İyulun 4-6-da Pyatiqorskda A.M. Qorçakov adına İctimai diplomatiyanı dəstək fondunun Pyatiqorsk Dövlət universiteti nəzdində Beynəlxalq münasibətlər institutu ilə birgə təşkil etdiyi «Qafqaz dialoqu – 2017» VI illik beynəlxalq elmi-təhsil layihəsi keçirildi.
Layihə çərçivəsində Azərbaycan Milli Məclisinin deputatı Rasim Мusabəyov Dalma Newsin müxbirinə eksklüziv müsahibəsində Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesindəki durum və bu prosesdən öz gözləntiləri barədə söz açmışdır.
Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi fonunda Ermənistan tərəfi mütəmadi olaraq diqqəti rəsmi Bakının Ermənistan və Azərbaycan prezidentlərinin ötən il Vyana və Sankt-Peterburqdaki görüşlərdə əldə etdikləri razılaşmalar, xüsusən də ön xətdə insidentlərin araşdırılma mexanizmlərinin tətbiqindən imtina etməsinə yönəldir.
Gəlin, dəqiq olaq, razılaşma ilk növbədə atəşkəs rejiminin bərpa edilməsi, ikincisi isə Аnjey Каsprşikin missiyasının genişləndirilməsi ətrafında əldə edilmişdir. O, ATƏT-in fəaliyyətdə olan sədrinin atəşkəs xəttində monitorinq həyata keçirən şəxsi nümayəndəsidir.Son illər gərginlik və atışmaların yalnız Qarabağdaki təmas xəttilə məhdudlaşmayıb, həm də Ermənistan-azərbaycan sərhəddində də baş verdiyini nəzərə alaraq, o, missiyanın sayının artırılmasını təklif etmişdir. Həm Ermənistan, həm də Azərbaycan tərəfi razılıq vermişlər. Mübahisəli məsələ, mən bildiyim qədər, o olacaq ki, təmas xəttində daimi postlar quraşdırılacaqmı, yoxsa bu günə qədər olduğu kimi, missiya təmas xəttinə çıxaılracaq, monitorinqdən sonra isə paytaxtlara qayıdılacaq.
Bu məsələ ilə bağlı hələlik kompromis tapılmayıb. O ki qaldı, insidentlərin araşdırılması, mənə məlum olduğu qədər, Azərbaycan bu cür mexanizmin tətbiqinə razılıq verməmiş və reallıqda onlar müzakirə olunmur.
Ötən ilin aprel gərginləşməsindən sonra tərəflərin mövqelərinin kəskinləşməsi fonunda danışıqlar prosesindən nə gözləmək olar?
Real yanaşsaq, nizamlanmaya dair danışıqlar artıq Qazan görüşündən aparılmır. Bundan sonra bütün görüşlərdə, əslində yeni danışıqların başlanğıc mərhələsinə start verməkdən söz getmişdir. Və indiyə qədər tərəflər hətta konkret danışıqlar gündəliyini razılaşdıra bilməmişlər, ona görə ki, prezidentlər, XİN rəhbərləri görüşmüş və danışıqlar raunduna başlamaq razılığına gəllmışlər, ancaq sonra ya erməni, ya da Azərbaycan tərəfdən yenidən hansısa bir insident baş vermiş və danışıqlar tоrpedləçmişdir.
Bu gün hətta danışıqları hansı məsələ ətrafında aparmaq haqqında razılığa gələ bilmirlər. Çünki, erməni tərəfi etimad tədbirlərinin möhkəmləndirilməsi, təmas xəttində sabitləşmə, monitorinq və baş verən insidentlərin araşdırılmasını danışıqlar gündəminin ön planına çıxarır ki, bu, məzmunlu danışıqlar olmadıqda mövcud status-kvonun konservasiyası deməkdir.
Azərbaycan mövqeyi düz bunun əksidir. Atəşkəs elan olunmuşdu ki, hərbi münaqişəyə xitam verilməsi barədə konkret razılıq əldə edilsin. Mən, sadəcə, xatırlada bilərəm ki, müdafiə nazirləri tərəfindən imzalanmış sazişdə müəyyən bir vaxt göstərilməmişdir, lakin orada konkret olaraq yazılmışdı ki, on gün ərzində hərbi münaqişənin dayandırılmasına dair saziş hazırlanmalıdır. Artıq 20 il keçib, biz bu günə qədər hərbi münaqişəyə xitam verilməsi barədə məsuledici xarakter daşıya bilən razılığa gələ bilməmişik. Belə ki, hərbi münaqişə, əslində, heç dayandırılmamışdır.
Bunda kim günahkardır? Ermənistan və Azərbaycan mətbuatı Minsk qrupu həmsədrlərini günahlandırır. Vasitəçi ölkələr öz növbəsində qeyd edirlər ki, münaqişəni onun iştirakçılarının əvəzinə həll edə bilməzlər.
