Bu günlər Ermənistan hökumətində ilk təyinatlar həyata keçirilmişdir. Nəzərə alsaq ki, müdafiə və  xarici işlər nazirləri, eləcə də hüquq-mühafizə orqanları və xüsusi xidmət orqanları rəhbərlərini təyin etmək səlahiyyəti prezidentə mənsubdur, xüsusi diqqət iqtisadi bloka yönəlmişdi.

Oliqarxlar əvəzinə texnokratlar

Ermənistan prezidenti Serj Sarkisyan və hakim Respublika partiyasının (ERP) görkəmli xadimləri yeni təyin olunmuş baş nazirə hökumət heyətini formalaşdmrmağa kart-blanş verildiyini vurğuladıqlarından, maraqlıdır, görəsən dəyişikliklər hakim sistemin nüfuzlu xadimlərinə toxunacaqmı. Və hərçənd, KİV-də nazirlərin təyinatının 21 sentyabrdan (Müstəqillik günü) sonra baş verəcəyini desələr də, artıq çərşənbə axşamı bir sıra nazirlərin təyin edilməsi haqqında prezident fərmanları dərc olunmuşdu.

Karen Karapetyan koalisiya memorandumuna əsasən, “Daşnaksutyun”  Erməni inqilabi federasiyasıhın nümayəndəsi Аrdzvik Minasyanın rəhbərlik etdiyi iqtisadiyyat nazirliyini istisna etməklə faktiki olaraq, hökumətin bütün iqtisadi  blokunu dəyişmişdir. Maliyyə naziri Qagik Хаçаtryan, nəqliyyat və rabitə naziri Qagik Beqlaryan, kənd təsərrüfatı Sеrqo Karapetyan, energetika və təbii resurslar naziri Levon Yolyan öz portfellərindən məhrum olmuşlar. Onları Vardan Аrаmyan (Maliyyə), Vahan Маrtirosyan (Nəqliyyat), İgnati Аrakelyan (Kənd təs-tı) və Aşot Manukyan (Energetika nazirliyi) əvəz etmişlər.

 

Yeni hökumətdə öz vəzifələrini vitse-baş nazir, beynəlxalq iqtisadi inteqrasiya və islahatlar naziri Vaçe Qabrielyan və hökumət aparatı rəhbər- naziri David Harutyunyan saxlamışlar.

Qeyd etmək lazımdır ki, Qagik Хаçаtryan, Qagik Beqlaryan və Serqo Karapetyan böyük var-dövlət sahibləridir. Belə ki, şayiələrə və KİV-də yazılanlara əsasən, Хаçаtryan Ermənistanın ən zəngin (bəlkə də hamıdan zəngin) adamlarından biridir. Öz vergi deklarasiyalarına görə ancaq təkcə əmək haqqı ilə dolanan nazir və onun həyat yoldaşının hesablarındaki milyonlarla dollarlar ictimaiyyət üçün sirr və müəmma olaraq qalmaqdadır. Həmçinin onların övladlarının biznesdəki fenomenal uğurları ilə əlaqədar da suallar yaranır.

Qagik Beqlaryan Yerevanın  mərkəzi rayonlarından birinin sahibi idi və öz mühafizəçilərinin adam döymələrinə dair qalmaqallarla  əlaqədar onun adı müntəzəm olaraq KİV səhifələrinə düşürdü.

Serqo Karapetyana gəlincə, o, nazir portfelini vaxtilə koalisiya kvotası ilə «Orinats yerkir»dən almışdı. Partiya ERP ilə koalisiyadan çıxıb müxalifətə keçən kimi, o da «Orinats yerkir»i tərk etdi. Nazirin tənqidçiləri həmçinin deyirdilər ki, o, respublikada kənd təsərrüfatının inkişafından daha çox, özünün ASC «Аrtaşat коnserv zavodu»(ticarət markası ARTFOOD)  barədə düşünürdü.

İqtisadi blokun köhnə nazirlərindən fərqli olaraq, yeniləri texnokratlar imicinə malikdirlər. Maliyyə naziri Аramyan istisna olmaqla demək olar ki, onların hamısı bitərəfdir və öz nəzarət- ləri altında olan sahələrdə iş təcrübələri vardır.

Real dəyişikliklər olacaqmı?

