Avqustun 20-də narkotik vasitələrin satışında və istifadəsində şübhəli şəxs qismində Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilmiş vətəndaş Bəhruz Hacıyevin özünü pəncərədən ataraq ölməsi faktı üzrə cinayət işi açılıb. Nəticədə, hadisə ilə əlaqəli olan və polis sıralarından ötən gün qovulan baş leytenant Şahlar Şahlarzadə həbs edilib.
Bu barədə Musavat.com-a Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi Ələsgər Bədəlov deyib.
Xatırladaq ki, DİN-in rəsmi açıqlamasında bildirilir ki, polis baş leytenantı Şahlar Şahlarzadə cinayətdə şübhəli şəxslərin saxlanılması və mühafizəsinə dair vəzifə təlimatının tələblərini pozub.
Eyni zamanda, tabelikdəkilərin xidməti fəaliyyətinə nəzarəti zəiflətdiyinə, cinayət törətməkdə şübhəli bilindiyinə, gətirilən şəxslərin saxlanılması işini düzgün təşkil etmədiyinə görə Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi polis polkovniki Ələsgər Bədəlova “şiddətli töhmət” verilib.
Qeyd edək ki, mərhumun qohumları Bəhruz Hacıyevin döyülərək öldürüldüyünü və qətlin fərqli formada təqdim olunduğunu bildirirlər.