Azərbaycanda ilk dəfə Həcc ziyarəti üçün kvota boş qalıb. Oxu.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən xəbər verir.

Ötən ilə qədər Həcc ziyarətinə gedən zəvvarlar üçün sənəd qəbulu fevraldan may ayına kimi davam edirdi. Bu il isə Azərbaycan üçün ayrılmış 2400 nəfərlik yer dolmadığından qeydiyyat müddəti avqustun sonuna kimi uzadılıb.

Qeyd edək, sənədlərin qəbulu fevralın 20-də başlamışdı.

Bu il azərbaycanlı zəvvarlar Məkkəyə sentyabrın 11-də yola düşəcəklər. Səfər iki formada gerçəkləşdiriləcək.

Ən yaxşı şəraiti olan mehmanxana üçün zəvvarlar 5750 dollar, nisbətən ucuz mehmanxana üçün isə 4700 dollar ödəməli olacaqlar. Yeri gəlmişkən, bu il ilk dəfə zəvvarlar dollarla ödəniş edəcəklər.

Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar zəvvarlar yalnız təyyarələrdə yola düşəcəklər. Uçuşlar “AZAL” aviaşirkəti tərəfindən təşkil olunacaq.

Ola bilsin ki, Məkkəyə getmək istəyən azərbaycanlıların sayının azalmasına səbəb siyasi kataklizmlərdir.

Qeyd edək, keçən il kvota təxminən 4 min insan təşkil edirdi.