Yarandığı gündən xüsusi tamaşaçı kəsimi qazanan, az maliyyə ilə ortaya ciddi işlər qoyan “Oda teatrı” yaxın günlərdə “Tamaşaların ssenarisi yaxşı olsa, hər kəs izləməyə gedər” fikirlərindən irəli çıxaraq, gənc ssenaristlərə təklif vermişdi. Təklif sadə idi – siz ssenarilərinizi yazın, biz də səhnələşdirək.

Teatra marağın azaldığı bir vaxtda öz cığırı ilə seçilən “Oda”dan daha bir şad xəbər gəlib. Belə ki, Teatrın quruluş verdiyi “MimOda 18+” tamaşası Fransaya dəvət alıb.

Bu tamaşa Fransanın Oriak şəhərində keçirilən “Oriak küçə teatrı festivalı”nda nümayiş olunacaq. Festival avqustun 11-dən sentyabrın 1-nə kimi davam edəcək.

Bu barədə AzNews.az-a açıqlamasında teatrın bədii rəhbəri Elmin Bədəlov məlumat verib.

Qeyd edək ki, festival günlərində dünyanın müxtəlif teatrları Oriak meydanında gəlib tamaşalar göstərirlər.

Xatırladaq ki, “MimOda 18+” avqustun 8 və 9-da Bakıda, “Oda teatrı”nda təkrarən təqdim olunacaq.