İki aydan da az sonra Bəhreyndə qarışıq döyüş növləri üzrə dünya birinciliyi (MMA) başlayacaq ki, orada 56,7 kq-a qədər çəki dərəcəsində Rusiyanı azərbaycanlı Zemfira Əliyeva təmsil edəcək. Novosibirsk idmançısı bu ilin may ayında Moskvada MMA üzrə keçirilən Birinci Rusiya çempionatında beynəlxalq yarışa vəsiqə qazanmışdır.

Dalma Newsə müsahibəsində Zemfira Əliyeva həvəskar MMA –nı nə səbəbdən tərk etməyi planlaşdırmasından, azərbaycanlı qadınların niyə «qeyri-qadın» idman növündə realizə olunmalarının çətin və mürəkkəbliyindən söz açaraq, gələcəkdə Azərbaycan bayrağı altında çıxış etmək əleyhinə olmadığını etiraf etmişdir.

— İdman karyeranız nədən başlayıb?

— İdman mənim həyatımda həmişə olmuşdur. Təkbətək döyüşə gəlməzdən əvvəl özümü futbol, üzgüçülük, karate və hətta rəqslərdə sınamışam. Lakin təsadüfən boks bölməsinəyə tuş gəlməyincə heç yerdə uzun müddət qalmamışam. Bacım və rəfiqələrimlə birlikdə məşqlərin necə və hansı şəraitdə keçdiyinə tamaşa etməyə gedirdik. Hər şey bizim xoşumuza gəldi və hamımız birlikdə boksa yazıldıq. Əvvəlcə bölmədə biz 9 qız və 1 oğlandan ibarət idik. Ancaq qısa bir müddətdən sonra statistika eyni bir şəkildə əksinə dəyişdi, yəni zalda 9 oğlan və yeganə qız olaraq mən qalmış oldum.İdmanın bu növü çox xoşuma gəldi, ona görə də rəfiqələrimin ardınca getmək . Bundan əlavə, ilk məşqçim məndə potensial görürdü ki, bu da məndə bütün bunların əbəs olmadığına və bu sahədə müəyyən yüksəkliklərə nail ola biləcəyimə ümid yaradırdı. Beləliklə, 17 yaşından boksla məşğul olmağa başlamışam, son il yarım ərzində isə MMA ilə məşğul oluram. Ümumiyyətlə, artıq 11 ildir ki, rinqə çıxıram.

— MMA qanlı idman adlanır , zədə və yaralanmalar isə döyüşçülər üçün adi bir hal hesab olunur. Bütün bu illər ərzində bu işi atmaq və daha sakit bir sahəyə getmək istəyi yaranmamışmı?

— Əlbəttə, əhval-ruhiyyənin və marağın azaldığı, bu cür fikirlərin üzə çıxdığı hallar olurdu, lakin mən ani emosiyalara yol vermirdim. Həmişə ayıq başla qərar verməyə çalışıram. Konkret olaraq fiziki ağrı haqqında danışırıqsa, qorxmuram. Hətta rəqibimin məni yaxşıca vurduğu ilk döyüşdən sonra belə, boksu atmaq istəyim olmadı. Əksinə, sağlam idman həvəsi yaranıb artdı.

— Bəs valideynlər sizin seçiminizə necə yanaşdılar?

— Ailəm əvvəlcə mənim seçimimə qarşı idi. Xüsusilə atam bu barədə çox qəti şəkildə köklənmişdi. Çoxları kimi, o da hesab edirdi ki, bu qadın idman növü deyil, məni ciddi şikəst edə bilərlər, və ümumiyyətlə qızlara rinqdə və ya qəfəsdə yer yoxdur. Onun üçün ən vacibi mənim yaxşı oxumağım idi.

Yadımdadır, mənim məşqçim evimizə gəlir və atamla bu mövzu ətrafında şəxsən söhbət edirdi. O, atama hər vəchlə izah etməyə çalışırdı ki, biri digərinə mane olmur və mən təhsillə idmanı uğurla birləşdirə bilərəm. Amma atam öz fikri üzərində möhkəm dayanmışdı. Ona görə də mənim məşqlərə gizli şəkildə getməkdən başqa çarəm qalmamışdı. Valideynlərimə təhsil kurslarına getdiyimi söyləyir, əslində isə belimdə idman çantasıyla idman zalına qaçırdım. Amma bütün gizli sirrlər gec-tez aşkar olur, odur ki, uzun müddət yalan danışmalı olmadım. Yalanım Novosibirsk vilayətinin çempionatında qalib gəldikdə üzə çıxdı və mən Çita şəhərində keçirilən Sibir Federal Dairə çempionatında iştirak etmək üçün dəvətnamə aldım. Gizli yola düşmək variantları yox idi, odur ki, necə deyərlər, bütün kartları açmalı oldum.

Atamın bütün bu müddətdə ona yalan danışdığımı bilib, bununla belə dilxor olmadığına və məni danlamağa başlamadığına təəccübləndim. Mənə lazımsız suallar vermədən oxumağa getməyə icazə verdi. Bundan başqa, həmin andan o, mənim idman fəaliyyətimə münasibətini tamamilə dəyişdi. O gördü ki, mənim üçün döyüş sənəti müvəqqəti həvəs və şıltaqlıq deyil, hər şey daha ciddidir. O vaxtdan bəri atam məni dəstəkləməyə, hətta öz dostları qarşısında mənim o qədər də böyük olmayan mükafatlarımla öyünməyə başladı. Belə anlarda onun mənimlə nə qədər fəxr etdiyini hiss edirdim.

