Illustration: Sputnik Азербайджан

Qılıncoynatma üzrə Rusiya yığmasının baş məşqçisi Dalma Newsin qonağıdır.

Sovet və Rusiya məşq qılıncoynadanı, Rusiya Silahlı Qüvvələrinin polkovnik rütbəsinə malik, qılıncoynatma üzrə Rusiya yığmasının baş məşqçisi, ikiqat olimpiya çempionu, dünya çempionu, SSRİ-nin əməkdar idman ustası İlqar Yaşar oğlu Məmmədov hazırda Çindədir ki, orada iyulun 19-u 27-si arası Usi şəhərində qılıncoynatma üzrə dünya çempionatı keçirilir.

Artıq qılıncoynatma əfsanəsinə dönmüş İlqar Məmmədov 15 noyabr 1965-ci ildə Azərbaycanın paytaxtı Bakıda anadan olmuşdur. 1987-ci ildə Azərbaycan Dövlət Bədən tərbiyəsi institutunu, 2008-ci ildə isə Rusiya XİN-nin Diplomatik akademiyasını bitirmişdir.

2012-ci ilin oktyabrından Qılıncoynatma üzrə Rusiya yığmasının baş məşqçisidir.

Məhz onun dövründə Rusiya yığma komandası on bir il ərzində ilk dəfə Budapeştdə 2013-cü ilin dünya çempionatında 3 qızıl, 5 gümüş və 3 bürünc qazanaraq, ümumi komanda hesabında, həmçinin Millətlər Kubokunda qələbə çalmış oldu. 2014-cü ilin Dünya çempionatlarında Rusiya yığma komandası Kazanda (3-1-4), 2015-ci ildə Moskvada (4-4-1) birinci ymumkomanda yeri və Millətlər Kuboku qazanmışdır.

2016-cı ildə İlqar Məmmədovun rəhbərliyilə RF yığma komandası bir çox rəsmi startlarda ümumkomanda zaçotu üzrə birinci yeri tutmuşdur. Rusiya yığması Rio-de-Janeyroda (Braziliya) Olimpiya oyunlarının nəticələrinə görə də birinci ümumkomanda yeri tutmuşdur.

İlqar Məmmədovun həyat yoldaşı Yelena Jemayeva da qılıncoynadandır, o ikiqat dünya və Avropa çempionu, Dünya Kuboku sahibi olmaqla 2004-cü il Olimpiadasında Azərbaycanı təmsil etmişdir. 1997-ci ildə İlqar və Yelenanın qız övladı Milena, 2005-ci ildə isə daha bir qız usagı — Ayla dünyaya gəlmişdir.

Çoxlarının yadındadır ki, 2016-cı il Olimpiya oyunlarının ikiqat olimpiya çempionu Yana Yeqoryan və olimpiya çempionu, Olimpiada-2016 bürünc medalının sahibi Timur Safin İlqar Məmmədovun başının tükünü tam qırxmışdılar, çünki qılıncoynatma üzrə Rusiya Olimpiya komandasının baş məşqçisi Rioda Oyunlar başlamazdan bir qədər əvvəl söz vermişdi ki, əgər qadın və kişilərdən ibarət yığmalar komanda yarışlarında qızıl medallar qazanarlarsa, o, başını qırxdırmağa hazırdır

Rusiya komandası vəzifəsini yerinə yetirdi və məşqçi vediyi sözün üstündə durdu. Baş tükündən təntənəli məhrum olma mərasimi bilavasitə Yana Yeqoryan və Timur Safinin iştirakı ilə Azarkeşlər Evində keçirildi.

— Siz— məşhur qılıncoynadansınız, qılıncoynatma üzrə Rusiya yığmasının baş məşqçisisiz, Sizin atanız Yaşar Məmmədov – qılıncoynadan və məşqçidir. Bəs bu necə baş vermişdir? Bu, Sizin şüurlu seçiminiz olmuşdur?

— Əlbəttə ki, uşaqla valideynlər məşğul olurlar. Belə ki, fextovalşik (qılıncoynadan) olmaq seçimi müstəqil deyildi. Mən musiqi dərslərinə gedirdim, amma sonra dərslərdən qaçmağa başladım və atam məni boksa, daha sonra isə qılıncoynatmaya verdi.

Yeri gəlmişkən, böyük qardaşım, daha sonra isə kiçik qardaşım da bu yolla getdilər. Belə ki, ailədə artıq «üç musketyor» var idi (gülür).

