Ermənistan parlamentində dövlət-hüquq məsələləri üzrə komissiya tərəfindən təşəbbüslənmiş konstitusiya islahatları məsələsi ətrafında dinləmələr başlamışdır.
Komissıyanın başçısı Hovanes Saakyanın dediyincə, dinləmələrdə məqsəd geniş ictimai müzakirələri təmin etməkdir. Parlamentçinin sözlərincə, konstitusiya islahatları ictimaiyyətdə güclü rezonans yaratmışdır -dinləmələrdə iştirak etmək üçün 80-dən çox ictimai təşkilat tələbnamə vermiş, 100 Qeyri hökumət təşkilat nümayəndəsi geydiyyatdan keçmişdir. İctimaiyyətçilərlə yanaşı dinləmələrdə həmçinin parlament üzvləri də iştirak edir.
Məsələ üzrə əsas məruzəcilər kimi konstitusiya islahatlarının işlənib-hazırlanması üzrə komissiya üzvləri Vardan Poğosyan və Hrayr Tovmasyan təyin olunmuşlar. Dinləmələrdə çıxış edən Vardan Poğosyan əsasən konstitusiya reformalarının islənib-hazırlanmasının səbəb və məqsədlərı, eləcə də onların hazırlanma prosesinə toxunmuşdur. O, həmçinin Əsas Qanuna başlıca düzəlişləri təqdim etmişdir.