Gürcüstanın Cəzaların icra və probasiyası nazirliyi, həmçinin mədəniyyət nazirliyinin dəstəyilə dekabrın 5-də Şota Rustaveli adına teatrın böyük səhnəsində “Mələk mənim əsirliyimdə” adı altında qeyri adi bir tamaşanın premyerası oldu. Teatrın yaradıcı qrupu aktyor heyətinə məhbus qadınların da daxil olduğu pyesin qoyuluşu üzərində düz dörd ay çalışmışd. Rejissor və dramaturqla yanaşı, yeni meydana gəlmiş aktrisalarla psixoloq da işləmişdi. Məşqlər zamanı pyesin yaradıldığı baza ətrafında bir çox aktual məsələlər üzə çıxmışdır.

Səhnədə məhkum qadınlara kompaniyanı bankı yarıb talamaq məqsədilə dinc vətəndaşları girov götürən cinayətkar rolunun ifaçısı aktyor Georgi Zanquri təşkil etmişdi. Üzücü kriminal araşdırmalar zamanı cinayətkar və girovlar arasında demək olar ki, dostlıq əlaqələri yaranır. Onlar sanki həyatın özlərini düçar etdiyi vəziyyətı unudub öz probləmləri haqqında söz açırlar. Soyğuncu hər bir girovun şəxsi tarixçəsini dinləməklə həmsöhbətlərinin səmimiyyət və açıqürəkliyinə aludə olub onlara öz problemlərindən söz açır və törətdiyi cinayətə görə pesmançılığını bildirir. Bu münasibətlərin kulminasiyasını cinayətkarın öz girovlarını buraxması təşkil edir.

Tamaşa kifayət qədər emosional alınmışdır. Bu yetərincə böyük addımdır, axı, çox illər boyu cəzaçəkmə yerlərini tərk etməyənlərə böyük səhnədə çıxış etmək imkanı verilmişdi. Ancaq bu heç də real həyatda qalmaqallı davamını tapan əhvalatın sonu deyil.

Ilia-Meore

Baş nazir İrakli Qaribaşvili və digər hökumət üzvlərilə birlikdə premyeraya gələn Katalikos – Patriarx II İlya tamaşanın sonunda zalda əyləşənlərin hamısına üz tutaraq ona məhkumları əhvetmə səlahiyyəti vermək xahişi ilə müraciət etmişdir. Patriarx hədiyyə kimi Gürcüstanın Cəzaların icra və probasiyası naziri Kaxe Kaxişviliyə ikona, ölkənin baş nazirinə isə xaç bağışlamış, həmçinin tamaşa iştirakçilarını mükafatlandırmışdır.

“Patriarx dustaqları əhvetmə hüququna malik olmalıdır”,- deyən II İliya baş nazirdən bu məsələ üzrə qərar qəbul etməyi xahiş etmişdir. Həmin anda İrakli Qaribaşvili bu epizodu heç cür şərh etməmiş, Kaxe Kaxişvili isə əksinə, çoşğunluqla bildirmişdir ki, Patriarxın arzusu hökmən nəzərdən keçirilməlidir.

“Patriarx mərhəmət və şəfqət göstərməyə iradə ifadə edirsə, bu təşəbbüsü nəzərə almaq lazımdır. Konstitusiya maddələrini təşəbbüsə uyğunlaşdırmaq isə başqa məsələdir. Konstitusiyada amnistiya elan etməyə yalnız prezidentin hüququ olduğu yazılmışdır. Başqa bir forma da var: məhbuslardan birinin əhv olunması üçün Patriarxın özünün imzası ilə prezidentin adına xahişnamə yazmaq”, -deyə Kaxişvili bəyan etmişdir.

Məlum olduğu kimi, məhkumların əhv hüququ Gürcüstan konstitusiyası ilə nəzərdə tutulmuşdur. Konstitusiyanın 73-cü maddəsində məhkumların bağışlanması müstəsna olaraq ölkə prezidentinin səlahiyyətidir və Patriarxın təşəbbüsünü qane etmək üçün müəyyən konstitusiya dəyişiklikləri lazımdır.

