2012-ci ilin oktyabrında keçirilən parlament seçkilərinin yekunları üzrə Gürcüstanda “Gürcü arzusu” müxalif koalisiyasının hakimiyyətə qəldiyi andan düz üç il ötmüşdür. O, vaxt xalq eks-prezident Mixail Saakaşvilinin hakim “Vahid milli hərəkat” partiyasının məğlubiyyətınə sevinclə yanaşdı. Tbilisi küçələrində təntənə ilə şütüyən maşın kolonlarının sərnişinləri “Arzular”ın bayraqlarını yelləyirdilər. Hakim “Gürcü arzusu” koalisiyisının şturvalı arxasında daha sonra ölkənin baş naziri olan biznesmen Bidzina İvanişvili dururdu. O vaxt o öz seçicilərinə vəd etmişdi ki, bu vəzivəni 2013-cü ilin prezident seçkilərindən dərhal sonra – Saakaşvili və onun partiyası öz səlahiyyətlərini üzərlərindən götürən vaxt tərk edəcək. Bu, belə də oldu. Eks-prezident M. Saakaşvili və onun komandasından olan bir çoxları ölkəni tərk etdilər, qalanlara qarşı isə bugünədək məhkəmə araşdırmaları aparılır. Bütun bunlar yetərincə tədqiq olunmuş mövzu olduğundan biz onun üzərində təfsilatı ilə dayanmayacağıq.
“Gürcü arzusu” üçün “Milli hərəkat”ın irsı gözləniləndən daha ağır oldu. Elə o zaman ölkədə mövcud olan xeyli problem üzə çıxmağa başladı. Öz növbəsində ana təbiət də “Arzuya” rəhm etmədi, onlar birlikdə çox faciəvi anlar yaşamalı oldular. Təkcə elə iyunun 14-nə keçən gecə Tiflisdəki faciəli hadisələri xatırlamaq kifayətdir ki, “Vere” çayının seli nəticəsində evlər və yollar dağılmış, adamlar və Tbilisi zooparkı heyvanlarının 50%-dən çoxu həlak olmuşdu. Həmin təbii fəlakətin vurduğu ziyan ölkəyə 100 mln lariyə başa gəldi. Bir neçə vaxt sonra qaz sızması nəticəsində Tbilisinin iri bir rayonunda yaşayış binarından birində partlayış baş vermişdi ki, nəticədə bina qismən dağılmaqla yanaşı insan tələfatı da olmuşdu.
Bütün bunlarla bahəm, milli valyuta larınin kursunun katastrofik surətdə qiymətdən düşməsi baş verdi. Bu proses ölkə iqtisadiyyatının durumuna təsir göstərdi, xarici investisiyaların artımı səngidi. Kaxeti fermerləri hökumətın üzüm üçün təklif etdiyi qiymətlərə narazılıqları və məhsulun yığım vaxtını ləngiməklə vəziyyəti daha da mürəkkəbləşdirdilər. Onlardan bəziləri tələblər yerinə yetirilməzsə üzüm bağlarını doğramaqla hədələyirdilər. Üş il ərzində ölkə rəhbərliyində mühüm kadr dəyişiklikləri baş vermişdi, ancaq “Gürcü arzusu”nun kadr siyasəti özünü o qədər də uğurla göstərə bilmədi. Bir sözlə, “Arzu” hökumətinin üç ili yetərincə problematik keçdi. İntəhası, yuxarıda bütün sayılanlara baxmayaraq, müsbət dəyişikliklərın yoxluğunu demək olmaz.
Gürcü eksperti Soso Tsiskarişvilinin fikrincə, buğünki Gürcüstan hökümətinin kadr siyasəti onların ən böyük “məqlubiyyətidir”. Onun qənaətinə görə, lap əvvəldən başa düşmək olardı ki, yeni ölkə hökumətinin bizə dediyi bümün o “arzular” çin ola bilməzdi. Hərçənd, digər tərəfdən Tsiskarişvili ölkədə hüquqi subyekt kimi insanın birinci dərəcəli dəyər olmasına dair məsələnin həllinin məhz “gürcü arzusunun” xidməti olduğunu hesab edir. “Humanizm nöqteyi nəzərindən yeni hökümət əvvəlkindən üstündür, ancaq biz bir daha əmin oluruq ki, ən yaxşı, hələ yaxşı demək deyil. Humanizmin yaranmasına biz o faktı da göstərə bilərik ki, Gürcüstan məhbusların sayina görə artıq Avropa rekordsmeni deyil”,- deyə ekspert “Dalma News”ə eksklüziv musahibəsində bildirmişdir.
