Son illər Gürcüstanda Avroasiya birliyinə daxilolma tərəfdarlarının sayının artması müqabilində Avropa ittifaqı sıralarına can atanların sayı azalır.
Ölkə əhalisinin dorddə birindən çoxu (27%) Gürcüstanın Avroasiya ittifaqına daxilolma ideyasını dəstəkləyir. Buna “Avroasiya əməkdaşlıq fondunun” apardığı son tədqiqatlar dəlalət edir.
Sosialoji tədqiqat çərçivəsində cəmi 2360 Respondentin sorğusu aparılmışdır. Referendum keçirilərsə siz Gürcüstanın Rusiya Federasiyasının əsasını qoyduğu Avroasiya birliyinə daxıl olmasını dəstəkləyərdinızmi sualına respondentlərin 27%-i müsbət cavab vermişdir. Onların 38%-i neqativ cavab, 12%-i isə cavab vermişlər ki, referndumda iştirak etməzdilər, 21%-i ümumiyyətlə öz mövqelərini dəqiqləşdirmədiklərindən birmənalı cavab verməkdən boyun qaçırmışlarr. Kim bilir, bəlkə elə bu 21% Avroasiya birliyini Avropa birliyilə dolaşıq salır. Sosial şəbəkələrdə bu iki təşkilatı ças-baş salan gürcülərə tez-tez təsadüv olunur.
AAİB – Gömrük ittıfaqı və Vahid iqtısadi məkanda yaradılan və 1 yanvar 2015-ci ildən fəaliyyət gostərən beynəlxalq iqtisadi inteqrasiya birliyidir. Hazirda Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan AAİB-nin üzvləridir.
Gürcüstanda cari ilin payızında keçirilən sosioloji tədqiqat bu mövzu üzrə ilk belə tədbir deyil. Oktyabrda Gürcüstanda Milli demokratik ABŞ NDİ institutunun direktoru Lora Tornton sorğunun nəticələrini təqdim etmişdir. O vaxt ölkə əhalisinin üçdə biri (31%) Gürcüstanın Avroasiya birliyinə daxil olmasının tərəfdarı olmuşdu. Respondentlərin 46%-i bu ideyanı dəstəkləməmiş, 22%-i nə cavab verəcəklərini bilməmiş və 1%-i isə cavabdan imtina etmişdi.
Ölkə əhalisinin üçdə biri üçün Gürcüstanın Avroasiya birliyinə qoşulması əsasən bunlarla motivləşir: Gürcüstanın ərazi bütövlüyünün bərpa imkanı, iqtisadi durumum yaxşılaşması. Yalnız 9% hesab edir ki, Avroasiya birliyinə qoşulmaq Gürcüstana xarici təhlükələrdən müdafiəyə kömək edər, ancaq respondentlərin 34%-i isə bu addımın Qərblə xeyirxah qonşuluq münasibətlərinə xələl gətirə biləcəyini düşünmüşlər.
Bununla yanaşı “Avroasiya əməkdaşlıq fondu” daha bir az əhəmiyyəti olmayan statistika dərc edir ki, orda Gürcüstanın Aİ və NATO-ya daxilolma tərəfdarlarınin sayı bir neçə il ərzində 20% azalmışdır. Əvvəlki kimi sorğusu aparılanların böyük hissəsi (61%) Gürcüstanın Aİ-na qoşulmasını dəstəkləyir, halbuki, ötən illər bu göstərici daha yüksək idi: 78%-2013-cü il və 80%-2011-ci il. Araşdırmalar göstərmişdir ki, respondentlərin 45%-i ehtiyat edir ki, Avropa birliyi gürcü ənənələrinə təhlükə yarada bilər, halbuki 2013-cü ildə belə noqteyi-nəzəri soruşulanların yalnız 30%-i bildirmişdi.
Avropa ittifaqına vizasız
Sosial sorğuların belə nəticələri fonunda Gürcüstanın baş naziri İrakli Qaribaşvili Avropa birliyilə vizasız rejimə dair pozitiv qərardan xəbər verir. O, qeyd edir ki belə bir siqnal Brüsseldə alınmışdır. Gürcüstan hökumətinin başçısı qeyd edir ki, Avropa ittifaqında Gürcüstana münasibətdə nikbin əhval-ruhhiyə var. Qaribaşvili görülmüş iş üçün dövlət idarələrini təbrik edərək və bunu ustalıqla öz xidməti kimi qələmə verərək qürurla əlavə edir ki, hakimiyyət üç il ərzində bu məsələdə öz ohdəçiliklərini yerinə yetirmək üçün əlindən gələni etmişdir.
“Bü gün biz fəxrlə deyə bilərik ki, Gürcüstan hökuməti üzərinə qoyulan bümün öhdəçiliklər yerinə yetirilmişdir. Avropa ittifaqı bunu yekdilliklə etiraf edir. Həmin proses bizim hökumət dövrundə başlanmışdır, buna qədər nədənsə heç kim bu haqda düşünməmişdir. Moldova bunu daha tez başlamış və indi onlar artıq vizasiz rejimə malikdirlər. Zənnimizcə, ilin sonunda bu məsələ üzrə bizdə pozitiv qərar olacaq, sonra isə Avropa ittifaqının 28 üzv-olkəsi bu siyasi qərara öz razilıqlarını bildirəcəklər.
Uşaqlar, Aİ-na o qədər də tələsməyin!
