Ermənistanın hava nəqliyyatı bazarı: dumanlı keçmiş – qeyri-müəyyən gələcək

Ermənistan hökuməti 2013-cü ildə Ermənistan səmasını “liberallaşdırma” qərarına gələrək onu açıq elan etdi. Guman olunurdu ki, “açıq səma” siyasəti sağlam rəqabətin yaranmasına gətirib xidmətlərın keyfiyyət və qiymətinə təsir göstərər və beləliklə sərnişin axınını çoxaldar. Ancaq nəticədə nəinki bəzi beynəlxalq aviaşirkətlər erməni bazarını tərk etdi, həmçinin milli hava daşıyıcısı “Armavia” da öz mövqeini itirərək fəaliyyətini dayandırmağa məcbur oldu. Ölkə artıq üçüncü ildir milli təyyarə daşıyıcısından məhrumdur ki, həm ekspert, həm də dövlət səviyyəsində dönmədən bildirildiyi kimi, bu, böyük iqtisadi və siyasi risklərlə nəticələnə bilər.

Bəzi ekspertlərin “açıq səma” siyasətinin möhkəmlənməsindən sonra vəziyyətin yaxşılaşması haqda bəyanatlarına və erməni bazarını tərk etmiş bir sıra aviakompaniyaların isə yenidən geri qayıtmalarına (söz əsasən “Çex hava yolları və Polşanın “LOT” sirkətlərindən gedir) baxmayaraq, əslində vəziyyət hələ də kifayət qədər birmənalı və sadə deyil. Bu fonda son vaxtlar erməni KİV-nin ölkədə yeni aviadaşıyıcının meydana gələcəyinə dair fəallıqla yaydıqları məlumat xususi aktuallıq kəsb edir. Əldə olan məlumatlara görə, Gürcüstan milli hava yolları nümayəndələri Ermənistanın hava nəqliyyatı bazarı ilə ciddi məşğul olacaqlar. İntəhası, hadisələrin inkisafı üzrə müzakirə olunan bütün variantlar arasında xalqı ən çox təəccübləndirən yeni aviakompaniyada başlıca vəzifələrdən birini guya “Armavia” sirkətinin sabıq sahibkarı Mixail Baqdasarovun tutacağına dair xəbər olmuşdur. Və informasiyanın rəsmən təsdiq olunmamasına baxmayaraq, belə perspektiv ölkə vətəndaşlarını narahat etməyə bilməz. Kollektiv şüurda Baqdasarovun adı az da olsa xoşagələn heç nə ilə üst-üstə düşmür. Odur ki, dərhal ortaya belə bir sual çıxır – məgər biz necə deyərlər, “yenədəmi elə həmin dırmığı basıb keçməliyik?”

Mixail Baqdasarov
Mixail Baqdasarov

Ancaq axı, hər halda Ermənistan vətəndaşlarının qorxu və ehtiyatları əbəs deyil.
2013-cü ildə erməni biznesmeni Mixail Baqdasarovun başçılıq etdiyi “Armavia” kompaniyası bankrot (müflis) olduğunu elan etdi. O vaxt bunun müxtəlif səbəbləri müzakirə olunurdu. Şirkətin nümayəndələri təsiri altında kompaniyanın iflasa uğradığı xeyli faktor göstərirdilər, lakin ölkənin sıravi sakinləri və hətta bir çox ekspertlər bu günədək baş verənlərin tam mənzərəsini hələ də təsəvvür edə bilmirlər.

“Armavia” Rusiyanın “Sibir” aviakompaniyası və biznesmen Mixail Baqdasarov tərəfindən təsis edilmişdi. 2005-ci ildə Baqdasarov “Sibir”in 70% aksiyasını əldə edərək kompaniyanın tam sahibi olmuşdu. Öz fəaliyyətinin ilk illərində şirkət bariz inkişaf edirdi: yeni reyslər açılır, təyyarə parkı zənginləşirdi. Ancaq bir qədər sonra yeni reyslər bahalıq, eləcə də Ermənistan və geriyə – əks tərəfə olan reyslərı həyata keçirən beynəlxalq aviaşirkətlərlə rəqabət qabiliyyətinin olmaması üzündən o bağlanmağa başladı.

Tədricən Baqdasarovun özünün də başının üstünü qara duman almağa başladı. Vaxtilə Suriyadaki hərbi əməliyyatlara görə, böyük miqdarda suriyalı erməni tarixi vətənə dönürdü. Məhz elə o vaxt Baqdasarov həmin istiqamətdə biletlərin qiymətini qaldırmağı qərara aldı. Üzun sürən qalmaqal və səs-küydən sonra “Armavia” hər halda “qiymətləri öz yerinə qaytardı”, intəhası, artıq biznesmenin nüfuzuna əməlli-başlı xələl gəlmişdi.