3-cü yubileylə əlaqədar Yuxarıda xatırlanan mənfiliklərə baxmayaraq, hakim koalisiyanın sıralarında bayram əhval-ruhiyyəsi hökm sürür. Belə ki, Gürcüstan parlamentinin sədri David Usupaşvilinin sözlərincə, bu üç il onun üçün üç gün kimi keçmiş, gələcək gördillik isə daha məhsuldar olacaq. “Mən sizi bu münasibətlə təbrik edir və əmin edirəm ki, gələcəkdə bizi daha yaxşı şeylər gözləyir”,- deyə Usupaşvili jurnalistlərə müsahibəsində bildirmişdir.
Gürcüstan baş nazirinin 1-ci müavini, enerji naziri Kaxi Kaladzenin mövqei belədir: “Oktyabrın biri Gürcüstanın ən yeni tarixinə qızıl hərflərlə yazılacaq… Həmin gün gürcü xalqı Saakaşvili və onun komandasının qanlı rejiminə qalib gəlmişdir”. Kaladzenin sözlərincə, ötən üç il ərzində koalisiya əhaliyə seçkiqabağı vədlərin realizəsi çərçivəsində önəmli çox şey etmişdir.
Daha bir ekspert, Tornike Şaraşenidze Gürcüstan vətəndaşlarının 1 oktyabr 2012-ci il seçimini ölkədəki vəziyyəti daha yaxşı istiqamətə yönəltmək arzusundan irəli gələn emosional seçım hesab edir. O, həmçinin ümidvar olduğunu bildirmişdir ki, əhali 2016-cı ilin qarşıdaki parlament seçkilərinə həmin təcrübəni nəzərə alaraq yanaşacaq, siyasətçilər isə “yalan” vədlərdən imtina edəcəklər. “Hazirki hakimiyyət öz sələflərinin ünvanına ittihamlara meylli idi. Elə ki, onlar oz ünvanlarına məzəmmət aldılar, dərhal ötən 9 il ərzində (M. Saakaşvili hökümətinin idarəciliyi dövründə – red.) ölkədə bundan betərinin baş verdiyini xatırlatmışlar. Və bu çox kədərlidir”,- deyə Şaraşenidze vurğulayır.
Hazırki hakimiyyətin uğurlarından söz açan ekspert etiraf edir ki, məhkəmə sistemindəki vəziyyət qaydasına düşmüşdür, o, həmçinin bu dəyişikliklərin ölkənin dövlət büdcəsinə ağır yük təşkil etməsinə baxmayaraq, sahiyyə sahəsindəki islahatları müsbət qiymətləndirir.
Gürcüstan hökümətinin bayram əhval ruhiyyəsinə müdafiə naziri Tinatin Xidaşvili də şərik çıxmışdır ki, özünün Facebook sosial şəbəkəsindəki səhifəsində o, ölkə əhalisinə müraciət dərc etmişdir. “Bu gün Gürcüstan öz tarixi yerinə həmişəkindən daha yaxındır. Bu gün bız Avroatlantik inteqrasiya yoluna daha möhkəm addımla daxil oluruq. Bu gün söz azadlığı və insan seçimi dövlət zorakılığından yaxşı müdafiə olunmuşdur”,- deyə nazir Xidaşvili əlavə edir ki, ölkədə həmişə olduğu kimi problemlər çoxdur, ancaq vətəndaşlar nisbətən yaxşı ölkədə yaşayırlar.
Ekspert Soso Tsiskarişviliyə qayıdaraq qeyd edək ki, o, ölkənin hakim dairələrinin bayramsayağı ovqatları ilə bölüşmür və bunu belə halın onun üçün qeyri-səmimi ola biləcəyilə izah edur. Bunula belə, o, hesab edir ki, məhz 2012-ci ildə nəhayət, çoxdan gozlənilən an çatmişdir ki, o, Gürcüstanın “kardinal yaxşılamasına doğru qüdrətli addım” kimi tanınmışdır.