Bu il Gürcüstanda payız isti kecir. Düzdür, yaz və yayın əvvəli yağmurlu olmuş, ancaq sentyabr bizi havanın hərarətilə sevindirmiş, üstəlik sinoptiklərin məlumatına görə, bu tendensiya oktyabrda da davam edəcək. Son illər planetdə qlobal istiləşmə təhlükəsi barədə söz-söhbət çoxalmışdır. Alimlərin fikrincə, Yerin üst qatında temperatur hər 40 ildə 1 dərəcə qalxır. Kömür, təbii qaz və neft məhsullarından istifadə sahəsində insan fəaliyyəti təbiət proseslərinə nəzərəçarpan təsir göstərir.


Təbii buxar effekti olmasaydı, planetimizdə çox soyuq olar və həyat olmazdı. İş ondadır ki, bəşəriyyət atmosferi əlavə “buxar qazları” ilə çirkləndirir. Sivilizasiyamızın tərəqqisi nəticəsində bizim enerji istifadəsinə ehtiyacımız artır ki, elə qlobal istiləşmənin başlıca səbəbi də budur. Fizika qanunlarına əsasən, bütün cisimlər, o cümlədən su yüksək temperaturun təsiri altında genişlənir ki, nəticədə okeanlarda suyun səviyyəsinin qalxmasına gətirib çıxarır. Alimlər hesab edirlər ki, istiləşmə kiçik ada dövlətləri üçün təhlükə təşkil edir. Əlbəttə, Gürcüstan belələrinin sırasına daxil deyil, intəhası onun da ərazisi şirin sularla zəngindir.
Son vaxtlar Gürcüstanda tez-tez güclü yağışlar olur. Ölkə dəfələrlə maddi ziyanı ödəmiş və təbii fəlakət nəticəsində həlak olanlara matəm saxlamışdır. Cari il iyunun 14-nə keçən gecə 20 nəfər “Vere” çayı selinin qurbanı olmuşdur. Baş nazir İrakli Qaribaşvili bu mövzuya sabit inkişaf üzrə BMT sammiti çərçivəsində keçirilən dördüncü “Planetimizin müdafiəsi və iqlim dəyişmələrilə mübarizə” interaktuv dialoqunda toxunmuşdur. Baş nazir bildirmişdir ki, öz coğrafi mövqei və iqlim şəraitinin müxtəlifliyi üzündən Gürcüstan yetərincə müdafiə olunmayan ölkədir. Qaribaşvilinin sözlərincə, iqlim dəyişmələrilə mübarizə 21-ci əsrdə bəşəriyyət üçün mühüm çağrışlardan biridir. O, növbəti dəfə Gürcüstanın “yaşıl inkişaf” deyilən yola hazır və sadiq olduğunu vurğulayaraq bildirdi ki, ölkə rəhbərliyi aşağı keyfiyyətli karbonların atmosferə tullanma problemi ilə hər cür mübarizə aparır.
Gürcüstan 1994-cü ilin dəyişiklikləri üzrə BMT-nin çərçivə konvensiyasına qoşulmaq niyyətindədir. ABŞ hökumətinin dəstəyilə sənəd də hazırlanmışdır ki, orda 2015-ci ildə həyata keçirilərək 2020-ci ilədək neqativ təbiət dəyişmələrin minimallaşdırılmasına yönəlmiş tədbirlər öz əksini tapmışdır. Mütəxəssislərin fikrincə, bununla əlaqədar zərərli tullantıların səviyyəsini endirmək və nəqliyyat təchizi sahəsində təmizliyin inkişaf mexanizmini işləyib hazırlamaq lazımdır. Gürcüstan 2030-cu il üçün “buxar qazı” tullantılarının səviyyəsini 15% azaltmaq niyyətindədir. “Planetimizi qoruyub gələcək nəsllərə saxlamaq üçün bu gün müvafiq addımlar atmaq lazımdır”,- deyə Qaribaşvili vurğulamışdır.
Dünyada “buxar qazları”nın tullantı səviyyəsini endirməyə cəhd göstərən 195-ədək ölkə var. Dünya üzrə tullantıların ümumi faizinin üç yüzdən biri Gürcüstanın payına düşür. Burda nəhəng müəssisələr yoxdur. Buxar qazlarının əsas toplanma mənbəi isə avtonəqliyyat, elektrik enerjisi istehsalı və təbii qaz əsasında qızdırıcı sobalardır.
Bəs qlobal istiləşmə özündə Gürcüstan üçün hansı təhlükəni gizlədir?
Gürcüstanın Ətraf mühit və təbii resursların mühafizəsi nazirliyi nəzdində iqlim dəyişmələri xidmətinin başçısı Qriqol Lazriyevin Dalma News-ə bildirdiyi kimi, təhlükə həqiqətən realdır. Rütubətin çatışmazlığı üzündən Dedoplitskaro və Kvemo Kartli rayonlarını səhralaşma təhlükəsi vardır, Qara dəniz sahillərində suyun səviyyəsinin qalxması isə Acariuanı pis vəziyyətə sala bilər. Adli ərazisində su artıq qayaları yonub hamarlayır və dənizin səviyyəsinin qalxdığı aydındır. Daha ciddi və real təhlükələr 2050-ci ilə doğru gözllənir.


Mütəxəssisə istinadla Qriqoletinin əsrarəngiz çimərlliklərilə bağlı vəziyyət də ürəkaçan və təskinverici deyil, belə ki, yaxın illərdə dənizin suyu onları yuyub aparacaq. Elə həmin təhlükə Potini də hədələyir. Bununla belə, qlobal istiləşmədən irəli gələn sellər də az dağıdıcı səciyyə daşımır ki, bunlar Gürcüstanda nadir hadisə deyil. Quraqlıq isə kənd təsərrüfatına böyük ziyan vurur.
Qriqol Lazriyev söz açır ki, bu gün yağıntıların da təbiəti dəyişib. Əgər neçə illər öncə 100 mm 4-5 gün ərzində yağırdısa, indi bu miqdar bir gün ərzində yağa bilər. Sirkulyasiya da dəyişib: bir sıra yerlərdə temperatur düşür, digərlərində isə galxır. İqlimin dəyişməsi adamların səhhətinə də mənfi təsir göstərir. Yüksək temperatur (əgər o uzun müddət enmirsə) ürək-damar xəstəliklərindən əziyyət çəkən adamlar, uşaq və yaşlılar, eləcə qə xroniki xəstəliyi olan şəxslər üçün ağır keçir.


Qriqol Lazriyevin məlumatına görə, buzlaqların ərimə prosesi fəallıqla davam edir. Gürcüstanda buzlaqların donma dərəcəsinin səviyyəsi enmişdir. Buzlaglar çayları qidalandırır və əgər onlar Intensiv olaraq əriməyə başlayarsa, çaylar tədricən susuzlaşmağa başlayar. Belə dəyişikliklər su təchizi prosesi və enerji emalına negativ təsir göstərər.
“Buzlaq hər şeydən əlavə, daş və buzun qarışığı, necə deyərlər, horrasıdır ki, əgər o yerindən tərpənib enməyə başlayarsa, dağliq regionların əhalisi üçün ciddi təhlükə yaranar.Bu təhlükə 15-20 ilə reallığa dönə bilər”, – deyə mütəxəssis vurğulayır.