Lakin hökumət uzvlərinin dəyişdirilməsilə yanaşı, yeni baş nazirdən ilk növbədə iqtisadi sahədə real dəyişikliklər də gözləyirlər. Yeni hökumətdən öz gözləntiləri barədə Ermənistan prezidenti Serj Sarkisyan da dəfələrlə söz açmışdır.

«Onun qarşısında duran vəzifə – Ermənistan iqtisadiyyatının inkişafına yeni təkan vermək, iqtisadi yüksəlişin həcmini, Ermənistan  malları və xidmətlərinin ixracatını artırmağı davam etdirməkdir»,- deyə o, bu günlər Bişkekdə MDB ölkələri üzrə öz həmkarları ilə görüşü zamanı bildirmişdir.

ERP Şurasının iclasında isə, Karapetyanın namizədliyi təsdiq olunarkən dövlət başçısı bildirib ki, ölkəni siyasi və iqtisadi dəyişikliklər gözləyir və yeni baş nazir onların rəmzi ola bilər.

parlamentdə özünün ilk hökumət saatı zamanı respublika iqtisadiyyatındaki vəziyyəti «son dərəcə ağır» kimi səciyyələndirdi. Karapetyan həmçinin vurğuladı ki, elə məhz Ermənistan iqtisadiyyatının vəziyyəti ilə bağlı narahatlıq onu Ermənistana qayıtmağa və hökumətin başında durmağa sövq etmişdir.

Onun sözlərinə görə, yeni hökumətin proqramı iqtisadiyyatın inkişafına yönələcək  və iki turdan ibarət olacaq: birinci mərhələ proqrama etimad təlqin etmək üçün mümkün sürətli dəyişikliklər, ikincisi isə – ölkənin uzunmüddətli inkişafını nəzərdə tutur.

Lakin real dəyişikliklər üçün Ermənistanın hazırki siyasi və iqtisadi sistemini dəyişmək üzrə kəskin addımlar atmaq lazımdır. Həmin addımlar isə, qüvvədə olan hakimiyyətlə sıx bağlı insanların – çox vaxt  seçkilərdə hakimiyyətin məhz onların sayəsində öz qələbəsini  təmin etdiyi adamların iqtisadi maraqlarına zərbəni nəzərdə tutur. Və onun üçün böyük əhəmiyyət kəsb edən 2017-ci ilin parlament seçkilərinə bir ildən az qaldığından hakimiyyətin öz maraqları xilafına gedəcəyinə böyük şübhə vardır.

Bununla belə, Karapetyanın islahatlar üçün vaxtı çox azdır. 2017-ci il parlament seçkiləri və Milli Məclisin formalaşmasından sonra hökumət mexaniki olaraq istefaya gedir və yeni çağırış parlament yeni hökumət formalaşdırır. Həm də 2018-ci ilin aprel ayında hazırkı prezidentin səlahiyyət müddətinin başa catacağı və parlament idarə formasına keçiləcəyi  nəzərə alınarsa, hökumətə  məhz Karapetyanın rəhbərlik edəcəyi hələ fakt deyil.

Hələlik isə Karapetyan öz hökumətinə cəmiyyətin etimad səviyyəsinin yüksəldilməsi məqsədilə ilk addımlar atmışdır: qeyri-populyar və qalmaqallı nazirləri öz portfellərindən məhrum etmiş, qaz və elektrik enerjısi tariflərinin  aşağı salınmasına ehtiyac olduğunu bəyan edib, nümayişkaranə sərt və böyük tələbkarlıqla hökumətin ilk iclasını keçirmişdir. Lakin bunun ardınca real dəyişikliklərin gələcəyinii, və ya hər şeyin piar aksiyalarla məhdudlaşacağını zaman göstərər.

Bu baxımdan yada aşağıdakılar düşür: vaxtilə bol-bol  bitərəf nazirlərdən ibarət Tiqran Sarkisyan hökumətini də həmçinin «texnokratlar hökuməti» adlandırmışdılar. Nəticədə Sarkisyan Ermənistanın ən qeyri-populyar və ən çox tənqid edilən baş nazirlərindən biri oldu ki, onun dövründə Ermənistandaki sosial-iqtisadi vəziyyət xeyli pisləşmişdi.

Hayк Хаlаtyan