Yaxın gələcəkdə daha üç yeni gəmi Azərbayjanın sərhəd sularında xidmətə başlayacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Dövlət Sərhəd Xidmətinin gəmi inşası zavodu dəniz sərhədlərimizin mühafizəsinə öz töhfələrini verməkdədir.

“Zavodun imkanları hesabına sərhəd sularında dövlət maraqlarımızın qorunması imkanları xeyli dərəcədə genişlənir və nəticə etibarilə dəniz sərhədlərimizin mühafizəsinin, sərhəd rejimi qaydalarının, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinin səviyyəsi daha da yüksəlir. Artıq zavodda inşa olunan dörd gəmi dəniz sərhədlərimizin mühafizəsindədir”, – xidmət rəisi bildirib.