Фото: ТАСС/Светлана Холявчук

FSB sərhəd xidmətinin statistikasına görə, yalnız 2019-cu ilin birinci yarısında Rusiyaya gəlir və ya qazanc əldə etmək məqsədilə 2,4 milyon əcnəbi gəlmişdir. Liderlik Özbəkistana məxsusdur — 918 min nəfər. İkinci yerdə Tacikistan, sonra Qırğızıstan, Ukrayna durur və beşliyi Qazaxıstan bağlayır. Daha sonra Ermənistan, Moldova, Azərbaycan və s. Dalma Newsə müsahibəsində əmək miqrantlarına pulsuz hüquqi yardım göstərən hüquq müdafiəçisi Valentina Çupik miqrantların Rusiyada hansı problemlərlə üzləşmələrindən söz açmışdır.

— Rusiyada mühacir obrazı necədir?

— Açığı, Rusiyada xoşagəlim olmayan, qeyri-qənaətbəxş miqrant obrazı formalaşıb. Çoxlarının gözlərindən bəlli olur ki, Orta Asiya vətəndaşları savadsız və səriştəsiz, qafqazlılar isə təcavüzkar, tamahkar və cahildirlər. Bu qəbildən olan stereotiplər miqrantofobiya KİV – in işinin bəhrəsidir və təəssüf ki, ölkədə az deyillər. Belə nəşrlərdə miqrantların qəhrəmanlıq əməlləri və igidlikləri haqqında heç vaxt məlumat görməyəcəksiniz. Amma mütəmadi olaraq belə xarakterli xəbərlər meydana çıxır: “Polis qeyri – leqalların yuvasını üzə çıxarıb—bir sıra MDB ölkələrindən 96 nəfər saxlanılıb, lakin sənədlər yoxlanıldıqdan sonra saxlanılanlar sərbəst buraxılmışlar”. Belə bir sual yaranır, əgər bunlar qeyri -leqaldırlarsa, bəs onları niyə buraxıblar?! Təəssüf ki, KİV bu sualı vermir, əksinə, bu cür məlumatları yaymaqda davam edir, polis isə qanunsuz olaraq mənzillərə daxil olmaqda və miqrantları qeyri-qanuni olaraq saxlamaqda davam edir.

— Yardım üçün Azərbaycandan sizin təşkilata nə qədər çox miqrant müraciət edir?

— Məsələn, Özbəkistandan olan vətəndaşlardan fərqli olaraq Azərbaycan vətəndaşları, bizə o qədər də tez-tez müraciət etmirlər. Orta hesabla ayda 15-20 nəfər AR vətəndaşı bu və ya digər məsələlərin həllinə kömək etməyi xahiş edir. İl ərzində təşkilatımıza daxil olan 30 min müraciətin fonunda Azərbaycan miqrantlarından 200 sorğu elə bir ciddi rəqəm deyil. Digər təşkilatlar, o cümlədən Rusiya Federasiyasındakı Azərbaycan diasporunun təşkil etdiyi ixtisaslaşdırılmış hüquq müdafiə təşkilatları da daha önəmli statistika ilə öyünə bilməzlər.

Səbəb ondan ibarətdir ki, bir çox Azərbaycan vətəndaşları problemləri qanuni qaydada həll etməkdənsə, onlardan uzaqlaşmağa üstünlük verirlər. Özü də qeyd edim ki, bütövlükdə bu cür davranış qafqazlılara daha xasdır. Məsələn, Özbəkistandan olan miqrantların əksəriyyəti bütün lazımi sənədlərin rəsmiləşdirilməsinə çox məsuliyyətlə yanaşırlar və vergiləri vaxtında ödəyirlər. Öz növbəsində qafqazlılar – azərbaycanlılar, ermənilər, gürcülər bu məsələyə daha yüngül və sadə yanaşırlar, qırğız miqrantlar isə bununla bağlı heç də narahat olmurlar. Ümumiyyətlə, Qırğızıstan və Ukrayna vətəndaşları ilə işləmək daha ağırdır. Əlbəttə, söhbət bu ölkələrin bütün vətəndaşlarından getmir. Mənə kömək üçün müraciət edən Qırğızıstan və Ukrayna vətəndaşları haqqında danışıram. Onların əksəriyyəti öz günahları ucundan qanunlarla bağlı problemlərlə üzləşməli olurlar.