— Bəs ailə ənənələrinin davamı varmı?

— Bəli, mənim uşaqlarım, o cümlədən, kiçik qardaşımın oğlu qılıncoynatma ilə məşğul olurlar. Amma böyük qardaşımın uşaqları, hər halda bu yolla getmədilər.

Amma istənilən halda, ənənə davam edir. Əlbəttə, bizim uşaqların hansı səviyyəyə çatacaqlarını indidən demək çətindir, amma irəliləyiş var.

— Sizin həyatınız qaynar və zəngindir, daim toplaşma və yığıntılar. İndi Siz nə ilə məşğulsunuz və haradasız?

— Mən hazırda Çində, Usi şəhərindəyəm. Biz qılıncoynatma üzrə məhz burada keçiriləcək dünya çempionatına hazırlaşırıq. İndi bizdə akklimatizasiya — yeni iqlim və mühitə uyğunlaşma və yarışa «yaxınlaşma» dövrüdür.

—Yəqin ki, xüsusilə atanızın Bakıda yaşadığını nəzərə alsaq, Siz Azərbaycanla əlaqə saxlayırsınız.

— Əlbəttə!

— Tez-tezmi gəlirsiniz?

— İstədiyim qədər tez-tez gələ bilmirəm. Sonuncu dəfə keçən il olmuşam. İdman mövsümü öz müvəqqəti müddətlərini diktə edir. Amma ümidvaram ki, yarışlardan sonra doğma Bakıya gələcəyəm.

— Bəs Siz neçə olimpiya çempionu ilə məşq aparmısınız?

— Rio-de-Janeyro Olimpiadasında Artur Ахmatxuzin, Timur Sаfin idi. Yeri gəlmişkən, onlar karyeranı davam etdirir və indi buradadırlar. Amma Artur ciddi cərrahiyyə əməliyyatlarından keçmişdir. O, yetkin döyüşçü sinnindədir, may ayında onun 30 yaşı tamam olmuşdur, lakin məsləhətləşəndən sonra qərara gəldik ki, ona çıxışları dayandırmaq daha yaxşı olar. Hazırda o, ümumfiziki hazırlıq üzrə milli yığma komandasının məşqçisi timsalında çalışır və öz işinin öhdəsindən çox yaxşı gəlir.

— Bəs Yana Yeqoryan? O Rioda olimpiya çempionu olmuşdur. Sizə onunla işləmək necə idi?

— Bizdə milli məsələ heç vaxt qoyulmur. Kimsə bir millətə, digəri isə tamam başqa millətə məxsusdur. Yalnız Rusiya vətəndaşlığı var. Ola bilsin, mənim də soyadım kimlərəsə Rusiya yığmasının məşqçisinə müvafiq familiya kimi görünməsin (gülür).

Bizdə soyadına baxmır, işini qiymətləndirirlər. Sabah Yana ərə gedəcək və tutalım, ya Beryozovski, ya Abramoviç, ya da İvanova olacaq. Əsas odur ki, işin öhdəsindən gələ bilsin(gülümsəyir).

— Bəs indi karyeranızda Siz hansı parlaq epizodları yada sala bilərsiniz?

— Əlbəttə, ən parlaq epizod, hələ 22 yaşım tamam olmayan vaxtlar ilk dəfə Olimpiya oyunlarına yollandığım zaman, hələ SSRİ dövründə, 1988-ci ildə Seulda baş vermişdi. Bizə xüsusi ümid bəsləmirdilər,daha ciddi qılıncoynadanlar var idi. Ancaq parlaq qələbə və parlaq təəssüratlar baş verdi (İlqar Məmmədov Olimpiya çempionu oldu — red). Bu, ən birinci və gözlənilməz qələbə idi. Seulda həmin Olimpiya oyunları sadəcə olaraq, mənim bütün həyatımı dəyişdi.

— Bəs indi yadınıza düşən digər parlaq anlar olubmu?

— Əlbəttə. Mənim övladlarım! Uşaqların dünyaya gəlməsini mən qələbə hesab edirəm (gülümsəyir).

Amma əgər idmana və parlaq məqamlara qayıtsaq, bu həm də 1996-cı ildə Atlantada keçən Olimpiadadaki qələbədir. Deyirlər ki, çətini birinci qələbədir,ancaq ikincisi daha çətin və ağırdır. Lakin o vaxt bu, baş tutdu.

 

Hazırlayanı Məmməd Məmmədzadə