Avropanın baş musiqi müsabiqəsinin başlanmasına sayılı günlər qalır. Artıq mayın 14-də İsrailin ən böyük şəhərlərindən birində — Təl-Əvivdə 64-cü Eurovision 2019 Mahnı Müsabiqəsinin birinci yarımfinalı keçirilir.

Demək olar ki, artıq bütün müsabiqəçilər Təl-Əvivə gəlmiş və səhnədə məşqlərə başlamışlar. Onların arasında ikinci yarımfinalda Truth («Həqiqət») mahnısı ilə çıxış edəcək 18 saylı Azərbaycan təmsilçisi Çingiz Mustafayev də var. İlk yarışdan sonra bukmekerlər Azərbaycan təmsilçisini müsabiqənin favoriti adlandırıblar.

Dalma Newsə müsahibəsində «Avroviziya»nın Azərbaycan nümayəndə heyətinin yaradıcı prodüseri və musiqi direktoru İsa Məlikov bukmekerlərin proqnozlarının müsabiqənin nəticəsinə təsir edib-etmədiyi, Azərbaycanın qələbə şanslarının nə dərəcədə olduğunu və Eurovision qaliblərinin niyə «kölgəyə» düşdüklərini söyləmişdir.

İsa Məlikov

— İlin əsas mahnı müsabiqəsinə hazırlıq necə gedir?

— Müsabiqəyə hazırlıq tam gücü ilə gedir, qrafik çox intensivdir, artist öz istedadını maksimal dərəcədə sərf edir.

— Çingiz Mustafayevin müsabiqə üçün hazırladığınız nömrəsinin hər hansı bir detalını açıqlaya bilərsinizmi?

— Təəssüf ki, hələlik heç bir təfərrüatı açıqlaya bilmirəm, amma deyim ki, zənnimcə, birinci məşqdən qismən aydın oldu ki, nömrə kifayət qədər texnoloji və baxımlıdır.

Hal-hazırda artist də daxil olmaqla, bütün komanda Təl-Əvivdədir. Çingiz Mustafayevin, bayaq dediyim kimi, müsabiqənin sonuna qədər çəkilmiş çox sıx cədvəli var. Bura məşqlər, görüşlər, çəkilişlər, nümunələr, fotosessiyalar və s. daxildir.

— Sizcə, Azərbaycanın müsabiqədə uğur qazanmaq şansı necədir? Və kimi ən güclü rəqib hesab edirsiniz?

— Hər hansı proqnoz vermək istəmirəm. Yalnız onu deyə bilərəm ki, komanda maksimum nəticə üçün çalışır və artist qarşısına qoyulan bütün vəzifələrin öhdəsindən çox gözəl gəlir. Səsvermə zamanı nə olacağını isə yaxın zamanlarda görəcəyik. Açığını deyim ki, rəqiblərə gəldikdə, mən Çingizı bu il «Avroviziya» müsabiqəsinin güclü iştirakçılarından biri hesab edirəm, odur ki, kimicə bu başdan rəqib timsalında görüb ayırmaq istəməzdim.

— Bukmeker (bahisçi) məlumatlarının nəticələrinə görə, bu il əsas mübarizə Niderlandla Rusiya arasında baş verəcək, Azərbaycan isə 14-16-cı yeri tutacaq. Belə proqnozlar demək olar ki, bir ay əvvəl dərc edilmişdir. Bu barədə nə düşünürsünüz? Və necə bilirsiniz , bahisçilərin qiymətləri müsabiqənin nəticələrinə təsir göstərirmi?

— Dərəcələr(stavkalar) artıq dəyişmişdir. Mənə məlum olan budur ki, bukmeker kontorunun məlumatına görə, son iki gün ərzində Azərbaycan dördüncü sırada qərarlaşıb (Təl-Əvivdə keçirilən ilk məşqdən sonra Çingiz Mustafayev favoritliyə çıxıb – Müəllif.). Bukmekerlərin qiymətlərinin müsabiqənin nəticəsinə təsir edib-etməməsinə gəlincə, əlbəttə ki, yox, təsir etmir. Onların proqnozları müsabiqənin nəticələrinə təsir göstərə bilməz. Məlum olduğu kimi, nəticə dünyanın hər yerindən tamaşaçıların və münsiflər heyətinin səsverməsi yolu ilə formalaşır.

—Eurovision Mahnı Müsabiqəsinin qalibləri dəfələrlə gələn frik- musiqiçilər olublar ki, onlar stavkanı musiqidən çox, epataja etmişlər. Sizin buna münasibətiniz?

— Bəli, Avroviziya mahnı müsabiqəsidir, lakin bu müsabiqədə tamaşaçıya yalnız musiqi deyil, həm də bir çox digər tərkib hissələri təsir edir ki, bunların arasında nömrənin steycinq deyilən qoyuluşu, ətrafında çox vaxt müxtəlif əfsanələr, piar və imiclər uydurulan artist də təsir göstərir və son nəticədə öz rolunu oynamış olur. Odur ki, kiminsə epataja stavka (bahis) edə biləcəyində təəccüblü bir şey görmürəm. Bundan başqa, hesab edirəm ki, bu, tamamilə normaldır, axı bu, heç də müsabiqənin qaydalarına zidd deyil.

— «Avroviziya» finalçılarının əksəriyyəti qələbədən sonra tez bir zamanda kölgəyə düşürlər — onlar az eşidilir, az görünürlər… Sizcə, onların musiqi karyerası nə üçün belə vəziyyətə düşür? Və müsabiqədən sonra Çingiz Mustafayevin həyatı nə dərəcədə çox dəyişə bilər?

— Düşünürəm ki, bu, bilavasitə artistdən, onun menecmentindən, qarşıya qoyulmuş vəzifələrdən, eləcə də artistin işlədiyi bazardan asılıdır. Burada çox amillər var. Amma sizin bu cür qəti bəyanatlı sualınızı dəstəkləyə bilmərəm, axı öz ölkələrində müsabiqədən sonra çıxışlarını uğurla davam etdirən artistlər az deyil. Çingiz haqqında deyə bilərəm ki, istərdim o, bu istiqamətdə oxumağa davam etsin.

— Azərbaycan vətəndaşları ilin əsas Mahnı Müsabiqəsini nə dərəcədə sıx və bariz izləyirlər? Və Təl-Əvivə Çingiz Mustafayevi dəstəkləməyə böyükmü insan qrupu gedəcək?

— Azərbaycanda «Avroviziya» müsabiqəsinə maraq həmişə çox yüksək olmuşdur. Bu haqda nəinki deyir və yazırlar, bunu mən özüm də görürəm. İkinci suala gəldikdə isə, bilirəm ki, İsraildəki diasporumuzun nümayəndələri də gəlib, müsabiqədə Çingizə dəstək verəcəklər. Həmçinin əminəm ki, meydanda Çingizə müsabiqənin pərəstişkarları tərəfindən də dəstək gözlənilir, onlar bizim mahnını seviblər, çoxsaylı rəylərə əsasən isə belə pərətişkarların sayı heç də az deyil.

Qeyd edək ki, Çingiz Mustafayevin musiqi nömrəsi üçün səhnə qrafikı üzərində Moskvadan olan Kreativ GST komandası işləmişdir. İfaçının müsabiqə nömrəsinin xüsusi vizual effektləri üçün «Eurovision-2016» qalibi Camalanın nömrəsi üçün xüsusi effektlər hazırlayan Front Pictures Creative Studio komandası cavab verir.

 

Leyla Əlizadə