Lakin bütün erməni ictimaiyyətinin yaddaşına ən çox sirkətin borcları, ekipajın əmək haqqının düz 7 ayadək yubadılması ilə bağlı qalmaqal həkk olunmuşdu. Kompaniya əməkdaşları maaşlar üzrə borcları heç olmasa qismən ödəmək tələbilə vaxtaşırı etiraz aksiyaları keçirirdilər. İşin son ayları ekipajlar dəfələrlə tətil elan etmişdilər. Ancaq digər – daha iri borcların müqabilində əməkdaşlara olan borclar necə deyərlər, “toya getməli idi”. Tədricən məlum oldu ki, “Armavia” demək olar ucdantutma hamıya borcludur. Şirkətın əsas etibarilə 22 mln. dollar həcmində odənməmiş krediti var idi ki, onu əvvəllər VTB (Ümumdünya ticarət bankı) təyyarə almaq üçün götürulən kreditlərin refinanslaşdirilması üçün Baqdasarova təqdim etmişdi. “Armavia”, həmçinin “Vnukovo” aeroportu qarşısında 44,3 mın rubl borca malik idi. Soçi və Krasnodar aeroportlarına isə şirkət 1 mln. rubl borclu idi.

Belə tale Yerevan “Zvartnots”undan da yan ötməmişdi. Aeroport qalaqlanmış borclar üzundən aviaşirkətin təyyarələrınə xidməti bir necə dəfə dayandırmalı olmuşdu. 2012-ci ilin martında “Zvartnots”un rəhbərliyi danışıqlar seriyasından sonra sirkətin xidmətinin qiymətlərini aşağı endirmişdi. 19 oktyabr 2012-ci ildə borcları ödəmədiyinə görə aeroport “Armavia” peyslərinə xidmətdən imtina etmişdi. Elə həmin gün axşam aviaşirkət aeroporta borcun bir qismini – 1 mln. Dollarını ödəmişdi. “Armavia”nın beynəlxalq aeroport qarşısındaki borcu 2012-ci il oktyabrın 23-ü səhəri də onun təyyarələrinin xidmətinə son qoyulmasına səbəb olmuşdu. Nəhayət, 29 mart 2013-cü ildə sirkət müflisləşməni rəsmi formalaşdırma prosesinə başlamışdır.

Rəhbərlik baş verənləri ümumdünya maliyyə böhranı ilə izah etmişdi. Baqdasarov əlüstü bildirməyə tələsmişdi ki, 2008-ci ilin dünya iqtisadi böhranı “Kuban”, “Aerosvit” Red Winqs, American Airlines kimi xeyli xarici aviaşirkətlərin bankrotluğuna səbəb olmuşdur. “Aviasiya elə bir sahədir ki, orda nail olunanla kifayətlənmək olmaz. Üç il boyu “Armavia” aviaşirkətinin sahibi hava nəqliyyatına dəstək üçün başqa bizneslərdən vəsait qoyurdu. Lakin bu gün vəziyyət elədir ki, bu tərzdə işləməyi davam etdirməyə daha imkan yoxdur. Odur ki, reysləri dayandırıb şirkətin bankrotluq prosesinə başlamağa qərar verilmişdir”,- deyə şirkətin vida məlumatında bildirilirdi. Nəticədə bu artıq milli hava nəqliyyatının ikinci bankrotu olmuşdur – 2003-cü ildə bənzər tale “Ermənistan hava yolları”na da nəsib olmuşdur ki, onun əməkdaşları üzün illər etiraz aksiyalarına çıxaraq onları baslı-başına qoyduqlarını deyirdilər. Ancaq hər halda indiyəcən belə kədərli sonluğa nəyin səbəb olması o qədər də aydın deyil. Nə üçün milli hava nəqliyyatı bütün dünyaya borclu düşmüşdür və nə üçün vəziyyətin yolverilməzliyinə baxmayaraq, indiyədək Baqdasarovun bütün təşəbbüslərini dəstəkləyən, təyyarələrin texniki nasazlığına, əsaslandırılmamış yüksək qiymətlərə, ekipajların aylarla pulsuz işlədiklərinə göz yuman dövlət vəziyyəti araşdırmadan sadəcə olaraq kompaniyanı lisenziyadan məhrum etmişdir?

Elə həmin il, müflisləşmədən dərhal sonra yerli bazarda Air Armenia şirkəti peyda oldu. Lakin yeni nəqliyyat səmada duruş gətirə bilmədi. Hazırda Air Armenia uçuşlar həyata keçirmir. Qəribə olsa da onun da xeyli borcu yığılıb qalmışdır.

İndiki halda Ermənistandan və geriyə – əks tərəfə olan reyslərı müstəsna olaraq xarici aviadaşıyıcılar həyata keçirir. Bu isə, ekspertlərin dediyincə, fövqəladə vəziyyət halında ciddi risklərlə nəticələnə bilər və Ermənistan müəyyən bir anda tam blokadada qala bilər.

Ancaq bu ürəkaçmayan perspektivi sanki Ermənistan üfüqlərində tezliklə , daha doğrusu məhz 2016-cı ilin aprelində yeni aviakompaniya peyda olacağına dair o qədər də birmənalı olmayan xəbər az da olsa yumşaltmışdır.

airzena_logo_seiteBu gün üçün məlum olan yalnız odur ki, «Airzena» gürcü aviakompaniyasının təsisçisi İase Zautaşvili Ermənistanda yeni aviaşirkət yaradır.Təxmini məlumata görə, aviakompaniya «Airzena» beynəlxalq daşıyıcısının bazasında yaradılacaq: onun personalının bir hissəsi, həmçinin təyyarələr yeni «Armenia» kompaniyasının istifadəsinə keçəcək.

