Dalma News 2016-ci ilin aprelinin ilk dörd günü baş verənlərə iki kordinal ziddiyyətli əks-sədaya malik materialı təqdim edir. Məlum olduğu kimi, həmin günlər Qarabağ münaqişəsi zonasında vəziyyət kəskin surətdə gərginləşmişdir. Qanlı döyüşlər nəticəsində erməni və Azərbaycan tərəfləri Silahlı qüvvələrin şəxsi heyəti arasında və döyüş texxnikasında ciddi itkilər vermişlər. Erməni tərəfdən dinc əhali arasında da ölənlər olmuşdur.

Məlum olduğu kimi, Dalma News redaksiyasının ilkin məqsədi region ölkələri və ictimaiyyətləri arasında inteqrasiya və əməkdaşlığın prioriteti noqteyi nəzərindən Cənubi Qafqaz ölkələrində humanitar, sosial-iqtisadi və ictimai-siyasi proseslərin işıqlandırılmasına yönəlmişdi. İntəhası, Dağlıq Qarabağdaki vəziyyət beynəlxalq diqqətin epicentrinə döndüyündən biz öz fəaliyyətimizdə bu proseslərdən yan keçə bilmərik. Bununla belə, öz ilkin missiyamızdan çıxış edərək biz hətta belə gərgin vəziyyətdə birtərəfli rəy və təbliğat şablonlarından qaçmaga calışacağıq. Bakı və Yerevanda indi hansı əhval-ruhiyyə durur? Qoy, bu haqda necə deyərlər, birinci əldən bizim həmin iki paytaxtdaki müxbirlərimiz – Hayk XalatyanNicat Hacıyev söz açsınlar.

Dəyişikliklər küləyi (Ermənistan)

Aprelin əvvəlində Qarabağ münaqişəsi zonasında “dördgünlük müharibə” adı almış hadisələr bütün Ermənistan və bütün dünya üzrə çoxmilyonluq erməni diasporunu lərzəyə gətirdi. 90-cı illərin əvvəllərində olduğu kimi, bütün ermənilər hər cür fikirayrılığı və mövcud problemləri unudaraq onun müdafiəsi naminə Dağlıq Qarabağ (erməni adı – Arsax) ətrafında sıx birləşdilər.

Qarabağa dəstək olaraq bütün dünyada Azərbaycanın Dağlıq Qarabağ respublikasına (DQR) qarşı təcavüzkar hərəkətlərini dayandırmaq tələbilə etiraz aksiyalarından tutmuş, coxmilyonluq yardım toplanışınadək çoxsaylı tədbirlər keçirilirdi.

Kütləvi yardım toplanışı Ermənistanın özundə də baslamışdı, bundan əlavə, adamlar qan vermək üçün uzun novbələrə düzulürdülər. Erməni Apostol kilsəsi də kənarda qalmamışdı. Bütün Ermənilərin Katalikosu İkinci Qaregin və Böyük Kilikiya Evinin Kataliosu Birinci Aram Dağlıq Qarabağa səfərləri zamanı Qarabağ xalqına dəstək kimi bir milyon dollar həcmində ianə təqdim etmişlər. Könüllülərin Ermənistan və DQR-nın hərbi komissarlıqlarına kütləvi axınını, özü də təkcə “Yerkrapah” birliyindən olan Qarabağ müharibəsi veteranları deyil, həmçinin gənclərin də axınını xüsusi qeyd etmək lazımdır. Bütün bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, erməni ictimaiyyətinin aprel hadisələrinə reaksiyası bütün skeptikləri utandırdı. Çoxlarına elə gəlirdi ki, ötən 20 il ərzində inciyib ruhdan düşmüş xalq həm də dövlət Qarabağ müharibəsi veteranlarını layiqli həyat şəraiti ilə təmin etmədiyindən daha Qarabağı əvvəlki entuziazmla müdafiə etməyəcək.

Ancaq çətin və böhranlı anda bütün incikliklər unuduldu və Qarabağı müdafiə məsələsi ictimaiyyəti yumruq kimi birləşdirdi. Müxalif qüvvələrin yaranmış xarici təhlükə fonunda daxili siyasi sabitliyin qorunması və ölkənin təhlükəsizliyinin mühafizəsi naminə hakimiyyətlə tam konsolidasiyaya hazırlığa dair bəyanatları buna parlaq nümunədir.

Bununla yanaşı erməni itimaiyyətində digər bir maraqlı proses də gedirdi. Ölkənin inkişaf və xarici təhlükələrdən daha səmərəli və etibarlı müdafiə sistemini yaratmaq məqsədilə köklü dəyişikliklərın vacibliyinə dair bəyanatlar getdikcə daha ucadan səslənməyə başladı. Həm də hakimiyyətin müasir silahlar almaq ücün ölkənin yetərincə pulu olmamasına dair bəyanatları cəmiyyətdə belə ovqatları daha da gücləndirdi. Axı, adamlar belə bir məntiqi sual qarşısında dururdular: bir çox məmurlar və hakimiyyətlə əlaqədə olan oliqarxlar demək olar ki, korrupsiyanın yuksək səviyyəsi ucundan dövlət büdcəsinə daxil olmayan pullar hesabına cah-cəlal içində yaşadıqları halda hakimiyyət pulun çatışmazlığından necə sikayət edə bilər?
Və ölkə hakimiyyəti siyası və iqtisadi sistemin islahatlaşması üzrə müəyyən addımlar atmasa, çox ehtimal ki, onda yaxın vaxtlarda bu islahatlar artıq aşagıdan etiraz edən xalq tərəfindən tələb olunacaq.