Qadın döyüşçülərə münasibət mövzusunu davam etdirək. Ətrafdakılardan məzəmmət və ya anlaşılmazlıq eşitmək lazım gəlirdimi?

— Mənim nəslim idmanı qadın və kişiyə ayırmır, gənclər həyata müasir baxışlara malikdirlər , lakin yaşlı nəsil haqqında bunu deyə bilməzsən. Xüsusilə qadınlar mənim seçimimi anlamırlar. «Bütün bunlar sənin nəyinə lazımdır, sən ki qızsan», «döyüşmək kifayətdir, nikah və uşaqlar haqqında düşünmək lazımdır» — mən bu cür məsləhətləri bəzi qohum və tanışlardan tez-tez eşitməli oluram.

Amma bu məni heç bir halda incitmir. Mən onların reaksiyasının səbəbini başa düşürəm. Onlar başqa şəraitdə-kişi və qadınların fəaliyyət sferalarına bölündüyü şəraitdə, insanların ictimai qınaqlardan qorxduğu zamanlar, gənc qızın əsas vəzifəsinin uğurla ərə getmək və ana rolunda reallaşması dövründə böyümüşlər.

Xoşbəxtlikdən, cəmiyyətin baxışları dəyişir. Harada yaşamalarından asılı olmayaraq, müasir Azərbaycan qızları əksər hallarda həyata mütərəqqi baxışlara malikdirlər. Gənclər anlayırlar ki, qızlar bütün sahələrdə peşəkar ola bilərlər, buna görə cinsi əlamətə görə mühakimə yürütmək istəmirlər.

— Məşq və döyüşlərdən kənarda vaxtınızı necə keçirirsiniz?

— Hazırda mənim bütün həyatım iş və məşqlərdir. Mənim boş vaxtım yoxdur, əgər əlavə dəqiqələr olursa, onları zalda keçirirəm. Cəmi ay yarım sonra (noyabrın 10-dan 17 –dək — müəllif) Bəhreyndə qarışıq döyüş növləri üzrə dünya birinciliyi keçiriləcək və mən orada 56,7 kq çəki dərəcəsində Rusiyanı təmsil edəcəyəm. İndi mən bütün gücümü çempionata hazırlığa sərf edirəm. Mənim üçün bu, sadəcə yarış deyil, idman karyerasında vacib bir mərhələdir. Xüsusilə, dünya birinciliyində iştirakdan dərhal sonra həvəskar MMA-dan ayrılmağı planlaşdırıram.

— Niyə?

– Peşəkar arenaya keçmək istəyirəm. Arzum UFC Döyüş Liqasına daxil olmaqdır (bu günə qədər dünyanın ən böyük MMA təşkilatlarından biri). İdmançılar üçün peşəkar döyüşlər — dünyaya öz bacarıqlarını göstərmək şansı və eyni zamanda yaxşı pul qazanmaq şansıdır. Həvəskar timsalında pul demək olar ki, yoxdur, döyüşçülərə simvolik bir məbləğ ödənilir. Lakin özünə hörmət edən hər bir idmançı çoxillik əməyinə görə müvafiq mükafat almaq istəyir. Bundan başqa, Həvəskar MMA — dan fərqli olaraq, peşəkar arenada özünə rəqib seçmək imkanı varki, bu, əgər belə demək mümkündürsə ,heç də az əhəmiyyətli bonus deyil. Peşəkar arenaya geçmək istəyirəm. Arzum UFC (bu gün dünyanın ən böyük MMA təşkilatlarından biri) döyüş liqasına daxil olmaqdır. İdmançılar üçün peşəkar döyüşlər dünyaya bacarıqlarını göstərmək və eyni zamanda pul qazanmaq üçün yaxşı bir şansdır. Həvəskar statusunda, praktiki olaraq pul yoxdur, döyüşçülərə simvolik bir məbləğ verilir. Ancaq özünə hörmət edən hər bir idmançı uzun illər çalışdığı müddət müqabilində müvafiq mükafat almaq istəyir. Bundan əlavə, həvəskar MMA-dan fərqli olaraq, peşəkar arenada rəqibinizi seçmək imkanı var ki, bu da, əgər belə demək mümkünsə, eyni dərəcədə mühüm bir bonusdur.

— Əgər Sizə Azərbaycan bayrağı altında çıxış etməyi təklif etsəydilər, buna necə reaksiya verərdiniz?

— Mən Rusiyada doğulmuş və orada böyümüşəm. Bu ölkəni səmimiyyət və sədaqətlə sevirəm. Amma eyni zamanda köklərimi heç vaxt unutmuram. Azərbaycana münasibətim xüsusilə ilıqdır. Vaxtaşırı Azərbaycana istirahətə və doğmalarımı ziyarət etməyə gəlirəm, amma idman xətti ilə hələlik oraya getmək qismət olmayıb.

Əgər mənə Azərbaycan yığmasının heyətinə daxil olmağı təklif etsəydilər, mən başa düşərdim ki, bu mənim xeyrimə olacaq, dolayısı ilə UFC-yə yaxınlaşdıracaq, məmnuniyyətlə razılaşardım. Aydındır ki, Bəhreyndə keçiriləcək dünya birinciliyində Rusiya bayrağı altında çıxış edəcək və ölkəyə qələbə gətirmək üçün əlimdən gələni edəcəyəm. Amma çempionat qurtarandan, peşəkar arenaya keçəndən sonra bu cür təklifi nəzərdən keçirə bilərəm. Hal-hazırda hələlik mənə Azərbaycan promouterləri və ya təqdimatçılarından dəvət daxil olmamışdır.

 

Lеylа Əlizаdə