Postsovet məkanı və Cənubi Qafqazda moda (dəb) sənayesi nə qədər inkişaf etmişdir? Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndələri gözəllik müsabiqələrində tez-tezmi iştirak edirlər? Uğurlar varmı? Dalma Newsin bu və digər suallarına Ümumdünya gözəllik konqresinin (World Beauty Congress) prezidenti Zamir Hüseynov cavab verir.

Zamir Hüseynov

MDB ölkələri moda sənayesi ilə bağlı layihələrdə nə qədər uğurla çıxış edirlər?

Tacikistan, Türkmənistan və qismən Özbəkistandan başqa – postsovet məkanının bütün ölkələri bəzən uğurlu, bəzən də uğursuz olmaqla bir çox layihələrdə fəal iştirak edirlər.

Əlbəttə, mən sadəcə olaraq heç qiymət qoyulmayan müsabiqələrdən danışmıram, lakin bu müsabiqələrdə istənilən ölkədən iştirakçılar görmək olar. İştirakçılar gəlirlər, onları qeydə alırlar və onlar özlərini «göstərirlər». Bu, əlbəttə ki, tamamilə qeyri-ciddidir.

Amma əgər başqa ölkələr – Baltikyanı, Cənubi Qafqaz, Qazaxıstan və Qırğızıstandan danışmalı olsaq – burada bir səviyyə var. Onlar, nüfuzlu müsabiqələrdə fəal iştirak edirlər.

Deyin görək, bəs Sizin rəhbərlik etdiyiniz Ümumdünya gözəllik konqresinə neçə ölkə daxildir?

Hazırda müxtəlif qitələrdən 74 ölkə. Və ərizə təqdim edən daha 20-yə yaxın ölkə var. Lakin bizdə daxilolma prosesi demək olar ki, Olimpiya komitəsindəki kimi mürəkkəb prosedir (gülümsəyir).

Biz personallara təşkilatımızı təmsil etmək hüququ veririk. Əgər bu, təşkilat olarsa, sonradan münaqişə və parçalanmalar istisna olunmur. Biz bunun qarşısını almağa çalışırıq. Ərizələri bir daha yoxlayır, tutalım, «aşağı səviyyəli» tədbirlərdə iştirak etmiş və barələrində sarı mətbuatın yazdığı şəxsləri çıxarırıq. Daha doğrusu tam şəffaflığa çalışırıq. Və yoxlamalar heç də bir ay çəkmir.

Sizin təşkilatın xətti ilə hansı ölkələrdə müsabiqələr keçirilmiş və keçirilir?

Bütün dünyada. Bir çox dəfə Çində – ÇXR-nın 20-dən artıq şəhərində. Gözəllik müsabiqələri Qırğızıstanda, bərbərlik müsabiqələri Xorvatiya və Dubayda, Bakıda isə çempionat keçirilmişdir.

«Dünyanın donu» müsabiqəsi Serbiya və Rumıniyada keçirilib. Uzun müddət sadalamaq olar. Hə, bir də konkret ölkələr daxilində regional tədbirlər var. Əsasən isə, bizim tədbirlər Asiya və Avropada keçirilir.

Bəs nə üçün postsovet məkanında elə bir xüsusi fəallıq yoxdur?

Keçmiş SSRİ-nin sərhədlərindən xaricdə biz özümüz daha çox tədbirlər keçirməyə çalışırıq, çünki bu məkanın daxilində müxtəlif anlaşılmaz müsabiqələr var. Biz isə nüfuzlularını seçirik.

Mən Sizə bir misal gətirim – Qırğızıstanda bərbərlik sənəti üzrə üç regional dövlət – Özbəkistan, Qırğızıstan və Qazaxıstanın iştirakı ilə … hansısa «Dünya çempionatı» planlaşdırılır. Məgər bunu bərbərlik sənəti üzrə «Dünya çempionatı» adlandırmaq olarmı?

Bəs iri beynəlxalq forumlarda Azərbaycanın hansısa uğurları olubmu?