Ermənistan xalqı və bütun dunyanın erməni icmaları Dağlıq Qarabağın müdafiəsi üçün hər şey etməyə hazırdırlar və ümidvardırlar ki, hakimiyyət də vətən naminə hansısa qurbanlara razı olacaq. Aydın məsələdir ki, Dağlıq Qarabağın sonraki gələcəyi (elə Ermənistanın daxili siyasi həyatı da) məhz hakimiyyətin bu ictimai sorğuya necə reaksıya göstərməsindən asılı olacaq.

Aprel hadisələrinin göstərdiyi kimi, Ermənistan hakimiyyətinin ən etibarlı dayağı çox vaxt Ermənistanın maraqları ilə üst-üstə düşməyən, öz xüsusu oyunlarını aparan müxtəlif hərbi-siyasi bloklar üzrə müttəfiqlər deyil, hakimiyyətdən fərqli olaraq Qarabağ münaqişəsində dünya paytaxtlarindan olan “xeyirxah dayilara” deyil, yalnız öz gücünə ümid bəsləməyin vacibliyinə getdikcə daha çox inanan doğma xalqdır.

Xalq müharibə tərəfdarıdır? (Azərbaycan)

Aprelin əvvəllərində qoşunların təmas xəttində vəziyyətin kəskin surətdə gərginləşməsi tarixə “dördgünlük müharibə” kimi daxil oldu. Silahlı toqquşmaların lap başlanğıcında Azərbaycan paytaxtında heç kim təsəvvür etmirdi ki, təmas xəttində vəziyyət bu qədər kəskin şəkildə dəyişə bilər. Bütün gözləntilərin əksinə olaraq, sonrakı hadisələr göstərdi ki, region bu günlər tammiqyaslı hərbi əməliyyatların şahidi olmuşdur.

Bununla yanaşı, hər hansı bir ölkədə müharibənin başlanması böyük emosional təzahürlərlə əlamətdardır və təcrübə göstərir ki, əksər hallarda xalq belə vəziyyətdə əsasən müharibə lehinə çıxış edir.

Hansısa məqamda Bakı simasını dəyişib hər yerdə — evlərin eyvanlarından tutmuş maşınlaradək milli bayraqlarla bəzənmişdi. Əhali dövlətin ətrafında birləşmiş və sanki uzun qış yuxusundan ayılmışdı. Yaşlı nəslin danışdığı kimi, belə bir ajiotaj və yüksək vətənpərvərlik səviyyəsi SSRİ -nin dağıldığı və Azərbaycanın müstəqillik əldə etdiyi 90-cı illərin əvvəlində müşahidə edilmişdi.

Azərbaycan xalqı uzun müddət ”psixoloji аutda” idi və vətənpərvərliyə dair bütün söhbətlər ikinci və hətta üçüncü plana çəkilmişdi. Əvvəllər vətənpərvərlik şüarları ilə bannerlərə çox nadir hallarda rast gəlməyin mümkün olduğu şəhər birdən-birə ifrat dərəcədə vətənpərvər oldu. Bayraq, gerb, himn — bütün bunlar ön plana çıxdı və xalq öz şəxsi problemlərinin hamısını unutdu.

Eyni şeyi sosial şəbəkələrdə də görmək mümkün idi. Feysbukun bütün Azərbaycan seqmenti milli bayrağın rənglərinə boyanaraq vətənpərvərlik statusları, şeirlər, milli qəhrəmanların həmçinin vətən uğrunda döyüşlərdə həlak olanların şəkilləri ilə bəzənmişdi. Maraqlıdır ki, bu anda heç kəsi ifrat vətənpərvərlikdə suçlamaq olmazdı, lakin baş verən hadisələrin fonunda ölkənin hökumət və ordusu üçün qürur hissinin səviyyəsi kəskin surətdə artdı . Hər bir şəhidin dəfn mərasimində əllərində bayraqlar saysız-hesabsız insan axını iştirak edərək öz qəhrəmanını fəxrlə son mənzilə yola salırdı. Şəhid ailələri son dərəcə böyük mənəvi və psixoloji dəstək qazanır, hökumət isə öz tərəfindən həlak olanların ailələrinə böyük maliyyə yardımı göstərirdi.

Azərbaycanda atəşkəs haqqında xəbəri göz yaşları ilə qarşılayırdılar: Bakıda bəlkə də müharibə demək olar ki, şəhər əhalisinə bir o qədər təcir göstərmədiyidən bunu arzu edən az idi, bəlkə də ona görə ki, xalq konkret nəticələrə gətirib çıxarmayan mənasız danışıqlar prosesindən yorulyb təngə gəlmişdi.

Nə qədər qəribə səslənsə də, müharibənin hardasa cəmiyyətin millət və dövlətin mənafeləri ətrafında güclü konsolidasiyası ilə ifadə olunan müsbət cəhəti də var. Lakin əsgərlərin ölümü və mülki əhali arasında itgilər müsbət aspektlərə xeyli kölgə salmış olur. Həm də ona görə ki, həlak olanların əksəriyyəti gənclərdir.

Hazırlayanlar Hayk Хаlаtyan (Yerevan) və Nicat Hacıyev (Bakı)