Nə qədər ki, Ermənistan və Azərbaycan sərhəddində toplar susur, iki xalq arasında mübahisələr üçüncü dövlətlərin ərazisinə keçmişdir. Coğrafiya genişdir – ABŞ, Rusiya, Ukrayna, Gürcüstan, Avropa… İki icma nümayəndələri arasında toqquşmalar açıq aqressiyaya çevrilib: erməni mallarının azərbaycanlılara məxsus bazarlarda ticarətinə qadağa qoyulmasından tutmuş, qarşılıqlı fiziki zorakılıq və talanlaradək.
Neçə ki vəziyyət nəzarətdən çıxmamışdır, bu günün başlıca vəzifəsi müxtəlif ölkələrdə erməni və Azərbaycan icmalarının nümayəndələri arasında münaqişənin qızışmasını vaxtında dayandırmaq və və hər iki xalq üçün dönməz nəticələrə gətirib çıxarmayana qədər gərginliyi aradan qaldırmaqdır. Axı həm Moskva, həm də Los-anceles ermənil və azərbaycanlıları vətəndən uzaqda -qürbətdə etnik,millətlərarası təlatümlərsiz yan-yana yaşamaq daha yaxşıdır.
Son günlər problemə laqeyd qalmayan bir çox maraqlı tərəflərdən millətlərarası ixtilafların dayandırılmasına dair çağırışlar dəfələrlə səslənib. İrəvanın və Bakının bir çox məsələlərdə mövqelərinin dəyişməsinə baxmayaraq, hər iki dövlətdən olan ekspertlər bir fikirdədirlər: münaqişəni üçüncü dövlətlərin ərazisinə keçirmək olmaz.
Dalma News ilə söhbətində siyasi şərhçi Hayk Xalatyan bildirib ki, digər ölkələrdə ermənilərlə azərbaycanlılar arasında münasibətlərin və qarşıdurmaların kəskinləşməsi iki xalq üçün yaxşı heç nə gətirməyəcək.
“Əgər əvvəllər başqa ölkələrdə ermənilər və azərbaycanlılar az-çox normal münasibətlər saxlaya bilirdilərsə, toqquşmalardan yan keçməyə müvəffəq olurdularsa, iyul ayında dövlət sərhədi Tavuş vilayətində baş vermiş gərginlikdən sonra qarşıdurmanın başqa ölkələrə də geçdiyinin şahidi olduq. Bu, xüsusilə böyük erməni və Azərbaycan icmalarının yan-yana yaşadığı Rusiyada özünü əyani şəkildə göstərmişdir. Aydındır ki, Qarabağ münaqişəsinin həllini Rusiyaya və ya hər hansı digər ölkəyə köçürmək cəhdləri bu ölkələrin hakimiyyət və əhalisi tərəfindən çox mənfi qarşılanacaq. Sərt cavab addımları isə nəinki toqquşmaların birbaşa iştirakçılarına, hətta iki diasporun tam günahsız nümayəndələrinə də təsir edə bilər. Bu toqquşmaların təşəbbüskarları, məsələn, öz bazarında erməni məhsullarının satışına qadağa qoyan “Fud Siti” aqrobazarı və digər ticarət şəbəkələrinin sahibləri bunu yadda saxlamalıdırlar”, — deyə müsahibimiz qeyd edib.
Xalatyanın iddiasına görə, Rusiyada yaşayan bütün şəxslər milli zəmində ayrı-seçkiliyi və ya millətlərarası ədavəti qızışdırmağı birbaşa qadağan edən Rusiya qanunvericiliyinə riayət etməlidirlər. Onun fikrincə, üçüncü dövlətlərin ərazisində iki icmanın nümayəndələri arasında münaqişə hallarından qaçmaq üçün Ermənistan-Azərbaycan sərhədində və ya Dağlıq Qarabağ təmas xəttində baş verən gərginliklərin qarşısının alınmasına nail olmaq lazımdır.
