Dünyada baş verən son hadisələr sanki beynəlxalq hüquq kimi sarsılmaz bir qlobal fenomeni qatı dumana bürüyür. Planetar miqyasda nəyi etmək olar, nəyisə yox — məhz o müəyyənləşdirirdi. Ancaq tamamilə aydın olur ki, ən iri fövqəldövlətin və onun rəhbərlik etdiyi hərbi blok NATO-nun əli ilə digər bir prinsip getdikcə daha çox güc əldə edir: əgər mümkün olmasa belə, çox istənilərsə mümkün olar. Azərbaycan rəhbərliyi də Gürcüstan ərazisində olan müxalif Azərbaycan jurnalisti Əfqan Muxtarlının ələ keçirilib, oğurlanması və Bakı həbsxanasına çatdırılması zamanı məhz bu yolla getmişdir.

Bu, ilk növbədə, bu gün dünyada bir qayda olaraq Qərb dəyərləri adlanan dəyərlərə birbaşa meydanoxumadır. İkinci növbədə isə, bu oğurluq Azərbaycanın çox yaxşı münasibətlərdə olduğu Gürcüstan hökumətini son dərəcə pis vəziyyətdə qoyur.

Hər hansı başqa şəraitdə belə bir hadisə dövlətlər arasında münasibətlərin ta diplomatik boşluğadək kəskin gərginləşməsi ilə nəticələnən möhtəşəm diplomatik qalmaqala gətirib çıxarardı.

Lakin Gürcüstanın reaksiyası həddindən çox sakitdi, hökumət isə müxalifətin hücumlarını yalnız anlaşılmaz tərzdə və ləng dəf edirdi. Bu hadisə ölkədə ciddi hiddətə səbəb olmuşdur. Əgər gürcü müxalifət spektrinin həmlələrində müəyyən saxtakarlıq səslənirsə, Gürcüstanın jurnalist ictimaiyyəti öz azərbaycanlı həmkarının müdafiəsində mütəşəkillik nümayiş etdirmişdir. Daim aksiyalar baş verir, jurnalistlər piketlərdə başlarında qəddar işgəncənin simvolu olan sellofan paketlərlə dururlar.

Aydındır ki, adam oğurluğu faktı Qərbin reaksiyası olmadan keçinə bilməzdi. ABŞ dövlət departamenti və ümumavropa diplomatiyasının rəhbəri Federika Moqerini xüsusi bəyanatlarla çıxış etmişlər. Əgər gürcü ictimaiyyətinin etirazlarına xüsusi diqqət yetirməmək olarsa, Vaşinqton və Brüsselin bəyanatlarını nəzərə almamaq mümkün deyil. Bunu müəyyən dərəcədə Türkiyə prezidenti Rəcəb Teyyib Ərdoğan özünə rəva görə bilər, amma Azərbaycan prezidenti İlham Əliyev buna hələ yetişməmişdir.

Azərbaycanın xarici işlər nazirliyi həmin bəyanatları aşağıdakı tərzdə şərh etmişdir.

«Biz hüquqi müstəvidə olan bu məsələni ciyasiləşdirmək cəhdlərini düzgün hesab etmirik. Həmin məsələni qəsdən ciyasi müstəviyə keçirməyə və Azərbaycan-gürcüstan əlaqələrinə zijan vurmağa uğursuz cəhd göstərən dairələr heç vaxt öz məqsədlərinə nail olmayacaqlar. Azərbaycanla Gürcüstan arasındaki tarixi dostluq və strateji tərəfdaşlıq ümumi maraqlar, qarşılıqlı faydalı əməkdaşlıq və bir-birinə hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq və bir ölkə ərazisinin digərinin əleyhinə istifadəsinə yol verilməməsi prinsiplərinə əsaslanır», – deyə XİN-nin mətbuat katibi Hikmət Hacıyev bildirmişdir.

Belə bəyanatlardan Şərqdə deyildiyi kimi: «Qaşlar(gözlər) heyrətdən kəlləyə elə çıxar ki, papaq başdan düşər».

Dünya tarixində xüsusi xidmətlərin üçüncü ölkələrin ərazisindən oğurluq həyata keçirərək konkret şəxsləri öz dövlətinin ərazisinə gətirmələri barədə bir çox analoji presedentlər mövcuddur. Türkiyənin xüsusi təyinatlıları kürd müqavimətinin lideri Abdulla Öcalanı tutub saxlayarkən məhz belə hərəkət etmişdilər ki, o indiyədək Türkiyə həbsxanasındadır. Lakin qeyd olunmalıdır ki, Öcalan Türkiyədə terrorçu kimi elan olunmuş və kürdlərin Türkiyə hökumətinə qarşı silahlı mübarizəsinə rəhbərlik etmişdir.

