Bakıda toylar üçün saç düzümü və makiyaj üzrə dünya çempionatı, eləcə də və «Dünya donu» («Платье мира» ) müsabiqəsi keçirilmişdir ki, bunları Dalma Newsin müxbirləri izləmişlər.

Çox möhtəşəm və gözəl təşkil olunmuş tədbir Bakının dəbdəbəli BoulevardHotel Baku otelinin meydançalarından biri olan Autograph Collectionda keçirilmişdir.

Bu çempionatın keçirilməsi üçün Azərbaycan Çin ilə mübarizə aparmalı olmuşdur. Və əcnəbilər üçün sadələşdirilmiş viza rejimi sayəsində bu nüfuzlu müsabiqəni aparmaq hüququnu məhz Azərbaycan qazanmışdır. Əvvəllər bu qəbildən olan yarışlar Rumıniya, Xorvatiya, Serbiya və Birləşmiş Ərəb Əmirliklərində artıq keçirilmişdir. Qeyd edək ki, Bakıya Nepaldan tutmuş Meksikayadək dünyanın 15 ölkəsindən stilistlər, moda dizaynerləri və modellər təşrif buyurmuşlar.

Bu müsabiqənin Bakıda keçirilmə hüququna necə nail olunmuşdur? Dalma Newsə bu barədə Ümumdünya gözəllik konqresinin prezidenti, Azərbaycan moda assosiasiyasının baş direktoru Zamir Hüseynov danışdı:

— Bu uğur, bəxtgətirmə və məqsədyönlü işdir. Uğur və bəxtgətirmə ondan ibarətdir ki, Çində bir sıra ölkələrin vətəndaşları üçün viza əldə etmək qaydalarını sərtləşdirmişlər. Azərbaycanda isə əksinə — vizaların alınma qaydaları asanlaşmışdır. Biz dərhal buna reaksiya verdik və nəticədə çempionatı keçirmək hüququnu qazandıq. Üç il bundan öncə Bakıda Avrasiya çempionatınün keçirilmə faktı da bizim xeyrimizə oldu.

— Bu tədbir hansı təşkilatın himayəsi altında, keçmişdir?

— Özündə 74 ölkəni birləşdirən Ümumdünya Gözəllik konqresinin himayəsi altında. Və onlar yekdilliklə çempionatı Bakıda keçirməyə qərar verdilər.

—Bəs indiki müsabiqədə cəmi neçə ölkə iştirak edir?

— 15 ölkə . Və indi biz hamını – bütün bərbər və modelyerləri birləşdirən Gözəllik Olimpiya oyunlarına hazırlaşırıq. Modellərə geyim, saç düzümü və makiyaj lazımdır. Və tez-tez elə alınır ki, paltar bir, bərbər isə başqa ölkədən olur. Odur ki, nə üçün də komandalar birləşdirilməsin?

— Bəs Olimpiada harada keçə bilər?

— Hazırda həll etməkdəyik. Çin həmişə hazırdır, ABŞ— həmçinin hazırdırlar, Şərqi Avropadan isə təkliflər var. Biz hələlik təhlil edirik.

— Bakıdaki çempionatda Azərbaycan komandası vardı, amma digər Cənubi Qafqaz ölkələrinin nümayəndələri yox idi…

— Bizdə kontinental və regional bölgü sistemidir. Hər şey reytinqdən asılıdır. İş elə gətirdi ki, indi Azərbaycan ən yüksək reytinqə malikdir, odur ki, qalan ölkələr keçə bilmədilər. Bu, futboldaki kimidir, Çempionlar Liqasısında – digər ölkələrin nümayəndələri kvalifikasiyadan (ixtisas üzrə) keçmədilər. Və mən bunu xüsusi vurğulayıram – bizdə hər şeyi həll edən beynəlxalq münsiflər heyəti vardır.

Dalma Newsin qeyd etdiyi kimi, Bakıya Rusiya, Meksika, Serbiya, Nepal, Xorvatiya, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Rumıniya, Moldova, Qazaxıstan, İsrail və digər ölkələrdən olan komandalar gəlmişlər.

Münsiflər heyəti səsverməsinin nəticələrinə görə «İlin donu» kateqoriyasında birinci yeri Larisa Ana İvan (Rumıniya), ikinci yeri Lidiya Seliçi (Moldova), üçüncü yeri isə Qalina Bilyak (Qazaxıstan) tutmuşdur.

«Toy saç düzümü» kateqoriyasında Əminə Əsgərova (Azərbaycan)qalib gəldi. İkinci yerdə eyni miqdarda bal toplamış Alyona Çiron (Moldova) və Nəzakət Babayeva (Azərbaycan) , üçüncü sırada isə Günel Zeynalova (Azərbaycan) olmuşlar.

«Toy makiyajı» kateqoriyası üzrə lider İana Svarisçuk (Moldova) oldu. İkinci və üçüncü yerlər müvafiq olaraq Zeynəb Paşayeva Nərmin Аğabəyova (hər ikisi – Azərbaycan) nəsib oldu.

Və nəhayət, BridalLook – xarici görkəm, makiyaj və gelinlik geyimi kateqoriyasında — İana SvarisçukАlyona Çiron (Moldova) tandemi qalib çıxdı. İkinci mövqe Azərbaycan təmsilçisi Əminə Əsgərovaya qismət oldu. Üçüncü yeri Rumıniya və Azərbaycan komandaları – Bianka PaskaАntonela Коtsеаn (Rumıniya) və Zeynəb Məmmədova ilə Təranə Məhyəddinova (Azərbaycan) tutdular.

 

Мəmməd Мəmmədzadə