Dalma News Azərbaycanda İslamla bağlı vəziyyət, dövlət və din arasındaki münasibətlər, respublikaya qarşı radikal islamcılar tərəfindən mümkün təhdidlər, eləcə də dini ekstremizmlə mübarizədə Moskva və Bakının əməkdaşlığı barədə azərbaycanlı ekspertlər Əbdül NağıyevTofiq Abbasovla söhbət aparmışdır.

Yaxınlardaki Aşura tədbiri Azərbaycanın sosial şəbəkələri və KİV-də böyük əks-səda doğurdu. Azərbaycanda islamçı əhval-ruhiyyənin güclənməsi haqqında nəşrlərdə tez-tez dilə gətirilib səsləndirilən qorxu və ehtiyatlanmalar nə qədər realdır?

Əbdül Nağıyev — möminlərin dini matəm və bayram tədbirlərində kütləvi iştirakı bir növ öz yeniliyinə görə Azərbaycan cəmiyyətində narahatçılığa səbəb olur. Yetmiş il ateist Sovet dövlətinin tərkibində olmaq öz izini qoymuşdur. Mənəvi özünükəşfin artımı demək olar ki, bütün postsovet dövlətlərinin üzləşdiyi haldır. İctimai şüur və davranış stereotiplərinin formalaşma amili olan din, xüsusilə islam, cəmiyyətdə sosial və mədəni inkişaf istiqamətinə mühüm dərəcədə təsir göstərir.

22532387_10214469411598230_1128448050_o

Ənənəvi cəmiyyətin kəskin qarşılıqlı tənqidinə səbəb olan «modernizm» həmçinin fəal şəkildə Azərbaycan cəmiyyətinin həyatına da daxil olur. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, cəmiyyətdə islamçı əhval-ruhiyyənin güclənməsi birinci il deyildir ki, nəzərə çarpır, ancaq fundamentalizmin elə bu cür artım templəri müşahidə olunmur.

«Modernizm» kimi fundamentalizm də radikal qərarlardır və həm cəmiyyətdə, həm də dövlət səviyyəsində belə meyl və dəyişikliklərə nəzarət mexanizmlərinin işlənib hazırlanmasına kəskin ehtiyac yaranmışdır. Matəm günü kütləvi tədbirlərdə mömin bakılıların sayının artması cəmiyyətin radikallaşmasının təzahürü deyil və ənənəvi dünyəvi dəyərlərə təhlükə daşımır.

Tofiq Abbasov —müzakirə mövzusuna çevrilənlərdən bir çoxunu şişirdib hiperboliaşdırmaq sosial şəbəkələrin aktivinə xasdır. Mən qəsdən kəskinləşdirilən, radikalizm elementləri ilə təchiz olunan hər hansı dini meylin əhəmiyyətini azaltmaq fikrindən uzağam. Amma hesab edirəm ki, müəyyən mənada bir çox mənbələr islamçı əhval-ruhiyyənin fəallaşması barədə şayiələri bilərəkdən yayırlar.

Şübhəsiz, ekstremist ruhlu islamçıların ifrat cərəyanlarının mövcudluğunu təsdiqləyən faktlar var, ancaq dünyəvi bir ölkədə onların mövqeləri qorxu və təşvişə səbəb olmaq, yaxud cəmiyyəti gərginlikdə saxlamaq üçün o qədər də güclü deyil. Hakimiyyət demək olar ki, siyasi toqquşmalar, narazıların vəziyyəti gərginləşdirmək , kəskinləşmə və iğtişaşlara səbəb törətmək cəhdləri zəminində yaranan bütün pozuntu və ekceclərə kifayət qədər adekvat reaksiya göstərir. Güman edirəm ki, dini-siyasi cərəyanlar qanunçuluğa eynilə belə dəqiq riayət etməlidir. İndiyə qədər dini təşkilatların bütün hüquqa zidd əməllər törətmək cəhdləri vaxtında lokallaşdırılmış, hadisənin günahkarları isə cəzalandırılmışlar.

İslam Azərbaycanda siyasi amilə çevrilibmi? Dünyəvi müxalifətin zəifliyi və darmadağın olması fonunda «müxalifət məscidə getdi»deyimi reallığa nə qədər uyğundur?

Ə.N. İslam siyasi amil kimi Azərbaycanda ənənəvi olaraq xüsusi ambisiyalara malik deyildi. Azərbaycan dindarları «müxalif» əhval-ruhiyyədən uzaqdırlar, lakin müəyyən dairələr tərəfindən siyasi mübarizədə istifadə edilə bilərlər. Bu halda cəmiyyətdə islamın əsaslarının aşağı bilik səviyyəsi dünyəvi hakimiyyətin maraqları xilafınadır və bu, ictimai şüurun manipulyasiyasına ciddi imkanlar verir.