Fransa XİN-nin sabiq başçısı, bu günlər Tbilisidə səfərdə olan Bernar Kuşner Gürcüstanın Avropa perspektivlərindən danışarkən oz movqeyini məharətlə təsbıt edərək, Avropa ittifaqı qapılarının əvvəlki kimi bağlı olduğuna isarə vurur, ancaq bununla belə Kuşner inandirir ki, Gürcüstan nə vaxtsa mütləq Avropa birliyinə daxil olacaq.
Fransa xarici siyasət idarəsinin sabıq başçısı Gürcüstanın Avropa birliyinə qatılmasını “alqışlayır”, ancaq nə üçünsə tələsməməyi xahiş edir: “Bir baxın, biz hamımız birlikdə, 28 ölkə biz tərəfə gələn qaçqınlara ümumi cavab verə bilmədik. Mənim məsləhətim belə olacaq: siz Gürcüstanda özünüz özünüzü hazırlayın və sonra baxarıq. Əsas odur ki, siz buna hazır olasınız. Bu, 28 ölkədən ibarət böyük bir maşındır. Biz, sübhəsiz, sizin Avropa ittifaqına qoşulma istəyinizi alqışlayırıq, intəhası, siz əvvəlcə namizəd ranqında olmalısınız, sonra isə, yəqın addımbaaddım Avropa birliyinin üzvunə dönərsiniz”.
Rusiya-Gürcüstan münasibətlərinin normallaşması?
Rusiya-Gürcüstan münasibətlərinin normallaşmasında yeni fündament təməlinin qoyuluş tarixini yəgin Mixail Saakaşvili başda olmaqla Gürcüstanın hakim “Vahid milli hərəkat” partiyasının parlament seçkilərində sarsıdıcı məqlubiyyətə uğradığı 2012-ci ilin oktyabrını hesab etmək olar. O vaxt “Gürcü arzusu”nun siyasi programının maddələrindən biri Rusiya Federasiyası ilə münasibətləri normallaşdırmaq vədi idi, bunun əhalinin böyük hissəsinin tələbi oldugundan “Gürcü arzusu” onu oz seçki proqramına daxil etmişdi.
Tərəflər bu istiqamətdə müəyyən addımlar atmışlar. RF XİN başçısının müavini Qriqori Karasin və Gürcüstan baş nazirinin Rusiya ulə əlaqələrin nizamlanması üzrə xüsusi nümayəndəsi Zurab Abaşidzenın görüşü çərçivəsində Gürcüstan-Rusiya dialoqu təsis etmişlər. Həmin format ölkələr arasında birbaşa dialoqun aparılmasına imkan vermiş, iqtısadi əlaqələr bərpa olmağa başlamısdı ki, bu da Gürcüstan iqtısadiyyatı üçün son dərəcə vacıb idi, müntəzəm hava əlaqəsi bərpa olunmuş, turist axını güclənmişdir. Kiməsə elə görunə bilər ki, bu həddən çox azdır, ancaq unutmaq olmaz ki, əlaqələr sıfırdan bərpa olunmağa başlamışdı.
Praqada bu günlər Karasinlə Abaşidzenin növbəti görüşü olmuşdur. RF XİN-də görüsün yekunları üzrə bildirmişlər ki, Rusiya Gürcüstan vətəndaşlarına viza verilməsinin liberallaşdırılması üzərində işləməyə hazırdır: “Rusiya tərəfi innən belə də gürcü vətəndaslarına viza vermə rejiminin liberallaşdırılması üzərində işləməyə hazırdır”,- deyə RF xarici siyasət idarəsinin məlumatında bildirilir.
Rusiya diplomatı hesab edir ki, Rusiya və Gürcüstanın birgə səylərilə üç il ərzində iki ölkənin münasibətlərini onların 5-7 il əvvəl düşdükləri “qaranlıq dalandan “ çıxarmaq mümkün oldu. Karasin öz gürcü həmkarı Zurab Abaşidzenın sözlərinə istinadla qeyd etmişdir ki, hazırda gürcü müxalifətinin əvvəlkitək öz xalqını antirus istiqamətə yönəltmək cəhdinə baxmayaraq, son sorğulara əsasən Gürcüstan əhalisinin 70%-i Rusiya ilə işgüzar dialoqu davam etdirmək tərəfdarıdır, həm də onun məzmun və nəticələrinə nikbin yanaşır.
“Təqdirəlayiqdir ki, – deyə Karasin əlavə etmişdir ki, – rusiyalılar Gürcüstana daha dost olmayan xarici ölkə kimi baxmırlar. RF rəhbərliyi və xalqı Gürcüstanla münasibətlərin yaxşılaşmasını istəyir və bu istiqamətdə iş səbrlə davam etdiriləcək.
Bu gün Tbilisi və Moskva münsaibətlərinin yoluna düşməsi ancaq məlum, anlaşıqlı praqmatik əsasda olmaqla cətınliklərsiz ötüşmür. Uzun və çətin yolda ilk addımlar artıq atılmışdır, ümid eləmək qalır ki, qalanları daha produktiv olacaq.
2016-ci ilin növbəti sosioloji sorğusunun nətıcələrindən nəyi gözləmək olar və onlar nəyə gətirib çıxaracaq? Bunu zaman göstərər…
İstənilən halda həlledici söz başlıca sıma – xalqın olmalıdır.
Məxsusi olaraq Dalma News üçün: Qeorgi Asatiani