Müstəqillik əldə etdikdən sonra Gürcüstan Sovet dövrünün yaradıcılarının —inqilabçı bolşevik başçılarının abidələrini yer üzündən silib. O zaman ölkənin şəhər və rayon mərkəzlərinin əsas meydanlarından Lenin abidələri ilə birlikdə gürcü bolşevik-inqilabçılarının abidələri də bir-birinin ardınca yoxa çıxmışdı. Lakin Gürcüstanın tarixi regionlarından biri olan Kvemo Kartli, xüsusilə Marneuli şəhərində bolşevik Nəriman Nərimanovun abidəsi hələ də qalmaqdadır. O, Azərbaycan İnqilab Komitəsinin sədri, Azərbaycan Xarici İşlər Xalq Komissarı və hökumətin sədri idi, ədəbi fəaliyyətlə də məşğul olurdu.

Azərbaycan yazıçısı və bolşevikinin Marneuli Mədəniyyət Mərkəzinin yanındakı bağın ərazisində yerləşən abidəsinin bərpasının başa çatdığını sosial şəbəkələr vasitəsilə ictimaiyyətə Marneuli meri Zaur Dərgəli özü bildirib. Amma bərpa edilmiş abidənin statusu və fotoşəkilləri dərc olunduqdan bir neçə saat sonra, Dərgəlinin şəxsi səhifəsindəki məlumatlar oradan yoxa çıxdı. Nərimanovun abidəsinin bərpası faktına həmçinin Marneuli və Xudjab yepiskopu Georgi (Camdeliani) də biganə qalmamış və mayın 24-də bazar günü keçirilən möizəsində Marneuli merini abidənin bərpasına görə üzr istəməyə və dərhal onun sökülməsinə başlamağa çağırmışdır.

Ruhaninin sözlərinə görə, abidəyə mənfi münasibət Nərimanovun etnik mənsubiyyəti ilə deyil, onun çoxlu sayda insanı güllələyən və repressiya aparan “cəza maşınının başçılarından” biri olma faktı ilə bağlıdır.

Biz buna onun azərbaycanlıya aid abidə olmasına görə etiraz etmirik, Filippe Maharadze, Ordzhonikidze kimi gürcülər də eynilə xəyanətkar olublar. Biz onların abidələrini çıxarıb atmışıq. Onlar Sovet repressiya maşınının başçıları idilər. Nəriman Nərimanov ərazi bütövlüyümüzün pozulmasına böyük töhfə vermiş şəxslərdən biridir “, – deyə Georgi ata Marneuli merinin əməllərini vicdansızlıq adlandırmışdır. 

Маrneuli və Xucab yepiskopu Georgi (Camdeliani)

Keşiş ölkə hökumətini Marneulidəki vəziyyəti araşdırmağa, bu məsələni birdəfəlik aydınlaşdırmağa çağırmışdır.

«Şəhər meri belə bir şeyi özünə necə rəva görə bilərdi ?! Zənnimcə, biz burada böyük cahilliklə üzləşmişik. Şəhər meri abidənin mənsub olduğu şəxsin tərcümeyi-halını bilməməlidir? Əgər bu səhv olubsa, o, bunu etiraf etməli və dərhal açıq surətdə xalqdan üzr istəməlidir», – deyə Georgi ata bildirmişdir.

Dalma News abidənin restavrasiya zəruriyyətinə dair məlumatı şəxsən Marneuli merinin özündən eşitməyə cəhd göstərmiş, lakin nə Zaur Darqalınin özü, nə də onun mətbuat xidməti bizimlə əlaqəyə çıxmamış, bizim jurnalistin Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində verilən sualına cavab verməmişlər .

Bələdiyyə sədrinin əvəzinə, Marneuli bələdiyyəsinin millət vəkili Azad Kərimov, abidənin bərpası barədə qərarın vətəndaşların məhz Nərimanovun abidəsinin bərpasını tələb etdiyi 21 fevralda alınan məktub əsasında qəbul edildiyini izah etdi. Marneuli radiosunda bizə bildirdikləri kimi, əldə etdikləri məlumata görə, abidənin bərpası bələdiyyə sədrinin təşəbbüsü ilə həyata keçirilmiş və gələcəkdə Nəriman Nərimanovun abidəsi olan ərazinin bərpası planlaşdırılır.