Irakliy-Gharibashvili

Bir qədər sonra Gürcüstan hökumətinin mətbuat xidməti belə bir informasiya yaymışdır ki, İrakli Qaribaşvili ölkə Patriarxının məhkumların bağışlanma prosesinə qarışmasını “pozitiv” hesab edir və baş nazir özu yuxarıda göstərilən məsələnin baxılmasina başlamaq xahişilə prezidentdə müraciət edəcək.

“Zati müqəddəsləri II İliya bütün gürcü xalqını arxasında aparan şəxsdir və onun məsləhəti bizim hər birimiz üçün mühüm və qiymətlidir”,- deyə Qaribaşvili vurğulamışdır.

Hökumət başçısı və bir neçə nazirdən başqa Patriarxın məşəbbüsünü hakim koalisiyanın digər deputatları da dəstəkləmişlər. Parlament çoxluğunun qənaətinə görə, məhbusların əhv olunması işində Patriarxın rolunu yüksəltmək məsələsini müvafiq strukturlar nəzərdən keçirməlidir. Patriarxın bu mövzu üzrə tövsiyyələrinə daha tez-tez diqqət yetirmək lazımdır.

Bu jesti Patriarx tərəfindən teokratik idarə rejimi qurmaq cəhdi kimi anlayan “Gürcü arzusu” respublika koalisiyası dairələrində başqa fikirdədirlər. Belə tendensiya müxalifəti də sevindirmir. “Vahid milli hərəkat”da kilsənin siyasi proseslərə qoşulmasının dövlətə və kilsənin nüfuzuna xələl gətirdiyini qeyd edərək bu təşəbbüsü populist addım kimi qiymətləndirirlər.

Davit-Usupashvili_14

Parlament sədri, respublikaçı David Usupaşvili insidenti kiçik anlaşılmazlıq adlandırmışdır: “Mən elə bir presedent tanımıram ki, əhvetmə hüququna dövlət başçısından savayı daha kimsə malik ola bilsin. Mən belə konstitusiya modeli xatırlamıram. Əhvetmə məsələlərinə ciddi yanaşmaq lazımdır. Burda söz bu huququn təhvil verilməsi yaxud bölüşdürülməsindən deyil, hər hansı vasitəçilikdən gedə bilər”.

Usupaşvilinin sözlərincə, adamların günahlarını bağışlamaq dini xadimlərin şəxsi haqqı olan bir məsələ, onların öz ağılları kəsdiyi kimi məhbusları azad etmək isə tamam başqa məsələdir. “Əhvetmə – bu, ağır yükdür”, – deyə siyasətçi vurğulamışdır.

Paata-Zaqareishvili_8

Gürcüstanın barışıq və vətəndaş hüquq bərabərliyi məsələləri üzrə dövlət naziri, həmçinin respublikaçı Paata Zakareişvili də Patriarxa məhbusları əhvetmə hüququ vermək əleyhinə çıxış etmişdir. Nazir bildirmişdir ki, dövlətdə hər bir siyasi fəaliyyəti xalqın seçdiyi hakimiyyət orqanı yaxud hakimiyyətin bunun üçün təyin etdiyi şəxs həyata keçirir.

“Patriarx, patriarxlıq, kilsə – bütün bunlar bizə göylərdən verilmişdir və konstitusiyaya hec bir dəxli yoxdur”,-de yə Zakareişvili bildirmişdir.

164559

Ədliyyə naziri Teya Sulukianinin fikrincə, Patriarxa məhkumları əhvetmə hüququ vermək ölkə konstitusiyasını nozmuş olur. Onun qənaətinə görə, Konstitusiyaya belə dəyişikliklər daxil etmək Əsas qanunun özündə nəzərdə tutulan mühüm bir prinsipə – kilsə və dövlətin ayrılığına dair prinsipə ziddir.

“Biz dünyəvi dövlətik və buna görə də belə təşəbbüs çox güman ki, həyata keçirilməyəcək”,- deyə Sulukani vurğulamışdır.