«Münaqişənin yekun həlli hal-hazırda, ən azı, qısamüddətli perspektivdə həyata çətin keçirilə bilən kimi görünürsə, regionda gərginliyin artmasına yol verməmək isə xeyli asandır. Ermənistan tərəfi dəfələrlə ön cəbhədə insidentlərin araşdırılması mexanizmini tətbiq etməyi təklif edib ki, bu da atəşkəsin pozulması hallarının sayının kəskin şəkildə azaldılmasına, həmçinin pozuntularda təqsirli olanların aşkarlanmasına kömək edə bilər. Təəssüf ki, Bakı hələlik həmin addımı atmaq istəmir», —deyə ekspert vurğulamışdır.
Xalatyan hesab edir ki, bu mexanizmin tətbiqi hər iki tərəfdən qurbanların qarşısını almağa və sakit şəraitdə bu münaqişənin sülh yolu ilə həllini axtarmağa imkan verəcək. Ekspert ümid edir ki, ATƏT-in Minsk qrupundan olan həmsədrlər hər halda Azərbaycan hakimiyyətinin mövqeyinin dəyişməsinə nail ola biləcəklər ki, bu da hər iki xalqın marağındadır.
Öz növbəsində politoloq, “Sputnik Azərbaycan” Mətbuat Mərkəzinin rəhbəri İlqar Vəlizadə Dalma Newslə söhbətində regionumuzda münaqişəli vəziyyətin onun hüdudlarından kənara çıxdığını və diasporların emosional vəziyyətinə təsir göstərdiyini təəssüflə qeyd edib. Onun sözlərinə görə, dövlətlər arasında münaqişə icmalar arasında qarşılıqlı münasibətlərə də keçib: “bunu xalqların emosional tərkib hissəsi prizmasından izah etmək olar. Digər tərəfdən, bizim regionda fundamental problemlər həll edilməyincə, qoşunların təmas xəttində baş verən partlayışlar davam edənə qədər (son gərginlik Dağlıq Qarabağda yox, Ermənistan və Azərbaycanın dövlət sərhəddində baş vermişdi – red.) bu, diasporların vəziyyətində əks olunacaq”, — deyə o əminliklə vurğulayıb.
Belə neqativ məqamları istisna etmək üçün Vəlizadə vurğulayıb ki, münaqişəni həll etmək lazımdır. Yəni kosmetik vasitələrlə məşğul olmağa dəyməz, ən ağrılı problemlərlə məşğul olmaq lazımdır. Çünki onun sözlərinə görə, bu, nəinki regionda, onun hüdudlarından kənarda da gərginliyin artmasına gətirib çıxarır.
«Təəssüf ki, burada münaqişənin həlli üçün universal üsul yoxdur. Bütün problemləri həll etmək üçün yeganə yol münaqişənin özünü həll etməkdir. Azərbaycan tərəfi vaxtilə icmalararası dialoqa başlamağı təklif etmişdi. Bakı da humanitar münasibətlərin inkişafının əleyhinə deyil, biz girovların “hamını hamıya” dəyişdirilməsini təklif edirdik. Bu cür hərəkətlər gərginliyi azalda, vəziyyəti konkret nəticələrə çıxmaqla informasiya məcrasına yönəldə bilər. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mövqeyi belədir ki, onlar münaqişə tərəflərini qane edən istənilən qərarı qəbul edəcəklər. Lakin onlar icmalar arasında dialoq üçün meydançalar yaradırlar. Çünki hər bir ölkənin öz hüquq normaları var, halbuki bu cür münaqişələr beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır».
İlqar Vəlizadə əmindir ki, tərəflər hər hansı konstruktiv qərara gələcək və o,ümid etmək istərdi ki,bu vəziyyət həmsədr ölkələri düşünməyə vadar edəcək. Çünki vergi ödəyən sahibkarlara ziyan vurulur: «Nəticədə onlar sərt tədbirlər görməlidirlər ki, bu da təbii ki, hər iki diaspora təsir edəcək», — deyə müsahibimiz yekunlaşdırıb.
Yeri gəlmişkən, Moskvada artıq ermənilərlə azərbaycanlıların davasının 15 iştirakçısı həbs edilib. Rusiyanın səlahiyyətli orqanları əvvəllər bildiriblər ki, tutulub saxlanılanları yalnız real həbs müddəti deyil, həm də Rusiyaya girişin müvəqqəti qadağası da (5 il ərzində) ğözləyir.