Əminəm ki, sizlərdən hər biriniz ömrünüzdə heç olmasa bir dəfə adi kağız vərəqindən “samolyotik”- “təyyarəcik” düzəldərək havaya buraxmış və onun uçuşunu müşahidə etmisiz. Ancaq zənnimcə, dünyada artıq üçüncü dəfə olaraq kağız təyyarəcikləri uçurmaq üzrə “Kağız qanadlar”(Red Bull Paper Wings) beynəlxalq çempionatı keçirildiyini az adam təsəvvür edə bilər. Bəli-bəli, siz yanılmırsız, söz məhz kağız təyyarəcikləri uçurmaq üzrə beynəlxalq çempionatdan gedır. Və mənim bugünki müsahibim, sizin də təxmin etdiyiniz kimi, kağız təyyarəsi demək olar ki, 14,36 saniyə havada ücmaqla ən yaxşı nəticə nümayiş etdirmiç və müsabiqə qaliblərindən biri olmuş Karen Ambarsumyandan gedir.
Karen, zəhmət olmasa, bu çempionat və onun çoxdanmı keçirilməsi haqda bir qədər danış.
Bu, çoxlarına bir qədər gülünc görünür: necə yənu, beynəlxalq çempionat, ozü də bu qəbildən? Lakin ilk belə tədbir hələ 2006-cı ildə keçirilmişdi ki, orda rekord miqdarda “kağız aviasiyası pilotları” – 45 ölkədən 9500 tələbə, bu il isə dünyanin 85 ölkəsindən 500 nəfər iştirak etmişdir.
Qaydalara əsasən, çempionatda yalnız tələbələr iştirak edə bilər. Onlar üç nominasiyada yarışırlar. Birincisi – “Aeronavtika”dır ki, o, çempionatın ən maraqlı və heyranedici kateqoriyası olmagla, iştirakçıdan yaradıcı yanaşma tələb edir: təyyarə qəşəng uçmalı, bundan əlavə, münşiflər heyəti onun texniki konstruksiyasına, kreativliyinə (dizayn, bədii tərtibatı) və uçuş səciyyələrinə diggət yetirir.
İkinci nominasiya-“Uçuşun vaxtının üzunluğu”. Bu kateqoriyada təyyarəsi havada daha çox qalan yarış iştirakçısı qalib tanınır. Və nəhayət, üçünçü – “Üçüşün uzaqlığı”. Bu kateqoriyada təyyarəciyi rəsmən icazə verilmiş məkanda uçuş nöqtəsindən enmə nöqtəsinədək daha çox məsafə qət etmiş yarış iştirakçısı qalib hesab olunur.
Bəs sən konkurs haqqında necə xəbər tutdum?
Yerevanda seçmə turundan bir ay əvvəl bu haqda mənə 2012-ci ildə Avstriyadaki müsabiqədə Ermənistanı təmsil edən tanışım Albert Ohanesyan danişdi. Məni belə konkurs keçirmək ideyasının özü maraqlandırdı və mən iştirak etməyi qərara aldım.
Ermənistandaki seçmə turu necə keçdi?
Hər yarımqrupda ən yaxşı onluğun müəyyənləşdiyi iki mərhələli iki yarım finaldan sonra bir final keçirildi. Yarımfinallar və Yerevan finalı martın sonunda Ermənistan Dövlət İqtisadiyyat Universitetində, final isə “Zvartnots” aeroportunda keçirilmişdir. Seçmə mərhələsində orta hesabla 100-dən artıq adam istirak edirdi ki, mən Avstriyaya gedən üç bəxtəvərdən biri oldum. Orda mayın 8-9-da şüşə kümbəz altında əfsanəvi aviadaşıyıcıları və avtomobil raritetlərınin Anqar-7-də (Zalsberq, Avstriya) çempionatının özü keçirildi.
Mən nəsə təsəvvür edə bilmirəm, məgər sən özünü təyyarəciklərin hazırlanmasında sınaqdan keçirmisən?
(qülür) Bəli, Ermənistanda seçmə mərhələsini qeçəndən sonra, Avstriyaya yola düsənədək bizim düz bir ay vaxtımız var idi və bu müddət ərzində mən öz təyyarəciyimi təkmilləşdirmək üçün bir yığın kağız sərf etdim.
Avstriyadaki müsabiqənin özündə hansısa məhdudiyyətlər var idimu?