“Marneuli” radiosunun direktoru Kamilə Məmmədovanın Dalma Newsə dediyi kimi, Nərimanovun abidəsinin reabilitasiyası ilə bağlı uzun illərdir ki, danışıqlar aparılır. Müxalifət fəalları vaxtaşırı bu mövzudan hökumətə qarşı istifadə edirlər. Bundan başqa, Marneuliniun yerli azərbaycanlı əhalisi Nərimanovu Azərbaycan mədəniyyətinin inkişafına töhfə vermiş azərbaycanlı xadim, yazıçı, ilk azərbaycanlı romançı kimi tanıyır və bununla da o, azərbaycanlılar üçün qiymətlidir.

“Gürcüstanda yaşayan azərbaycanlıların burada elə bir irsi yoxdur ki, onlar bununla fəxr edə bilsinlər. Buna görə də, onun yalnız müsbət cəhətlərini görməyə və bolşevik keçmişinə göz yummağa üstünlük verirlər. Bundan əlavə, xalq tərəfindən seçilmiş bələdiyyə başçısı olan Marneuli bələdiyyə rəisinin özü aydın surətdə formalaşmış bir siyasətə malik deyil. Nərimanov bir tərəfdən Marneuli etnik azərbaycanlı əhalisi üçün mədəniyyət xadimi, digər tərəfdən isə qanlı sovet sisteminin üzvüdür. Hökumət seçicilərin səslərini itirmək qorxusu ilə öz mövqeyini heç zaman birmənalı şəkildə göstərməmişdir. Əgər onlar desəydilər ki, bu, bizim üçün məqbul olmayan Sovet simvolikasıdır, bu, Azərbaycan icmasının müəyyən hissəsi üçün aydın səbəb olardı. Bu mövzuda sağlam diskussiya heç vaxt aparılmayıb. Müəyyən qüvvələr ondan həmişə seçkidən əvvəl istifadə edirlər”, – deyə yerli jurnalist Kamilə Məmmədova bizə bildirmişdir.

Bu dəfə məhz müxalifət fəalları Nərimanovun abidəsinin pis vəziyyətdə olması barədə danışıqlara başladılar və onun bərpa olunmasını tələb etdilər. Marneuli bələdiyyə başçısına imza yığdıq və məktubla müraciət etdik. Hakim “Gürcü arzusu” partiyasından namizəd olan Marneuli meri Zaur Dərgəli seçicilərin rəğbətini qazanmaq üçün abidənin bərpa ediləcəyinə söz verib, amma bunu elə edib ki, bərpa işlərinə rəsmi status verilməyəcəkdi.

Маrneuli meri

Dalma News “Marneuli” radiosu ilə birlikdə abidənin reabilitasiyası üçün məbləğin haradan ayrıldığını öyrənməyə çalışmışdır, halbuki tender elan olunmur və hərçənd hamı görürdü ki, Nərimanov heykəlinin bərpası üzrə işlər aparılırdı. Marneuli meri abidənin açılışına gül gətirmiş və öz Facebook səhifəsində məlumat yaymışdı. Bir neçə saatdan sonra isə statusu pozmuşdu.

Göründüyü kimi, baş verənlərə görə töhmət almışdı. Üç gün sonra yepiskop xütbə ilə çıxış etmişdi. Marneulidə deyilir ki, Gürcü pravoslav kilsəsinin yerli Yeparxiyası çox güclü və nüfuzludur. Bələdiyyə rəisliyinə bütün namizədlər öz ənənəvi seçki kampaniyalarını bir ənənə olaraq yepiskopun hüzuruna səfərdən başlamışlar.

“Aydındır ki, Marneulidə Nərimanovun abidəsi mövzusunu manipulyasiya edən fəallar var, lakin heç vaxt eşitməmişik ki, kimsə reabilitasiya təşəbbüsü ilə çıxış etsin. Ola bilsin ki, bu, seçkidən əvvəl meri nüfuzdan salma cəhdi idi, lakin buna o, abidəni təmir etməklə bu təşəbbüsü özü verdi. Marneuli meri artıq üç gündür ki, əlaqə saxlamır. O, cəmiyyətdən gizlənir, bu isə o deməkdir ki, özünün nə etdiyinə cavab vermir”, — deyə “Marneuli” radiosunun direktoru Kamilə Məmmədova bildirib.

Onun sözlərincə, bu anadək Georgi ata öz mövqeyini heç vaxt belə açıq şəkildə biruzə verməyib. Hakimiyyət abidənin sökülməsinə qərar verərsə, əhali bu fakta anlayışla yanaşacaq, lakin bunun üçün diskussiya və informasiyanın xalqa düzgün çatdırılması tələb olunur.

