BƏƏ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Abdalla Jasim Əş-Şəmsi Böyük Qafqaz dağlarında Bazardüzü zirvəsinə qalxıb.
Bu barədə “Interfaks-Azərbaycan” agentliyinə BƏƏ-nin səfirliyindən məlumat verilib.
Vəkil respublikanın ən yüksək nöqtəsinə Azərbaycan və BƏƏ bayraqlarını sancıb.