Cəmi 13 yaşı olan Aida tez-tez 2,5 yaşlı kiçik bacısı Tatevik üçün “ana” olmağa məcburdur. Onun anası və 14 yaşlı böyük qardaşı kənd yerlərində müvəqqəti mövsüm işləri sorağında uzun müddət evdə olmurlar. Ailə əslən Yerevandan şimala doğru 125 km-likdə yerləşən və böyüklüyünə görə Ermənistanın ikinci şəhəri olan Gümrüdəndir.
Balaca Aida səhər 8-də yuxudan durub bacısının paltarını geydirir. Səhər 9-da onlar adəti üzrə bir fal çörəklə bir fincan çay içirlər. Sonra Aida ev-eşiklə məşğul olur və plastik butulkaları ümumi krandan su ilə doldurub evə gətirir.
Evdə nə isitmə sistemi, nə elektrik işığı, nə də su xətti var.
Aida paltarları yuyandan sonra çox sevdiyi kiçik bacısı ilə oynayır.
Saat 3-də onlar bir boşqab sup yeyir və axşam saat 9-dək daha bu iki balaca qızcığazın dilinə bircə tikə belə dəymir. Axşam 9-da isə yenə çay, ancaq bu dəfə çörəksiz.
Aida kiçik bacısının sağlamlığı üçün narahatlıq keçirir: “ İki bacım pnevmoniyadan ölmüşlər (biri iki aylığında,o biri isə iki yaşında) və həkimlərin dediyincə, Tatevik düzgün qidalanıb yaxşı şəraitdə yaşamasa, o da həmin xəstəlikdən ölə bilər”.

Aida üçün istirahət günü yoxdur. Evin bütün işləri – kasıbsayağı yemək hazırlamaqdan tunmuş bazarlığadək, paltar yumaq və yır-yığış – bütün bunlar ona baxır. Üstəlik – məktəb. Bacısı ilə oynamağa imkan yalnız bütün ev işlərindən sonra yaranır.

Ev nəmişlik və pəncərələrin bəziləri tamam sınıqdır. Məktəbdə Aida demək olar ki, heç kimlə yaxınlıq etmir, dostları yoxdur, deyir ki, ”çox danışmağı sevmirəm, tənhalığı üstün tuturam”. Arzusu kifayət qədər pul qazanıb ailəsinin qayğısına qalmaqdır. Ondan soruşanda ki, hədiyyə olaraq nə istərdi, Aida “rəngli karandaş” – cavabını verdi.

Aida 3
Tatevik tubdispanserdədir, onun 7 yaşı var

2005-ci ildən sonra Tatevik vərəm xəstəliyinə tutuldu. Onu müalicə üçün evdən 5 saatlıq məsafədə yerləşən sanatoriyaya apardılar. Tayevik sağaldı, ancaq iki ildən artıq müddətdə bacısı ilə görüşə bilmədi.
2010-cu ildə Aida ərə getdi və 18 yaşına çatmamış artıq ikinci uşağa hamilə idi. O, hələ də dəhşətli şəraitdə yaşayır, əvvəlki kimi evdə nə isitmə sistemi, nə elektrik işığı, nə də su xətti var. Bu dəfə o, artıq öz qızının sağlamlığı üçün narahatçılıq keçirməli olur. O, özünə normal qidalanmağı rəva görə bilmir, dava-dərman üçün pulu yoxdur.Həyat yoldaşı evdə olarkən maşın yumaqla pul qazanır. Bu iş olmayanda isə pul qazanmaq üçün Sibirə yol salmağa gedir.

Aida 4

Bu gün Aida öz dörd qızı ilə ikiotaqlı rütubətli mənzildə yaşayır. Pal-paltarı kreditlə alırlar. Mənzili həmçinin uşaqları çimizdirmək üçün üzərində su qızdırdıqlar kiçik bir qaz plitəsilə isidirlər. Onların vanna otağı yoxdur. Əsas etibarilə, kartof qızartması ilə qidalanırlar. Qış vaxtı meyvə və tərəvəzi ayda bir ya iki dəfə ala bilirlər. Ana və uşaqlqr bütün həftə boyu səbrsizliklə şənbə gününü gözləyirlər ki, həmin gün qohumları ilə görüşmək üçün Tateviki Gümrü internat-məktəbindən evə buraxırlar.

Аида и Татевик (2015)
Aida və Tatevik (2015)

Məqalənin müəllifi “The Guardian”dan Rori MakLindir, fotoşəkilləri isə özünün Portraits of lives in poverty: Nick Danziger’s tales from Armenia layihəsi çərçivəsində fotoqraf Nik Dentsinqer 10 il ərzində çəkmişdir.