“Marneulinin gürcü və azərbaycanlı əhalisi bir-biri ilə o qədər də sıx bağlı deyil. Qarşılıqlı münasibətlərin qarışıq sistemi yoxdur. Müəyyən qüvvələr iğtişaşlar törətmək istəyirlər. Bundan əvvəl etnik azərbaycanlıların öz fəalları olmayıb, indi isə bu fəallar təcavüz dilində danışırlar. Düşünürəm ki, təcavüz xalqa keçməyəcək, amma bu, qorxu amilini kəskinləşdirir. Bu gün bizdə artıq yeni nəsil var ki, o, gürcü dilində danışır və özünü qonşu ölkə ilə assosiasiya etmək istəmir. Xalq özü başa düşəcəkdir ki, bu, Sovet keçmişinin abidəsidir və o, burada durmamalıdır. Bunun üçün Sovet irsinin müdafiəçisi olan tərəflə dialoq lazımdır”, — deyə Kamilə Məmmədova hesab edir. 

Sаndrо Breqadze

Marneuli və Xudjab yepiskopu Georgiyə (Camdeliani) tam dəstəyi “Gürcü Marşı” ictimai hərəkatı elan edib. Onun liderlərindən biri Sandro Breqadzenin sözlərincə, bütün Gürcüstan bu tələbi dəstəklədiyinə görə, Georgi atanın tələbi təcili olaraq yerinə yetirilməlidir.

“Bəli, Georgi Camdeliani atanı bütün Gürcüstan dəstəkləyəcək və mən deyirəm ki, qanımın son damlasına qədər onu qoruyacağam, fiziki olaraq onun müdafiəsinə qalxacağam, amma ona bizim müdafiəmiz lazım deyil. Sadəcə, onun irəli sürdüyü tələbi yerinə yetirmək lazımdır”, — deyə Sandro Breqadze bildirib. 

Kvemo Kartli əhalisinin bir hissəsi Nəriman Nərimanovun abidəsinin sökülmə ehtimalı ilə əlaqədar öz etirazını bildirib. Onlar Marneulidə etiraz aksiyası keçirmiş və hakimiyyətə abidəni yerindən tərpətməyə imkan verməyəcəklərini söyləmişlər. Azərbaycanlı fəalların sözlərinə görə, Nərimanov vaxtilə iki xalqın yaxınlaşmasına böyük töhfə verib və onun abidəsinin sökülməsi səhv olardı.

“Azərbaycanlılar Marneuli əhalisinin 85% – dən çoxunu təşkil edirlər və bizim tələbimiz abidəni burada saxlamaqdır. Nəriman Nərimanovun abidəsi xalqa məxsusdur, vətəndaşlar arasında münaqişənin qızışdırılması hökuməti qane edir, lakin bizi qane etmir, bu, ölkəyə yaxşı heç nə gətirməyəcək”, -deyə aksiya təşkilatçıları bildirirlər.

Nikoloz Mjavanadze

Baş verənlərə “David Qareci Müdafiə komitəsi” nin təsisçisi Nikoloz Mjavanadze də laqeyd qala bilməyib. Onun qənaətinə görə, Gürcüstanın düşmənlərini dəstəkləyən şəxs Gürcüstan vətəndaşı olmağa layiq deyil.

“Gürcüstandan ərazilər götürmüş Nəriman Nərimanov haqqında indi deyirlər ki, o, gürcülərlə azərbaycanlılar arasında dostluğa və yaxınlaşmaya böyük töhfə vermişdir. Azərbaycan xalqı ilə yaxşı münasibətlərimiz var. Bizim problemimiz 1920-ci ilin Azərbaycan hökuməti və indiki hakimiyyətlə bağlıdır. Belə bir tonda gürcü xalqı ilə necə danışmaq olar? Onda Murvan Kru –ya (kar) və Cəlal- əd-Dinə də abidə qoyun. Azərbaycan xüsusi xidmət orqanları Gürcüstanda qol-budaq atıblar, səhmləri idarə edirlər və onların bəd əməllərinə son qoyulmur”, — deyə Nikoloz Mjavanadze bildirir.

Onun sözlərincə, Nərimanovun abidəsi Gürcüstanda kommunistlərin hakimiyyəti dövründə qoyulmuşdur, lakin sonradan Gürcüstan milli hökuməti onu sökməyə hazırlaşırdı. Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiya hakimiyyəti devrildikdən sonra abidənin sökülmə məsələsi gündəlikdən çıxarıldı.

 Georgi Mesxi