Illustration: novosti.az

Bakı beynəlxalq «Жара» («İsti») festivalı kommersiya baxımından uğursuzdur, çünki o, çox böyük və bahalıdır. Sputnik Аzərbaycanın verdiyi məlumata görə, bu barədə tanınmış ifaçı Emin Ağalarov iyulun 26-29-da Sea Breeze Bakı turizm kompleksində keçiriləcək «İsti-2018» layihəsinə həsr olunmuş mətbuat konfransında demişdir.

Ağalarov bildirib ki, «İsti»-nin üçüncü mövsümü ən miqyaslı və parlaq olacaq, belə ki, orada minlərlə qonaq — ifaçı öz kollektivlərilə birlikdə iştirak edəcəklər. Layihə çərçivəsində bir sıra mühüm hadisələr – Valeri Меladze, Leonid Аqutin, Vladimir Presnyakov və Valeriyanın yubileyləri, eləcə də Lyubov Uspenskayanın yaradıcılıq gecəsi keçiriləcək. Bundan başqa, müğənni öz ilkin razılığını vermiş Yuri Antonovun gecəsini də keçirmək niyyətindədir, ancaq hələlik onun Bakıya gələ biləcəyi dəqiq deyil.

Müğənninin sözlərinə görə, festival çərçivəsindəki konsertlərdə nəinki yalnız Azərbaycan və Rusiyanın məşhur simaları, eləcə də həm qonaqlar, həm də iştirakçıları təmsil edən dünya şöhrətli ulduzlar da iştirak edəcəklər.

Ağalarov ifaçıların adlarını çəkməkdən imnina etdi, çünki istəyir ki, bu, tamaşaçılar üçün bir növ sürpriz olsun. «İsti»-də yeni kompozisiyalardan başqa, köhnə mahnılar yeni tərtibdə təqdim olunacaq. Bundan əlavə, festival çərçivəsində bilet əldə etməyi çatdırmayanlar üçün şəhərin mərkəzində ulduzlarının iştirakı ilə pulsuz konsert keçiriləcək.

Ağalarov etiraf edib ki, 2018-ci ildə öz qarşısına həyata keçirmək niyyətində olduğu çox vəzifə qoymuşdur.

«İlk «İsti» sınaq idi və mənə elə gəlir ki, o, çox yaxşı nəticələr göstərdi. Mən bunu Birinci kanalda bizim üçün çox vacib olan reytinqlər əsasında deyirəm. Аlla Puqaçova, Sofiya Rotaru və böyük miqdarda artistlərin iştirakı ilə ikinci «İsti» isə Birinci kanalda heyrətamiz reytinq qazandı, odur ki, bu il biz öz tamaşaçılarımızı daha çox heyrətləndirmək niyyətindəyik», — deyə Ağalarov əlavə etmişdir.

Müğənninin sözlərinə görə, təşkilatçılar üçün məhz Birinci kanalın reytinq qiyməti çox vacibdir, odur ki, onlar teleşirkətə maraqlı olan artistləri seçməyə çalışırlar.

O, qeyd edib ki, 2018-ci ildə festival dörd gün müddətində keçiriləcək, lakin televiziya yayımı üçün onu bir neçə hissəyə ayıracaqlar.

Ağalarov xüsusi olaraq festival üçün iki yeni trek yazmışdır — biri «Azərbaycan» adlanır ki, «İsti»nin açılışında Azərbaycan və Rusiya müğənnilərinin ifasında səslənəcək, ikincisi — «Сбежим в Баку-2»(«Bakı-2-yə qaçaq») isə ilk dəfə 28 mayda ifa olunacaq. İkinci mahnının ifaçısı məşhur Brendon Stoundur. Ağalarov qeyd edib ki, o, bu kompozisiyada bir neçə sətri Azərbaycan dilində ifa edir.

Müğənni etiraf edib ki, «İsti» («İstilik») festivalı kommersiya layihəsi nöqteyi-nəzərindən uğurlu deyil, o, demək olar ki, tədbirin yeganə təsisçisi və maliyyəçisidir, layihə isə özlüyündə çox bahalıdır. Ağalarov qeyd edib ki, uçuşlar, işıqlandırma, festivalın qonaqları üçün qida kimi şeylərə qənaət etməməyə çalışır. O bildirib ki, ilk «İstilik» üçün 2,5 milyon dollar, ikinciyə 6 milyon sərf etmişdir, üçüncü isə ona daha baha başa gələcək: «Amma o buna dəyər».

««İstilik» trendi bazasında artıq musiqi kanalı yaradılmış, eyni adlı radiostansiya açılmışdır və mən çox ümid edirəm ki, o həm Azərbaycanda, həm də başqa ölkələrdə səslənəcək. Həmçinin musiqili «İstilik» leybli buraxmaq niyyətindəyik, yaxın vaxtlarda isə başqa layihələr də təqdim olunacaq. Bununla əlaqədarı onu deyə bilərəm ki, «İsti» festivalı heç vaxt ötüb keçici ola bilməz, çünki onun miqyası son dərəcə heyrətlidir», — deyə Ağalarov vurğulamışdır .

Onun sözlərincə, bütün bunlardan əlavə, «İsti-2018» festivalı çərçivəsində ilk dəfə «Bir dəfə İstidə» adı ilə film çəkiləcək. İfaçının qeyd etdiyi kimi, bu, yalnız peşəkar aktyorlar deyil, həm də Azərbaycan və Rusiyadan olan ulduzlar, yəni, bütün layihə iştirakçılarının çıxış etdikləri romantik yay komediyasıdır.Filmin məqsədi — Bakı şəhərini, onun festivalını və bu çərçivədə baş verən bütün hadisələri nümayiş etdirməkdir.

«Zənnimcə, film uğura məhkumdur, belə ki, bir layihədə ilk dəfə bu qədər məşhur sənət adamı iştirak edəcək. O hər il, lakin müxtəlif süjetlə təkrar olunacaq. Rejissor artıq müəyyən edilib, ancaq hələlik onun adını açıqlamaq istəmirəm. O, bir çox məşhur filmlər çəkmiş istedadlı bir qızdır. Dostum Teymur Nəcəfov isə ona kömək və filmə prodüsserlik edəcək»— deyə Ağalarov bildirmişdir.

Müğənni, eyni zamanda «İstilik («İsti») festivalını beynəlxalq səviyyəyə çıxarmaq üzərində işləyir .

 

Mənbə: Sputnik Азербайджан