2019-cu ilin sonunda ÇXR hakimiyyəti Hubey əyalətinin Uxan şəhərində naməlum mənşəli pnevmoniyanın baş verdiyini elan etdi. Xəstəliyin törədicisi fevralın 11-də ümumdünya Səhiyyə Təşkilatının COVİD-2019 adını verdiyi yeni koronavirus növü olub.

Hazırda bütün dünyada koronavirus xəstəliyinə 120 mindən çox insan yoluxub, təxminən 4 min nəfər həlak olub. Azərbaycanda xəstəlik 15 nəfərdə aşkarlanıb ki, onlardan ikisi xarici vətəndaşdır. 500 nəfərə yaxını – karantindədir.

Dalma News koronavirusun Azərbaycanın siyasi, iqtisadi və sosial həyatına necə təsir göstərməsi ilə maraqlanmışdır

Politoloq İlqar Vəlizadə qeyd edib ki, koronavirus Azərbaycanın iqtisadi, sosial və siyasi həyatında bütün kartları bir-birinə qarışdırıb. Xüsusilə, onun ucbatından bir sıra mühüm tədbirlər, o cümlədən Argus II Beynəlxalq Neft Sammiti və VIII Bakı Qlobal Forumu qeyri-müəyyən müddətə təxirə salınıb.

İlqar Vəlizadə

«Son illər müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi mərkəz olan Azərbaycan indi koronavirus səbəbindən faktiki olaraq bu funksiyanı həyata keçirə bilmir» – politoloq vurğulamışdır. 

Siyasi təmasların bu cür məhdudlaşdırılması, səfərlərin ləğvi və ya başqa bir vaxta dəyişdirilməsi, təbii ki, Azərbaycanın digər dövlətlərlə siyasi dialoqunun həyata keçirilməsinə mane olur. Dalma News müsahibi belə hesab edir ki, baş verənlər müəyyən dərəcədə siyasi karantindir.

Özü də bu gün demək olar ki, bütün hər şey belə siyasi karantindədir. Yalnız bu vəziyyətin tezliklə aradan qaldırılacağına ümid etmək qalır,- deyə Vəlizadə sözünə yekun vurmuşdur.

Öz növbəsində, politoloq Tofiq Abbasov koronavirus amilinin bu gün bütün qlobal təhlükəsizlik sisteminə təsir göstərdiyini qeyd edib. Bundan əlavə, o, xüsusilə risk qrupuna daxil olan mühüm sayda insanlar arasında çaxnaşma yaratdı.

Bu xəstəliyin ən böyük episentrlərindən biri olan İranla sərhəd zonasında yerləşən Azərbaycan, şübhəsiz ki, öz təhlükəsizliyindən narahatdır, öz əhalisini qorumaq və ölkələr arasında insanların yerdəyişməsinə hər cür məhdudiyyətlər qoymaq barədə düşünür,- deyə politoloq vurğulamışdır.

Tofiq Abbasov

“Azərbaycanın xarici siyasi həyatında heç bir destabilləşmə hiss olunmur”,- deyən nazir qeyd edib ki, AR – nın bütün sanitar-gigiyenik xidmətləri fövqəladə vəziyyətə keçmiş, yoluxmuş şəxslərin və ölkədə karantinada olanların sayı isə minimal səviyyədədir.

Dalma Newsin müsahibi əlavə edib ki, ölkənin tibb xidmətləri ümumi vəziyyətə nəzarət edir və bu da müvafiq olaraq ölkənin ictimai-siyasi vəziyyətinə təsir göstərir.

Onun fikrincə, nəzarət etmək çətin olan yeganə şey saxta xəbərlərdir. O bildirib ki, bu gün sosial şəbəkələrdə yoluxmuş insanların sayı, onların böhranlı vəziyyəti barədə müxtəlif şayiələr yaymaqla bəzı adamlar AR-da çaxnaşma yaratmağa cəhd göstərirlər .

Amma Nazirlər Kabineti yanında yaradılmış əməliyyat qərargahı koronavirusla əlaqədar ölkədə baş verən hadisələr barədə vətəndaşlara vaxtında məlumat verir və beləliklə də, təlaşdan uzaqlaşmaq mümkün olur, – deyə Abbasov fikrini yekunlaşdırdı.

UNEC-in Rus İqtisadiyyat məktəbinin direktor müavini, elmlər doktoru, professor Elşad Məmmədov isə öz növbəsində koronovirusun Azərbaycan iqtisadiyyatına ziyan vuracağına şübhə etmir.

Doğrudur, bu zaman onun miqyasını şişirtməməyə çağırır. İqtisadçı hesab edir ki, koronavirusun Azərbaycan iqtisadiyyatına təsiri xüsusilə İran və Gürcüstan kimi ticarət tərəfdaşları ilə sərhədlərin bağlanmasında ifadə olunur.

Elşad Məmmədov

Bu addım Azərbaycanın, xüsusilə də İrandan idxal etdiyi məhsulların qiymətinin artmasına gətirib çıxaracaq. Onun sözlərinə görə, İranın analoqu olan yerli mallar da sərhədlərin bağlanması və onlara tələbatın artması nəticəsində bahalaşacaq – deyə o izah etmişdir.

«Vicdansız sahibkarlar bu vəziyyətdə mütləq pul qazanmağa çalışacaqlar», — deyə Dalma Newsin həmsöhbəti vurğulayıb.

Amma Məmmədovun fikrincə, Azərbaycan iqtisadiyyatı koronovirusun artıq neft qiymətlərinə vurduğu zərbədən zərər çəkə bilər: o, bu qiymətləri azalmaya doğru korrektləşdirir. Neft Azərbaycanın əsas ixrac məhsuludur.

Bu baxımdan ölkə iqtisadiyyatına ciddi ziyan dəyə bilər, – deyə iqtisadçı fikrini yekunlaşdırdı.

 

Аlекsаndrа Zuyеvа

FOTО: Мurad Оrucov