Vаlentina Çupik

— Əmək miqrantlarının hüquqlarının müdafiəsi sahəsində çalışan hüquq müdafiə təşkilatları nə dərəcədə effektlidirlər?

— Hamının əvəzinə cavab verə bilmərəm. Konkret olaraq bizim təşkilatımızdan danışsaq, yuxarıda qeyd etdiyim kimi, il ərzində bizə 30 minə yaxın müraciət-sorğu daxil olur ki, onlardan 20 mini uğurla həll edilir. Bizə əksər hallarda ədalətsiz olaraq polisdə saxlanılan qohumların və ya yoldaşların hüquq-mühafizə orqanlarından çıxarılmasına, qanunsuz olaraq Rusiyadan qovulmanın ləğvinə, vicdansız sahibkarlardan ödəmədikləri əmək haqları üzrə borcları qoparmağa kömək etmələri üçün müraciət edirlər. Lakin faiz nisbətində fəaliyyətimizin səmərəliliyi 90,2% təşkil edir, axı biz miqrantların konkret problemlərinin həlli ilə yanaşı, pulsuz konsultasiya yardımı da göstəririk.

Lakin problem ondadır ki, biz bu kütləvi pozuntuları aradan qaldırmaq üçün heç nə edə bilmərik. Odur ki, bizim fəaliyyətimizin səmərəli olub-olmadığına cavab vermək çətindir — hər şey səmərəliliyin qiymətləndirilmə meyarlarından asılıdır

— Qanuna riaət edən miqrantları müdafiə üçün nə etmək lazımdır? Daha hansı sənədləri qəbul etmək lazımdır?

— Qanunvericilik sənədlərini bu istiqamətdə yenidən nəzərdən keçirmək faydasızdır, çünki problem sistemin özündədir. Hətta əmək şəraitini yaxşılaşdırmağa ehtiyac yoxdur, çünki Rusiyada onlar heç də pis deyil. Heç də hər yerdə, elə həmin Azərbaycanın özündə belə, Rusiyanın kiçik şəhərlərində olan əmək şəraiti ilə öyünə bilməzlər. Ancaq Azərbaycanda milli zəmində təzyiq göstərilmir, Rusiyada isə bu, başdan-başa — böyründə və ətrafındaca hökm sürür.

Statistik məlumatlara görə, bütün bu çətinliklər miqrantların, o cümlədən Azərbaycandan olanların iş və qazanc ardınca Rusiyaya getmələrini dayandırmır. Bunu necə izah edərdiniz?

Dinamika yalnız ona görə aşağı getmir ki, insanların praktiki olaraq heç bir seçimi yoxdur. Qeyd edək ki, Moldovadan Rusiyaya miqrant axını Aİ-yə yol açıldıqdan sonra iki dəfə azalıb. İnsanların iqtisadi cəhətdən firavan ölkəyə getmələri üçün daha az problemləri olan seçim meydana çıxan kimi, onlar bunu edirlər. Əgər Azərbaycan həmin Avropa ilə vizasız rejimə nail olsa, Miqrasiya kursu dəyişəcək. Rusiya yalnız aydın səbəblərdən Avropa dilini öyrənmək və qeyri-Sovet həyat şəraitinə uyğunlaşmaq çətin olan yaşlı nəsil üçün cəlbedici qalacaq.

— Gün ərzində kömək üçün sizə onlarla insan müraciət edir. Bütün bu insanların hamısına kömək etmək üçün gücü haradan tapırsınız?

— Sözün düzü, çatdıra bilmirəm. Mənə gün ərzində 80-dən 250-yə qədər müraciət gəlir. Bu çox böyük həcmli işdir və sonu – ucu-bucağı görünmür.Buna baxmayaraq, mən öz işimi sevirəm. Qanunsuz saxlanılan miqrantları polisdən çıxarmaq və onları ailəyə qaytarmaq, yaxud işə götürdükləri miqrantların əmək haqqını ödəməkdən imtina edən sahibkarlardan onların maaşını qoparmaq mümkün olanda necə sevindiyimi sözlə ifadə edə bilmirəm. Mənim köməyim sayəsində insanların nəhayət, öz doğma yurdlarına pul göndərəcəkləri, yaşadıqları mənzilin haqqını ödəyə biləcəkləri, elementar olaraq ərzaq və paltar almaq imkanına qadir olacaqları mənə çox böyük ruh və emosional güc verir.

 

Lеyla Əlizadə