Xeyr, müsabiqənin qaydalarına görə, “aeoronavtika” yarımqrupunun iştirakçıları istisna olmaqla, təyyarəciyi A4 formatlı bütöv bir kaqız vərəqindən düzəltmək lazım idi ki, onu cirmaq və kəsmək olmazdı, həmçinin təyyarəciyin çəkisi 100 qramı ötməməli idi. Təyyarələri bilavasitə münsiflər heyətinin üzvləri qarşısında düzəltmək lazım idi ki, onlar müəllifin əslliyinə şübhə etməsinlər. Aeronavtikaya gəlincə, orda belə məhdudiyyətlər yox idi.
Təyyarəciyin havaya buraxılması üçün neçə cəhdə icazə verilirdi?
İki cəhdə.
Təyyarəcikləri hazırlamaqda xüsusi sirrlər vardırmı?
Elə modellər var ki, demək olar hamıya məlumdur, elələri də var ki, onları müsabiqə iştirakçılarının özləri icad edirlər və əlbəttə , onların öz sirrləri ola bilər. Ən başlıca sirr əsas etibarilə, qanadların mailliyi və aqırlıq mərkəzini düzgün müəyyənləşdirmək və yenə də ən başlıcası, onu havaya düzgün buraxmaqdan ibarətdir. Məhz mənim təyyarəciyimə gəlincə, öz tərəfimdən edilən kiçik dəyişikliklərlə o, standarta yaxın idi – daha doğrusu, qanadların maillilik bucağı və aqırlıq mərkəzi təyyarənin burnuna yaxın idi.
Sən təyyarə “yığmağı” neçə yaşında öyrənmisən?
Professional səviyyədə hardasa 6-7 ay əvvəl, (qəhqəhə ilə gülür), buna qədər isə məncə hamı düzəldə bilir, hər halda hamı təkrarlamağa çalışır.
Bu konkurs nə verir?
Bu idman yarışı deyil, ancaq bu, yalnız onun gedişindəki qələbənin mənə Avstriyada Ermənistan himnini ifa edərək dövlət bayrağımızı qaldırmağa imkan verən tədbirdir.
İşinizi çətinləşdirmək üçün süni maneələr yaradılırdımı?
Əksinə, havanı imkan daxilində dayandırırdılar, belə ki, cüzi dəyişmə və qərarsızlıq böyük rol oynaya bilər, bununla belə, 400 tamaşaçının olduğu zalda buna nail olmaq yetərincə müşküldür. Unutmaq olmaz ki, bu əsas tamaşaçılarınin ora-bura qaçaraq təyyarəcikləri tutmağa, “ələ keçirməyə çalışan uşaqlardan ibarət muzey idi, odur ki, elə iştirakçılar vardı ki, yarımfinalda çox yaxşı çıxış etmiş, finalda isə təyyarələri divara dəyib düşmüşdü, bir sözlə – qismət.
Sən öz təyyarələrini saxlamısanmı?
Yox, təəssüf ki, qalmamışdır. İştirakçıların, xüsusilə aeronavtiklərin çox gözəl təyyarəcikləri var idi, ancaq təhlükəsizlik əməkdaşlarının xəbərdarlıq və xahişlərinə baxmayaraq, uşaqlar bəzən elə konkurs zamanı meydançaya girib mane olur, təyyarəcikləri ya götürür, ya da tutub qaçır və onları özləri havaya buraxır, ən diribaşları isə elə ordaca təyyarəciyin konstruksiyasını araşdırmağa başlayırdılar. Bəziləri təyyarəcikləri gizlədib yadigar saxlayır, ancaq onlar hər şeydən çox təyyarəciyi götürüb özləri üçün onun necə “yığılmasını” öyrənmək istəyirdilər.
2018-ci ildə bu konkursda iştirak etməyi planlaşdırırsanmı?
Xüsusilə hər üç qalibin avtomatik olaraq 2018-ci il finalına vəsiqə almaları faktını nəzərə alaraq iştirak etmək istərdim, ancaq həmin vaxt mən ilk növbədə orduda xidmət edəcəyəm. Hər halda yaşayıb görərik.
Arayış: “Uçuşun müddətinin davamlılığı” kateqoriyası üzrə dünya rekorduna 2009-cu ildə yaponiyalı Takuo Toda nail olmuşdur ki, onun təyyarəsi 27,9 saniyə havada süzmüşdür.
Armine Aqaronyan