki qohumlarını ağır və çətin vəziyyətə sala bilər.

Araşdırmalar aldığı pul üçün rəsmi sənəddə qol çəkən Maqomayevin heç bir günahı olmadığını dəqiqləşdirsə də, bununla belə, SSRİ Mədəniyyət nazirliyi müğənniyə Azərbaycanın hüdudlarından kənarda… qastrollarla çıxışına qadağa qoydu.

Boş vaxtdan istifadə edən Maqomayev yalnız 1968-ci ildə bütün imtahanları verib Şövkət Məmmədovanın nəğmə sinfi üzrə Bakı konservatoriyasını bitirmiş oldu. Maqomayevin təqibi yalnız və yalnız SSRİ DTK-nın sədri Yuri Andropov şəxsən o vaxtkı məşhur mədəniyyət naziri Yeкаterina Furtsevaya zəng edib, DTK-nin xətti ilə Maqomayevin sırf təmiz olduğunu bildirərək, nəyin bahasına olursa-olsun, DTK-nin yubileyi münasibətilə konsertdə Maqomayevin çıxışını təmin etməyi tələb edəndən sonra bitdi.

magomaev_85«Mən Müslüm Maqomayevin oxuduğu bir çox konsertlərdə iştirak etmişəm və heç vaxt, bircə dəfə belə olmayıb ki, aparıcı artistin adı və soyadını tam elan etməyə imkan tapmış olsun. Adətən, artıq «Müslüm» adından sonra elə alqışlar səslənir ki, ən güclü dinamiklər və aparıcının bütün cəhdlərinə baxmayaraq, soyadı bu coşğun gurultuda eşidilməz olur. Bütün bunlara təkcə onun adının incəsənətimizin özünəməxsus şöhrəti olmasına alışdığımız kimi alışmışıq. Həmçinin buna da alışmışıq ki, onun ifasında hər hansı bir opera ariyası, istənilən mahnı – bu, həmişə gözlənilən möcüzədir», – deyə Maqomayevin ifa etdiyi, hətta musiqisini özü bəstələdiyi çoxlu mahnı mətnlərinin – şerlərin müəllifi Robert Rojdestvenski yazırdı.

Ruben Gülmisaryan