Azərbaycan partiyaları noyabrın 1-nə nəzərdə tutulan parlament seçkilərinə hazırlasır, Bakı Dövlət universitetinin professoru, siyasi icmalçı Qulu Məhərrəmlinin qənaətinə görə isə, bu seçkilər heç biri sürpriz gətirməyəcək.
Onun “Sputnik”in iqtibas etdiyi fikrincə, hakim “Yeni Azərbaycan” partiyası Milli məclisdə yenə də əksər yerlərə malik olacaq.
“Seçkilər yaxınlaşdıqca cəmiyyət hansısa dəyişiklik və yeniləşmələrə ümid bəsləməyə başlayır. Bir çox siyasi partiya üzvləri öz namizədliklərini irəli sürmək istəyir, ancaq zənnimcə, bu seçkilərdə də heç bir dəyişiklik baş verməyəcək. Milli məclisdə əksər yerlər hakim partiyanınki olacaq”- deyə Məhərrəmli vurğulamışdır.
Politoloq həmçinin qeyd etmişdir ki, “Musavat” və “Azərbaycan Xalq cəbhəsi” partiyaları tərəfindən seçkilərin baykotu müsbət nəticələrə gətirməyəcək.
Ekspertin sözlərincə, bundan əlavə, ölkədə seçkiqabağı atmosfer əsla hiss olunmur və təəccüblüsü odur ki, hətta televiziya belə “sakitləşmişdir”.