İslamı öyrənməklə, cəmiyyət ikiqat mentalitet — müsəlman və ya müasir mentalitetdən xilas ola bilər. XXI əsri cəsarətlə yeni çağırış və təhdidlər dövrü hesab etmək olar. Şübhə yoxdur ki, Azərbaycan dövlətçiliyinin opponentləri əhalinin dini savadsızlığından ustalıqla istifadə edə bilərlər. Odur ki, bu məsələ birmənalı şəkildə ölkənin milli təhlükəsizliyi kontekstində nəzərdən keçirilməlidir.

Unutmaq olmaz ki, insanlar istənilən hər hansı cəmiyyətin təməlidir, onlar hər hansı bir sosial dirçəliş prosesinin söykənib duruş tapdığı dayaqdır. Doğru yolla gedən cəmiyyət insanda yaxşı və konstruktiv başlanğıc inkişaf etdirərək, onun tərbiyəsi ilə fəal məşğul olmalıdır.

Т.А. Zənnimcə, bu cür mülahizələr çox güman ki, bədii təfəkkürün, bəlkə də xəyalın məhsuludur. Arzu olunanı gerçəklik kimi təqdim edənlər belə düşünürlər. Azərbaycanda, İslam siyasi fikri var, ancaq onun ardıcıllar sütunu zəifdir. Ola bilsin ki, fəal siyasi mövqeyə malik bir çoxları məscidə getmişlər, amma bu halın kütləvi xarakter daşıdığını demək düzgün olmazdı.

22532082_10214469411518228_1017507201_o

 

Üstəlik, Azərbaycanın islam kolonnası yetərincə fərqli və rəngarəngdir.Orada da klassik şiələr, sünnilər, üç cərəyandan ibarət olan radikal sələfilər var. Daha doğrusu, Azərbaycan islamçıları arasında birlik yoxdur və bu da müəyyən mənada təbiidir, çünki müxtəlif məktəblər, təriqətlər mövcuddur və mənə məlum olana görə, konsolidasiya haqqında ümumiyyətlə söz getmir. Çünki bəzi cərəyanlar arasında köhnə аntоqonizm durur və həmin istiqamətlərin bugünki davamçıları digər rəqabət aparan islam cərəyanları ardıcılları ilə əlaqələrdə barışmazlığa sadiqliklərini saxlayırlar.

Azərbaycanda islamçı meyllərin gücləndirilməsinin arxasında xarici dövlətlər (şiələr halında İran, sünnilər halında Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə) dururmu?

Ə.N. Azərbaycan islam aləminin bir parçasını təşkil edən ölkədir və ölkə əhalisinin əksəriyyəti islam dininə etiqad edir. Müstəqillik əldə ediləndən və sərhədlərin açılmasından sonra islam dünyası ilə mənəvi və dini inteqrasiya prosesi başlamışdır. İyirmi beş il ərzində kommunist dəyərləri üzərində formalaşan əhali azalmışdır. Bu illər ərzində əvvəlki sovet nəslindən fərqli olaraq, daha açıq dini görüşlərə malik yeni nəsil yetişmişdir.

Cəmiyyətdə islam əhval-ruhiyyəsinin dirçəlişi — bu, daxildən baş verən prosesdir. İslam dünyasının siz qeyd etdiniz lider ölkləri bu və ya digər dərəcədə Azərbaycanın islam intibahında maraqlıdırlar.

full_s__7_

Bu ölkələr siyahısında İrana xüsusi diqqət ayırmaq lazımdır. İran bu gün dünyada siyasi islamın aparıcı акторudur ki, orda islam inqilabının ixracı geosiyasi vəzifələr sırasına qoyulmuşdur. Bu kontekstdə, coğrafiya və xalqların tarixi yaxınlığı baxımından Azərbaycanda islam ovqatlarının güclənməsini İran tərəfdən yumşaq ekspansiya — torpaq genişləndirilməsi üçün hazırlığa aid etmək olar. Lakin Cənubi Qafqaz regionu Rusiyanın geosiyasi təsiri zonasına daxildir və bu səbəbdən İran tərəfindən açıq və aktiv fəaliyyət gözləməyə dəyməz.

