Azərbaycanı yeni istehlak kreditləri dalğası bürümüşdür. Və cari  ilin avqust ayına olan məlumata əsasən, bu o halda baş verir ki, vaxtı keçmiş kreditlərin məbləği təxminən 1 milyard 800 milyon manat (900 milyon avrodan artıq) təşkil edir. Bu rəqəm iyul ayındakindən 2% – dən də artıq yüksəkdir.

Nə baş verir? Əhalidə nikbinlik və iqtisadi artıma ümidmi yaranmışdır? Əmək haqqları artmışdırmı? Kreditlər üzrə faiz dərəcələri enmişmi? Azərbaycanın aparıcı bank eksperti Əkrəm Həsənov  Dalma Nevslə müsahibəsində bu və digər suallara cavab verdi.

Avqusta olan məlumata görə, vaxtı keçmiş kreditlərin məbləği demək olar ki,1 milyard 800 milyon manat təşkil etmişdir.  Buna baxmayaraq, insanlar kredit  götürməkdə davam edir və banklar hamıya olmasa da, hər halda adamlara borc verirlər. Nə baş verir və nə üçün indi?

Həqiqətən də, kreditlərin verilməsində  müəyyən artım nəzərə çarpır. Bu, onunla bağlıdır ki, Azərbaycan Mərkəzi Bankı (AMB) bu il ərzində uçot dərəcəsini  bir neçə dəfə endirmişdir.

Bir ildən artıq, 2018-ci ilin fevralınadək  o, 15%  səviyyəsində  qalmaqda davam edirdi, indi isə artıq 10%-dir. Əvvəlcə faiz dərəcəsi 15%-dən 13%-ə, sonra 11%-ədək, daha sonra isə 10%-ə ernmişdir .

Xatırladım ki, banklar və qeyri-bank kredit təşkilatları məhz AMB-nin uçot dərəcəsinin ölçüsü ilə kreditləşdirmə aparırlar. Deməli, pul ucuzlaşmış və kreditləşdirilməyə, həmçinin əhaliyə də faizlə borc pul verməyə başlamışlar (prinsipcə, elə onların əsas fəaliyyəti  budur).

Qeyd etmək istəyirəm ki, banklarda əmanətlərin  həcmi  bir qədər artıb. Bu, milli valyutanın – manatın ötən ilin fevralından  müşahidə olunan sabitliyi ilə bağlıdır. Yəni indi necə deyərlər, bankların “əlinə pul düşüb” və təbii ki, onlar bu pullar hesabına qazanmaq  istəyirlər. Düzdür, bu, bütün maliyyə təşkilatlarına aid deyil, axı onların çoxu indiyə qədər böhran vəziyyətindədir.

Bəs ölkə əhalisi  ümumiyyətlə, kredit götürməyə son qoymuşmu?

Mən hesab edirəm ki, yox. Azərbaycan sakinləri kreditlər almağa meyllidirlər. Onlar ötən illərin dərslərini mənimsəməmişlər. Bir çoxları  keçmiş  kreditlərini ödəmək  və  əlbəttə, öz cari problemlərinin həlli üçün kredit götürürlər. Sadəcə, son 2-3 il əhali daha çox lombardlar və sələmçilərə müraciət etmişdir ki, bu kreditlər təbii olaraq,  heç  bir hesabata daxil olmamışdır.

Amma indi, faiz dərəcəsinin azaldığı vaxt, onlar yenidən banklara üstünlük verməyə  başlamışlar. Hərçənd, qeyd etmək lazımdır ki, banklar ötən illərdən (2015-ci il böhranı) fərqli olaraq, heç də hamıya ucdantutma borc vermir.

Maliyyə nəzarəti üzrə palata hələ 2016-cı ildə məsul kreditləşdirməyə dair qaydalar qəbul etmişdir ki, onlar kifayət qədər sərtdir. Elə banklar özləri də qorxur – axı, onlar əvvəl verilmiş pulları qaytara bilmirlər. Və statistika da problemli  kreditlərin həcminin artdığını göstərir.

Amma mən güman edirəm ki, söz çoxdan verilmiş  kreditlərdən gedir. Onların bir qismi yalnız indi problemli olmuşdur.

