Mayın altısında Lissabonda «Eurovision-2018» musiqi mahnı müsabiqəsi açılmış, mayın səkkizində isə artıq layihənin birinci yarımfinalı keçiriləcək ki, onu «X my heart» mahnısı ilə Azərbaycanın təmsilçisi, məşhur caz ifaçısı Aysel Məmmədova açacaq.

Kompozisiya məxsusi olaraq müğənni üçün yunan bəstəkar və prodüseri Dimitros Коntopulоs və isveçli Sandra Byorman tərəfindən yazılmışdır. Aysel Məmmədovanın səhnə nömrəsini vaxtilə «Eurovision» qalibləri Yelena Papariz Dima Bilan, eləcə də müsabiqənin tarixində Ani Lorak, Fərid Məmmədov və Sergey Lazarеvin önəmli çıxışlarını qoymuş yunan rejissoru Fоkаs Yevangelinos hazırlamışdır

Hazırda müğənni tam gücü ilə öz çıxışına hazırlaşır və çox həyəcanlanır, belə ki, bu mahnı müsabiqəsində birinci çıxış edəcəyindən onun üzərinə başqalarından daha çox məsuliyyət düşür. Dalma Newsə müsahibə zamanı Aysel Məmmədova etiraf edib ki, onun bütün komandası qeyri-adi ifa təqdim etmək üçün çox işləmişdir.

«Biz hər gün səhər tezdən gecəyədək işləyirik, amma mən zərrəcə belə yorğunluq duymuram. Çıxış üçün artıq hər şey hazırdir. Ümid edək ki, hər şey yüksək səviyyədə keçəcək. Mən söz verirəm ki, Azərbaycanın mənimlə fəxr edə bilməsi naminə əlimdən gələni edəcəyəm. Özüm özümə uğurlar arzu edirəm», — deyə Aysel Məmmədova bildirmişdir

Azərbaycanlılar Aysel Məmmədovanın hansı yeri tuta biləcəyini yozurlar.

Azərbaycandan artıq ekspert münsiflər heyətinin tərkibinə daxil olan mədəniyyət xadimləri — xalq artistləri Mübariz Tağıyev, Faiq Ağayev, Opera və balet teatrının solisti İlahə Əfəndiyeva-Xəlilova, caz müğənnisi Tünzalə Qəhrəman və teleaparıcı Nurlanə Cəfərova seçilmişlər və qalibləri seçərkən onların da səsləri nəzərə alınacaq.

Azərbaycanın xalq artisti Mübariz Tağıyev Dalma Newsə müsahibəsində qeyd etdi ki, Lissabonda Aysel Məmmədovanın nömrəsinin məşqləri zamanı çəkilən video-çarxlardan çıxış edərək demək olar ki, o, hər şeyin öhdəsindən gəlir və öz istedadını yüksək səviyyədə nümayiş etdirir. Onun sözlərinə görə, həm şou, həm müğənninin geyimi, həm də onun mahnısı uğurla seçilmişdir.

Мübаriz Таğıyev

««Eurovision-2018»-də güclü səsə malik istedadlı ifaçılar çoxdur və Aysel onlardan biridir.Mən əminəm ki, o, birinci onluğa mütləq düşəcək, çünki professional nöqteyi-nəzərdən onun çıxışını çox yaxşı hesab edirəm. Söyləmək hələ ki, çətindir, çünki hər şey ifaçısının özündən asılıdır. Ən başlıcası odur ki, o öz həyəcanına qalib gələ bilsin», — deyə Tağıyev əlavə etmişdir.

 

Fаiq Аğayеv

Elə bu cür fikirdə olan Azərbaycan xalq artisti Faiq Ağayev hesab edir ki, Məmmədova müsabiqədə birinciliyə şansı olanlar arasındadır.

Azərbaycanın «Eurovision-2017»dəki təmsilçisi Diana Hacıyeva bildirdi ki, onun həmkarının üzərinə böyük məsuliyyət düşür, çünki müsabiqəni birinci açanlar üçün həmişə çətin olur.

Diana Hacıyeva

«O, gözəl caz musiqiçisi, pianoçu və vokalçıdır. Onun ifası çox xoşuma gəldi, ancaq ən başlıcası odur ki, bu amplua,bu rolda olmaq onun özünə xoş və ürəyəyatan olsun. Mən artıq çox illərdir ki, Aysellə dostluq münasibətləri saxlayıram, ancaq qərara gəldim ki, ona nə yazım, nə də zəng edim, ona görə ki, onun orada onsuz da çox qayğıları var və mənsiz də məsləhət verənlər yetərincədir. Mahnı mənim də çox xoşuma gəlir, ona görə də hesab edirəm ki, onun layiqli yer tutmağa bütün şansları var», — deyə Diana Hacıyeva Dalma Newsə müsahibəsində söylədi.

Təəssüf ki, Azərbaycan sosial şəbəkə istifadəçiləri tam əksinə düşünürlər. «X my heart» mahnısının təqdimatının ilk günündən müğənnini tənqid dalğası bürüdü, belə ki, onların fikrincə, bu kompozisiya Aysel Məmmədova heç bir uğur gətirməyəcək və hit olmayacaq. Bununla əlaqədar, onu daha elektron etmək qərarına gələn Britaniya prodüseri Tim Bran tərəfindən mahnıya hətta dəyişikliklər edildi. Lakin sosial şəbəkə istifadəçilərinin tənqidindən kompozisiyanı heç bu da xilas edə bilmədi.

Bukmekerlərin rəyi

Aysel Məmmədovanın mahnı və səhnə nömrəsi hətta Azərbaycana «Eurovision-2018»in ən yaxşı müğənnilərinin iyirmilər toplusuna düşməyi proqnozlaşdırmayan bukmekerləri cəlb edə bilmədi. Hələ ki, İsrail təmsilçisi Netta Barzilays «Toy» mahnısı ilə liderlik edir. Həmçinin Bolqarıstan və Çexiya da aparıcı bukmeker kontorlarının məlumatları əsasında tərtib edilmiş reytinqin ikinci və üçüncü mövqelərində yerləşən favoritlər sırasındadırlar. Dördüncü və beşinci yerləri isə Estoniya və Avstraliyaya proqnozlaşdırırlar. Azərbaycan, təəssüf ki, hələlik bukmekerlərin 24-cü yeri yozduqları Rusiyadan sonra yalnız 25-ci mövqedədir. Son üç yer — 41, 42, 43 müvafiq olaraq, İslandiya, Sloveniya və San Marinonundur. İndi hər şey Azərbaycan təmsilçisi Aysel Məmmədovanın layihənin birinci yarımfinalındaki çıxışından asılıdır ki, onun finala keçib-keçməyəcəyi bundan sonra aydın olacaq.

 

Кəmalə Əliyeva