Bu hüquqi əsas güclü yoxsa zəifdirmi, bu haqda uzun-uzadı mübahisə etmək olar, lakin o, heç olmasa, formal olaraq mövcuddur. İsrail kəşfiyyatının üçüncü reyxdən qaçan və özgə adları altında gizlənən nasistləri bütün dünya üzrə təqib etməsi barədə kitablar yazılmış və kinofilmlər çəkilmişdir. Onları, həmçinin oğurlayaraq gizli surətdə İsrailə gətirir və orda məhkəməyə verirdilər,ancaq burda söz dəhşətli vəhşiliklərdə iştirak edən nasist cinayətkarlarından gedirdi. Bunlar əlləri milyonlarla günahsız qurbanların qanına bulaşmış hərbi cinayətkarlar, amansız cəlladlar idi.

Əlbəttə, Əfqan Muxtarlının nə kimi cinayətlər törətdiyi hamı üçün maraqlıdır. Sən demə, o, müxalif Azərbaycan mətbuatında fəal surətdə materiallar dərc etdirmişdir ki, həmin məqalələrdə o, Azərbaycan hakimiyyətinin biznеs maraqlarının üstünü açmış, dəhşətli miqyasda korrupsiya, başqa cür düşünənlərin hamısı barədə amansız siyasi təqib haqqında söz açmışdır.

2017-05-31t162009z_834194530_rc198ea76240_rtrmadp_3_georgia-journalist-azerbaijan

Taleyin hökmülə Əfqan Muxtarlının özü Azərbaycanda müxalifətçi olmağın necə təhlükəli olmasına ən yaxşı sübut oldu. Bu insan terror aktları təşkil etməmiş, partizan hərəkatı yaratmamış, heç kimi öldürməmiş və qarət etməmişdir. Lakin o sərhədləri qanunsuz keçməkdə, qaçaqmalçılıqda və üstəlik, sərhədçiyə münasibətdə zor tətbiq edərək müqavimət göstərməkdə ittiham olunur.

«Bax burda papaq başdan ikinci dəfə düşə bilər»

Tamamilə mümkündür ki, oğurlanmış jurnalist həm də yanında pasport olmadığından sərhəddi qanunsuz və hətta əl-qolu bağlı şəkildə keçmişdir. Bəlkə də o, məhz bu görkəmdə özü ilə qaçaqmalı aparmışdır. Və əgər onun ağzında tıxac olmamışsa, ola bilsin ki, öz pis söyüşlərilə sərhədçiyə zorakılıq tətbiq etmişdir. Belə cinayətlər üçün, yəqin 15 ildən az düşmür ki, bu müddət ərzində hələ həbsxanada yaşaya bilmək, daha dəqiq desək, sadəcə sağ qala bilmək gərəkdir.

Hadisələri siyasətləşdirməməyə çağıran Azərbaycan Xarici işlər nazirliyi iddia edir ki, Azərbaycan-gürcüstan münasibətləri ciddi hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri üzərində qurulur. Maraqlıdır, görəsən özgə ərazisində, orada qanuni əsaslarla olan müxalif jurnalisti oğurlamaq və onu gizli şəkildə sərhəddən keçirmək hansı kateqoriyaya uyğun gəlir? Bəlkə, bu, xalqlar dostluğunun yeni möhkəmlənmə üsuludur?

Vaxtilə elə Azərbaycan hakimiyyətinin xahişi ilə əvvəlcə Minskdə həbs edilən, sonra isə Bakıya deportasiya olunan bloger Aleksandr Lapşinlə olan tarixçə çox səs-küyə səbəb oldu. Ancaq necə deyərlər, Tbilisinin nazıyla oynamamışlar.

Əfqan Muxtarlı nəsə Azərbaycan dövlətinin düşmənləri kateqoriyasına bir o qədər uyğun gəlmir, amma onun ölkədəki hakim Əliyevlər klanının şəxsi düşməni olması dəqiqdir. Hər halda, hakimiyyətin ona münasibəti məhz bunu təsdiq edir. Belə hərəkətlər isə əks-effekt verə bilər. Tbilisidə Heydər Əliyevin büstü üzərinə qırmızı boya tökmüşlər ki, belə şey əvvəllər heç vaxt olmamışdır. Bəlkə də, məsələn, aparıcı superdövlət və ya böyük qardaşdan nümunə götürərək, azadlıq, demokratiya, beynəlxalq hüquq normalarını pozmaq olar, amma Azərbaycan hökumətinə köhnə antik bir məsəli unutmaq lazım deyıl: «Yupiterə rəva bilinən şey öküzə qadağandır».

Zeynal Bayramov (Bakı), xüsusi olaraq EADaily üçün