Hələlik Ermənistanda yeni aviaşirkət açılması məsələsilə əlaqədar tam qərar qəbul olunmamışdır. Gürcü tərəfin Ermənistanda kiminlə və necə əməkdaşlıq edəcəyi yaxınlarda təşkil ediləcək mətbuat konfransında məlum olacaq. «Airzena» aviakompaniyasının baş direktoru Robert OhanesyanDalma News”lə söhbətində bildirmişdir ki, rəhbərlik kompaniyanı personalsız qoymaq niyyətində deyil. Gürcü mətbuatında son zamanlar «Airzena» kompaniyasının Gürcüstan bazarında çətinliklərlə üzləşməsinə dair məlumat yayılmaqdadır ki, bu da orda Rusiya aviakompaniyalarının mövqeyinin möhkəmlənməsi ilə əlaqədardır. Xatırladaq ki, «Airzena» sərnişin qıtlığı ucundan Avropa istigamətindəki reyslərini dayandırmışdır. ” Mən «Airzena»dan getmək niyyətində deyiləm və kompaniya öz fəaliyyətini davam etdirəcək. Mən Gürcüstanı bu kompaniyasız tərk etməyəcəyəm, bu yolverilməzdir”,- deyə Robert Ohanesyan sonradan detalların əks-səda tapacağından ehtiyat edərək vurğulayır.

4-5-big
Ruben Qrdzelyan

Ermənistan Mülki aviasiyası baş idarəsinin mətbuat katibi Ruben Qrdzelyan da həmçinin oxşar informasiya ilə çıxış etmişdir. Onun sözlərincə, gürcü tərəfi ilə kommersiya sirrləi deyilən məlumatları yaymamağa dair razılaşma var. “Təxminən iki həftədən sonra mətbuat konfransı olacaq ki, o zaman necə deyərlər hər şeyə nöqtə qoyulacaq. Hələlik isə mən gürcü tərəfinin, ələlxüsüs Robert Ohanesyanın təqdim etdiyindən artıq informasiya verə bilmərəm”,- deyə Ruben QrdzelyanDalma News”in müxbirinə müsahibəsində bildirmişdir.

Yeni aviakompaniya yaradılmasına dair xəbərlər fonunda şirkətin rəhbərliyində bədnam Mixail Baqdasarova da hansısa yeni rol ayrılacağına dair söz-söhbət geniş müzakirə olunmağa başlamışdır. Jurnalistlərlə görüşündə onun özü bildirmişdir ki, Georgian Airlines gürcü kompaniyası ona vitse-prezident vəzifəsi təklif etmişdir. Elə ordaca o əlavə etmişdir ki, bütün borclarını ödəmiş və hazırda tam azaddır.

Baqdasarovun Armenia aviakompaniyasına baş direktor təyin olunmasına dair şayiələri şərh etmək xahişinə cavab olaraq, Ruben Qrdzelyan bunların yalnız şayiə olduğunu demişdir. “Belə şey yoxdur və ola da bilməz, çünki milli Gürcüstan aviakompaniyası aksionerlərinin adları məlumdur və orda Baqdasarovun adı çəkilmir. Görünür, bu şayiələr Baqdasarovun ona Georgian Ailrlinesdə vitse-prezident vəzifəsi təklif edildiyini bəyan etdiyi ötənilki mətbuat konfransından sonra yayılmışdır. Ancaq kompaniya bir qədər sonra onun bəyanatını təkzib etmişdir və deməli, bu şayiələri müzakirə etməyin mənası yoxdur”,- deyə o vurğulamışdır.

Bundan əlavə, Hetq.am nəşri bu günlər Georgian Airwaysın yanvarın 15-nə olan rəsmi məlumatını dərc etmişdir. Sənədlərdə deyilir ki, hal-hazirda şirkətin baş direktoru Givi Davitaşvili, onun birinci müavini isə Robert Oqanezyandır. Gürcüstan milli hava nəqliyyatı aksiyalarının 80%-i David Qaiaşviliyə, qalan 20%-i isə “ООО Georgian Air Service”ə məxsusdur.

Bu gün üçün çətin ki, kimsə qonşu Gürcüstanla əməkdaşlığın necə olacağını dəqiq proqnozlaşdıra bilsin. Hələlik yalnız hər iki tərəfin rəsmi elanlarını qözləmək və həmişə olduğu kimi, yeni avianəqliyyata bir çox başqalarının taleyinin nəsıb olmayacağına ümid bəsləmək qalır.

Lakin başlıca məsələ – yaxın gələcəkdə ölkənin milli hava yollarına malik ola bilib-bllməmə məsələsi yerlə göy arasında havadan asılı vəziyyətdə qalmaqdadır. Hər halda hələki elə bir real zəmin yoxdur.

Hazırlayanı Liana Babayan