Т.А. Dini qruplar, xarici aləm partiyaları ilə adlarını çəkdiyiniz dövlətlər arasında əlaqələrin mövcudluğuna dair faktlar vardır. Amma ölkədə bir neçə gurultulu qalmaqal və məhkəmə araşdırmaları olmuşdur ki, bu, bəzi qruplar tərəfindən Azərbaycan qanunvericiliyinin pozulma faktlarına aydınlıq gətirmişdir. Bu araşdırmalara həmçinin bəzi xarici dövlətlər də cəlb olunub ki, onların qanunsuz missionerlik, eləcə də dövlət əleyhinə fəaliyyətləri sübut edilmişdir.

Bir sıra araşdırma və məhkəmə proseslərinin gurultulu olma halını nəzərə alaraq, onlar ölkədə böyük əks-səda yaratmışdır. Zənnimcə, bu ictimai qüvvələr mühitində vaxtilə qanunazidd hərəkətlər törətmiş insanlara ürəyi yanıb rəğbət bəsləyənlərin çoxuna təsir göstərmişdir.

Bu yaxınlarda Rusiya Təhlükəsizlik şurasının katibi Nikolay Patruşevin Azərbaycana səfəri olmuşdur. Səfər çərçivəsində dini ekstremizm problemi müzakirə edilmişdir. Siz bu sahədə Rusiya ilə əməkdaşlığı necə qiymətləndirərdiniz?

Ə.N. Artıq yuxarıda dediyim kimi, Azərbaycan Rusiyanın geosiyasi maraqlar zonasında yerləşir. İki ölkənin dini ekstremizmə qarşı mübarizədə əməkdaşlığı qarşılıqlı maraq daşıyır. Azərbaycan və Rusiya strateji tərəfdaşdırlar. İkitərəfli münasibətlərdə, necə deyərlər bütün sualtı daşlara baxmayaraq, ölkələrimiz təhlükəsizlik sahəsində də qarşılıqlı fəaliyyəti dərinləşdirməkdə davam edirlər.

Moskva və Bakıda çox gözəl anlayırlar ki, ilk növbədə dini ekstremizm və terrorizmin aid edildiyi müasir çağırış və təhlükələrə yalnız birgə səylərlə qarşı durmaq mümkündür. Terrorçu qrupların Azərbaycana daxil olması, onsuz da narahat olan Rusiya Şimali Qafqazında sabitliyin pozulmasına təhlükə yaradır. Moskva postsovet dövlətlərinin təhlükəsizlik kəməri üzrə işi öz təhlükəsizliyinin zəruri elementi kimi nəzərdən keçirir. Rusiya Təhlükəsizlik şurasının katibi Nikolay Patruşevin səfəri regionda dini ekstremizm və terror təhlükəsinin mümkün güclənməsi ilə bağlı iki ölkənin səylərinin əlaqələndirilməsinin vacibliyinə dəlalət edir.

Т.А. Bölgədə, Yaxın Şərqdə vəziyyət elədir ki, bizim ölkələr operativ və strateji informasiya mübadiləsi kontekstində, qabaqcadan düşünülmüş hərəkətlərin, birgə blokada əməliyyatlarının təşkili koordinasiyasında birgə dostluq münasibətlərindən çıxış etməlidirlər. Dini ekstremizmin, beynəlxalq terrorun öz mövqe və əməliyyatlarını həssaslıqla pərdələyib gizlətmə və kamuflyajlaşdırma üsulları vardır. Ona görə də həmsərhəd dövlətlərin xüsusi xidmət orqanlarının həmişə dəqiq kontrəməliyyat planlarının olması vacibdir.

Yeri gəlmişkən, Azərbaycan və Rusiya təhlükəsizlik xidmətlərindən olan həmkarlar razılaşdırılmış qarşılıqlı fəaliyyət planı işləyib hazırlamışlar. Onlar tez-tez birlikdə Azərbaycan-rusiya sərhəddi boyunca islamçı qruplaşmaları zərərsizləşdirirlər. Hesab edirəm ki, terrorizm əleyhinə iki dövlətin döyüş birliyinin fəaliyyəti uğurlu qarşılıqlı fəaliyyət üçün kifayət qədər gözəl nümunə ola bilər. Ona görə təbiidir ki, iki ölkə təhlükəsizlik katibləri tez-tez görüşür, dəyərli məlumatlarla mübadilə edir, islam radikalizmi, eləcə də digər radikalizmlərlə mübarizə üçün yeni planlar düşünüb hazırlayırlar. Bu, nikbinlik və inam aşılayır.

Hazırlayanı Nicat Hacıyev