Bəs ola bilərmi ki, kredit bazarının «hədsiz qızması» baş versin və bunun ardınca pulların qaytarılmamasının yeni dalğası başlansın?

Əlbəttə, gələcəkdə  bu  baş verə bilər. Amma ən yaxın zamanda yox. Qeyd etmək lazımdır ki, əhalinin müəyyən hissəsi sərbəst pula malikdir. Bu, neftin qiymətinin artması, tikinti biznesinin müəyyən fəallaşması və bəzi başqa amillər nəticəsində baş vermişdir.

Lakin bütün bunlar qeyri-sabitdir. İndi biz Amerika bankı Lehman Brothersin  iflasının 10 illiyini qeyd edirik. O, daşınmaz əmlak bazarında iflasa uğramışdı ki, bu, Amerika Birləşmiş Ştatlarının tarixində ən böyük müflisləşmə  olmuşdur. Belə ki, Azərbaycanda tikinti biznesi fəallaşsa da, ancaq yenə deyirəm, vəziyyət o qədər də  sabit deyil. Odur ki, təkrar deyirəm, bazarın iflası baş verə  bilər, amma çətin ki, yaxın iki ildə.

Bəs adamlar krediti  hansı valyutada götürürlər? Manatla ya dollar və avro ilə?

Manatla. Maliyyə bazarları üzrə Nəzarət palatasının qaydaları fiziki şəxslərin xarici valyutada kredit əldə etmək imkanını  minimuma endirmişdir. Bunu  yalnız gəlirləri yaxud  əmanətləri xarici valyutada olan adamlar edə bilərlər.Belə adamlar isə o qədər də çox deyil.

Bəs kreditlər hansı faizlə  götürülür?

Səpgisi yetərincə genişdir. Lakin orta hesabla bu, 20% və daha çoxdur.

Dünya təcrübəsi  üçün belə stavka – faiz dərəcəsi  normaldır?

İnkişaf etmişlər üçün bu normal deyil. Ancaq Azərbaycanda banklar ilk vaxtlar kreditləri yüksək faiz dərəcələrilə verirdilər, axı risklər də yüksəkdi.

Hər necə olsa da, indi banklar kreditlərin geri qaytarılmama  riskini, uzun məhkəmə prosesləri və onlara həm rəsmi, həm də qeyri-rəsmi xərclərini və s. nəzərə alırlar.Odur ki, bütün bunlar faiz dərəcələrinə  daxil edilir.

Ancaq, hər-halda  banklarda istehlak  kreditləşdirilməsinə  tələbat nəyin hesabına yaranmışdı? Adətən, bu, aşağı inflyasiya, işsizliyin aşağı düşməsi, əmək haqlarının artması üzündən baş verir. İnsanlarda belə bir nikbinlik hardandır? Və ya hər şey əksinə: nikbinlik yoxdur və krediti əlacsızlıqdanmı  götürürlər?

Əlbəttə, insanların bir qismi borca əlacsızlıqdan düşür. Digərlərində  əsassız, özünü doğrultmayan nikbinlik var, onlar nə baş verdiyini başa düşmürlər. Amma son nəticədə iş yenə də neft pullarındadır.Bu il büdcənin xərc hissəsini artırmışıq, dövlət daha çox sərf edir və vəsaitin bir hissəsi kiminsə əlinə düşür. Nəticədə kimsə nəsə bir şey tikir, təmir edir. Əhalinin müəyyən hissəsində gəlirlərin sabit artımı  geydə alınır.

Bu sabitlik yalnız neft pulları sayəsində saxlanılır. Başqa amillər yoxdur. Əslində, bank sistemi çox bərbad vəziyyətdədir. Bir sıra banklar iflas hüdudundadır. Və yeri gəlmişkən, bunların bir çoxunda  menecerlər  müqəssirdir.

Onlar rəhbərliyə göstərməyə çalışırlar ki: Budur, biz yenə də kreditlər verir, aktivləri  artırır, iş görüb qazanırıq. Mən özüm bank sistemindənəm və çox gözəl bilirəm ki, bu top-menecerlərin əksəriyyəti «pustışkadırlar» (dayaz, boş, yüngül adam).

 

Hazırlayanı Məmməd  Məmmədzadə