Qeyri hökumət təşkilatları həmçinin Patriarxın təşəbbüsü ilə əlaqədar öz narazılıqlarını bildirmişlər. Onlar hökumət aparatı yaxinlığında “İstefa ver və monastra get” sözlərilə etiraz aksiyası keçirmişlər. Bir qədər sonra aksiya ləğv olunmuşdur. Səbəb kimi müəyyən qruplardan hədələyici məktubların alınması ilə əlaqədar təhlükə ehtimalları göstərilmişdir.

download

Aksiyanın təşkilatçılarından və “Gürcüstan reformaları assosiasiyası” qeyri hökumət təşkilatının təsisçilərindən biri Elene Xoştarıyanın sözlərincə, iş kilsədə deyil, liberal konstitusiyaya əsaslanan dünyəvi dövlətin nə demək olması haqda təsəvvürü olmayan hökumətdədəir. Xoştariyanin fikrincə, hökumət siyasi alverə uymuşdur.

“Liberal dövlətdə heç kim kilsənin funksiyalarını məhdudlaşdırmır, o, ölkənin digər istıqamətlərılə harmoniyada yaşayır. Kilsənin ictimaiyyətdə öz dəqiq yeri var və o yuridik proseslərdən yapışmamalıdır”, – deyə Xoştariya vurğulayır.

Bununla belə, II İlyanın hələlik ilk baxışdan zərərsiz cəhdi siyasi qalmaqala dönmüş, Patriarxlıq isə izahat verməyə tələsmişdir. Xüsusilə bildirmişdir ki, Şota Rustaveli adına teatrda məhbusların iştirak etdiyi tamaşada son dərəcə emosional abi-hava yaranmışdı. Patriarxın sözləri onun əhval-ruhiyyəsi, öz təşəbbüsünü qanunvericilik səviyyəsində nəzərdən keçirmək cəhdi deyil, kömək etmək arzusundan irəli gəlmişdir.

Şər dillər həmçinin hakim “Gürcü arzusu” koalisiyasının respublikaçıları başqa qüvvə ilə əvəz etməyə çalışmasından və guya bu insidentin qarşıya qoyulan məqsədin realizəsinə xidmət etməsindən danışmağa başlamışlar. Ancaq bu qalmaqalda nöqtəni ölkə prezidenti Georgi Margelaşvili qoymuşdur. Patriarxla görüşündən sonra o bildirmişdir ki, məsələ bağlanmışdır.
“Biz artıq dəfələrlə siyasətçilərimizin dövlət quruluşunun fundamental qanunları üzrə qeyri-dolğun bilik nümayiş etdirmələri nəticəsində dövlətçiliyimizin hansı çətinliklərlə üzləşdiyinin şahidi olmuşuq”,- deyə prezident vurğulamışdır.

Giorgi-Margvelashvili_31
Əhvetmə üzrə dövlət komissiyasında artıq Patriarxlığın öz nümayəndəsı vardır və o bu məsələ üzrə öz fikrini demək haqqına malikdir. Beləliklə, əlavə komissiya yaratmağa, eləcə də Konstitusiyaya düzəliş etməyə lüzum yoxdur. Problem bu mərhələdə bitmişdir. Heç bir prezident öz eksklüziv hüququnu kiminləsə bölüşmək istəməzdi. Bu əhvalat mənə “Mənim qızılım” adlı köhnə bir uşaq oyununu xatırlatdı. Və hər halda bu “qızıl“ kimin əllərində olmalıdır?

Konstitusionalist Vaxuşti Menabdenin dediyi kimi, məhkumları əhvetmə hüququ qanunverici hüquqdur və o, ruhaniliyə aid deyil. Menabdenin sözlərincə, əhvetmə hüququ ölkənin icra hakimiyyətinin funksiyasıdır. “Bu məhkəmə hakimiyyəti əleyhinə alətdır. Məhkəmə qanuna müvafiq hərəkət etməyə məcburdur və siyasi qərarlar qəbul etmək səlahiyyətinə malik deyil. Prezident isə siyasi sima kimi məhkəmə hakimiyyətindən asılı olmayaraq adekvat qərar qəbul edə bilər. Bu funksiyanı kilsəyə təhvil vermək özlüyündə dövlətin işlərinə qarışmaq deməkdir”,-deyə o, sözünə yekun vurmuşdur.

Şorena Papaşvili