“GALLUP İnternational Association”un erməni ofisi konstitusiya reformaları üzrə gözlənilmədən Ermənistan sakinləri arasında sorğu aparmışdır. Bu, gözlənilməz olsa da məntiqi idi, belə ki, konstitusiya islahatları Ermənistanda 1N-li mövzu olmalıdır, referenduma isə demək olar ki, cəmi-cümlətanı bir ay vaxt qalmışdır. Və budur, bu ölkə əhalisinin 47%-i gedib referendumda səs vermək niyyətində deyil. Bunun tam və apellyasiyasız iflas olduğunu isah etməyə dəyərmi?
Hər halda aydınlaşdıraq: biz Ermənistanda konstitusiya islahatları haqqında yazmaqdan yorulmuşuq. Bu proses bəlli olmayan və dumanlı məqsədlərlə ölkə hakimiyyəti tərəfindən təşəbbüslənmiş və onu hakimiyyət nümayəndələri və onlara loyal münasibət bəsləyən dairələrdən başqa her kim dəstəkləmir. Yeni Konstitusiyanın parlamentar Ermənistanın yeni işıqlı gələcəyinə qapı olmasına dair rəsmi bəyanatlar Konstitusiyanın təklif etdiyi mətnlə heç çür müvafiq qəlmir. O, boş, balanslaşdırılmamış və ümumiyyətlə konstitusiya hüququnun dünya tarixində nəsə katrata – axtaya bənzər bir şeydir.
Ancaq hakimiyyət hamının acığına bütün yalan, uydurma riyakarlıq, maninulyasiya və s. ilə hər halda bu lüzumsuz mətni inadla irəli verir. Həm də özünə son dərəcə aşağı, sıfır dərəcəli etımad şəraitində, eləcə də AAİB-nın (Avroasiya iqtisadi birliyi) üzvlüyü həll olunmamış xarici münaqişə, xroniki daxili siyasi böhran, xroniki problemli iqtisadiyyat şəraitində irəli itələyir. Nətıcə isə belədir: bütün bunların onların acığına edildiyi kəslər isə konstitusiya referendumunu heç veclərinə belə almırlar. Əgər ölkə əhalisinin yarısı dövlətin gündəminin 1N-li məsələsilə maraqlanmırlarsa bu… Biz bunun nə olduğunu bilmirik.
Hələ “GALLUP İnternational Association”un sorğusunadək Dalma Newsin belə bir ideyası vardı: ayrılıqda götürülən gənclərin Konstitusiya reformaları haqqında nə düşündüklərini oyrənmək. Bunu öyrənmək üçün gənclərlə ünsiyyətdə olmaq lazım idi ki, biz onların ənənəvi toplaşma yeri olan ali təhsil ocaqlarına bas çəkmək qərarına gəldik. Budur, Dalma Newsin müxbiri öz mini-sorğusunu paytaxtın nüfuzlu ali təhsil ocaqlarından birində aparmağa cəhd göstərmişdir. Onun nəticəsi belə olmuşdur: Sorğu aparmağa nail olunmuş 10 nəfərdən yalnız biri Konstitusiya reformaları haqqında nəsə eşitmişdi. On birinci şərti respondentə yanaşmamış, gənc müxbir qızı ali məktəbin tədris hissəsinə dəvət edərək başa düşülan tərzdə (“ay qız, işin-gücün yoxdur, burda nə itirmisən, üzüsuluykən cəhənnəm ol burdan get…”) oranı tərk etməyi buyurmuşlar.
Ermənistanda Konstitusya islahatlarına gəlincə, onlar haqqında ümumiyyətlə bunları bilmək lazımdır: Ermənistan hakimiyyətinin özündən basqa heç kimin dəstəkləmədiyi növbəti qeyri-populyar təşəbbüsü. Yeri gəlmişkən, bunu səciyyələndirən xüsusi termin mövcuddur-“özbaşınalıq”. Əgər oxucu üçün bilavasitə yeni Konstitusiyanın bizim dəfələrlə haqqında yazdığımız mətni maraqlıdırsa, sizi inandırırıq ki, o sizin vaxtınızı, itirməyə dəyməz, şirə paketləri üzərindəki etiketlər daha dəyərli və məzmunludur. Ancaq hər halda oxucu israr edirsə, burda mətnin detallı analizi və ilkin mənbəyə – Ermənistan Ədliyyə nazirliyinin saytına istinad öz yerini tapmışdır.
Bizə sonda oxucuya heç vaxt bu gün Ermənistan hakimiyyətinin irəli çəkdiyi Konstitusiya ilə yaşamamağı arzulamaq qalır…