Bu il Xəzər dənizi ətrafındaki qazax çöllərində 60 mindən çox antilop(qəzal) məhv olmuşdur. “Haqqin.az”ın Techienews.co.uk saytına istinadla verdiyi xəbərə görə, alimlər heyvanların kütləvi ölümünə səbəbi bakteriyalarda gördükləri halda, qəsd nəzəriyyəsi tərəfdarları ekoloji fəlakətdə digər planetlərdən gələnlərin əli olmasından söz açırlar ki, ən azı bir azərbaycanlı alim onların fikrilə razıdır…

“UFOSightingsDaily” nəşri bildirir ki, guya gəlmələr Xəzər dənizində sualtı bazalardan öz eksperimentləri üçün istifadə edirlər. Azərbaycanın Milli aerokosmik agentlik rəhbərinin sözlərincə, bu fikirlər əsassız deyil, hələ SSRİ dövründə də sovet alim və hərbçiləri tez-tez Xəzər dənizində bir-birini əvəz edən planetlərarası kosmik gəmilərin uçuşlarını daim müşahidə etmişlər, intəhası o vaxt təhlükəsilik nöqteyi-nəzərindən bu məlumatın üstünü açmırdılar.

İddia olunur ki, ”Xəzər dənizinin dibindəki bazadan olan gəlmələr ətraf ölkələr,eləcə də onların təbiətinə mənfi münasibət bəsləyirlər və bakteruyalarla eksperimentlər aparırlar ki, məhz elə həmin bakteruyalar da antilopların sirli qırğınına səbəb olmuşdur. “UFOSightingsDaily”dən olan Skott Uorinq “bu eksperiment inoplanetyanların bütün bəşəriyyəti məhv edib planetin qalan hissəsini saxlamağa qadir analoji bakteriyalar yaratmaq yolunda yalnız ilk addımdır.

Ekoloji fəlakət 2015-ci ilin mayında olmuşdu. O vaxt mərkəzi Qazaxıstanda antilopların kütləvi qırğını baş vermişdi. Hansısa 4 gün ərzində 60 mindən çox sayqak fərdləri (Saiga tatarica) həlak olmuşdu.