Əlbəttə. Bizdə güclü bərbərlər və moda dizaynerləri vardır. Məsələn, Aygün Таlıbоvа. Onun müsabiqə materialı «Ən yaxşı axşam donu» nominasiyası üzrə ikinci oldu. Daha əvvəl isə Aygün Talıbova Rumıniyada «Dress of the world» müsabiqəsində qələbə qazanmışdı. Azərbaycan nümayəndələri Xorvatiya və Dubayda da qalib gəlmişlər.

Bir daha vurğulamaq istəyirəm ki, bizdə bərbər incəsənəti və moda inkişaf etmişdir. Və bu mənim fikrim deyil. Münsiflər heyətində təşkilatın üzvü olan hər bir ölkənin nümayəndəsi var. Bu zaman iki ən ali və iki ən aşağı qiymətlər nəzərə alınmır. Bu, obyektivlik və «sifariş ilə səsvermə» – «mən sənə, sən də mənə» prinsipi üzrə səsvermə imkanlarının aradan qaldırılması üçün həyata keçirilir.

Bəs əgər söz Cənubi Qafqaz ölkələrindən gedirsə? Ermənistan və Gürcüstan nümayəndələri beynəlxalq müsabiqələrdə fəalmı iştirak edirlər?

Şübhəsiz. Gürcüstan tərəfi xüsusilə fəaldır. Əgər biz ümumiyyətlə, moda sənayesi sahəsi haqqında danışırıqsa, artıq Avropada və dünyada geniş şöhrət qazanmış gürcü top-modelyerini ayrıca qeyd etmək lazımdır. Erməni modelyer və modelləri də müxtəlif müsabiqələrdə qalib gəlirlər.

Ən yaxın planlar və önəmli hadisələr haqqında danışmalı olsaq… Hansı müsabiqələr olacaq və harada keçiriləcək?

Biz indi dünya çempionatı və «Dünyanın donu» müsabiqəsini hazırlayırıq. Bu tədbirlər ilk dəfə olaraq eyni zamanda keçiriləcək. Keçiriləcəyi yer: Çin –Tayvan. Bir qədər sonra harada daha yaxşı ola biləcəyini həll edəcəyik, bizdə şirkət-təşkilatçı vahiddir. Tədbirin özü isə artıq payızda keçməlidir. Mən bir ay sonra gedib zalları nəzərdən keçirəcək və münasib olanını seçəcəyəm.

Парикмахерское искусство и мода у нас развиты, еще раз хочу подчеркнуть. И это не мое мнение. В жюри находятся члены каждой страны, являющейся членом организации. При этом две самые высшие и две самые низшие оценки не учитываются. Делается это для объективности и ликвидации возможности «голосовать по заказу» по принципу – «я за тебя, а ты за меня».

Ötən il bu tədbir iki mərhələdə keçirilirdi– Belqrad və Dubayda. Lakin bu il, artıq dediyim kimi,onları birləşdirmək istəyirik.

Biz həm də öz iştirakçılarımız və qonaqların işini yüngülləşdirmək üçün viza almaq proseduru və bir çox başqa məqamları nəzərə alacağıq.

Ayrıca bir məqam – teleauditoriyadır. Əgər bizim tədbir Çindən yayımlanarsa, bu auditoriya ən azı yarım milyard insan üçündür.

Bizdə, həmçinin müxtəlif regional çempionatlar da olacaq – Cənubi Amerika və Asiya ölkələrində.

Bizim gələn ilə planlaşdırılmış miqyaslı layihəyə isə Amerika və Çin həmkarlarımız artıq ərizə vermişlər. ABŞ-na gəlincə, söz Las-Veqasın ən böyük kazinolarının birindən ya da Los-Ancelesin kinematoqrafdaki xidmətlərə görə «Oskar» mükafatının təqdim olunma mərasiminin keçirildiyi zaldan gedir.

 

Мəmməd Мəmmədzadə