İş hətta kimin günahkar olmasında deyil. Əgər söz Minsk qrupu həmsədrlərindən gedirsə, onda gərək özünə hesabat verəsən ki, onlar kimdir və nə etmək iqtidarındadırlar. Böyük hesabla, bunlar öz XİN-nin orta səviyyəli diplomatlarıdırlar. Mən hesab edirəm ki, onların öz ölkələrində qalxdıqları iş səviyyəsi — xarici işlər nazirlərinin müavinləri səviyyəsidir. Nadir hallarda bu, onları dinləməyi lazım hesab edən nazirdir və dəqiq olaraq Minsk qrupu həmsədr dövlətlərinin başçıları deyil. Minsk qrupu həmsədrlərinin münaqişə tərəflərinə müstəqil təzyiq göstərmək və nizamlama prosesini irəli aparmaq iqtidarında olduğunu düşünmək xülya olardı.
Onların ölkələri təzyiq göstərə bilərmi?
Həmsədr ölkələr, bunlar isə ABŞ, Rusiya və Fransadır ki, öz prezidentləri, bəd ayaqda XİN başçılarının simasında münaqişə tərəflərinə təzyiq göstərə bilərlər. Lakin onların diqqəti daha kəskin beynəlxalq problemlər üzərində сəmlənmişdir. Minsk qrupunun həmsədrləri hansısa təkliflər və zəmin hazırlaya,ən başlıcası isə, öz rəhbərlərini məlumatlandıra bilərlər. Bilavasitə Yerevan və ya Bakıya təsir — yox. Odur ki, gəlin onlara hədsiz iddialar irəli sürməyək.
O ki qaldı, dövlət başçıları və XİN rəhbərlərinə, başa düşmək lazımdır ki, Qarabağ münaqişəsi bizim üçün birincidərəcəli əhəmiyyət kəsb edir, onların diqqəti isə bu gün daha çox Suriya, Ukrayna, Koreya, İran və İraqa yönəlmişdir. Orada daha geniş miqyasda qan tökülür, böyük dövlətlərin birbaşa toqquşma riskləri daha yüksəkdir.
Budur, ötən il Qarabağda aprel hərbi toqquşmaları baş verdi — dərhal xarici işlər nazirləri səviyyəsində görüş keçirildi və hərbi əməliyyatların qarşısını alıb, vəziyyətin tammiqyaslı müharibəyə keçməməsi istiqamətində səylər göstərildi. Atışmalar baş verən zaman isə bəyanatlarla,ehtiyat və təmkinlilik göstərmək çağırışları ilə məhdudlaşırlar. Belə ki, hələlik Yuqoslaviya münaqişəsində sülh yolu ilə dinc nizamlamaya yol verməmək üçün nəsə «Deyton» kimi bir şey təşkil etməyə elə böyük bir arzu görünmür.
Vəziyyətin indiki inkişafı nəyə gətirib çıxarır? Biz hansısa yeni bir «aprel» gözləyə bilərikmi?
Təkcə «аprel» yox, ondan da betər ola bilər. Həm Azərbaycan, həm də Ermənistanda sağlam düşüncəli insanlar üçün bu, ən arzuolunmaz ssenaridir. Axı, tərəflərdən hansısa birinin hərbi əməliyyatlar nəticəsində tarmar olunaraq, silahı yerə qoyub təslim olmasını gözləmək qeyri-realdır. Buna görə də, istənilən halda danışıqlara qayıtmaq lazım gələcək. Əgər özləri istəməsələr, böyük dövlətlər onları danışıqlar masası arxasına keçməyə məcbur edərlər. Lakin daha bir neçə yüz, Allah eləməsin, min gənc həlak olar. Əhali daha çox qeyzlənər və danışıqlar aparmaq daha mürəkkəb olar. O başqa məsələdir ki, mən Minsk qrupu həmsədrlərinin ən pis ssenarilərin qarşısını müstəqil almaq qabiliyyətinə inanmıram.
Ermənistan-azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün real impulsları çox güman ki, Rusiya tərəfdən gözləmək lazımdır. Ancaq məncə, hələ ki, Moskva ABŞ prezidenti Tramp və onun administrasiyası ilə münasibətləri necə qurmağı götür-qoy etməyincə, digər problemlərə necə deyərlər, baş qoşmayacaq. Daha qızğın mövzu: Suriya, Yaxın Şərq, Ukrayna, sanksiyalar, yeni silahlanma yarışı və soyuq müharibə «layt». Bu problemləri və təhdidləri lokallaşdırmadan Rusiya rəhbərliyi çətin ki, Qarabağ nizamlaması problemi ilə ciddi məşğul olsun.
Amma Rusiya xarici siyasət gündəmində Qarabağ nizamlaması probleminin yeri ABŞ və ya Fransanınkindən nəzərəçarpan dərəcədə yüksəkdir. Belə ki, mənim diqqətimi Rusiya prezidenti yanında Strateji araşdırmalar mərkəzinin rəhbəri və Vladimir Putinə birbaşa çıxışı olan, RF-nın sabiq maliyyə naziri Kudrinin hazırladığı hesabat-məruzə cəlb etdi. Ona Putinin növbəti prezident müddətini nəzərdə tutaraq, Rusiyanın strategiyasını işləyib hazırlamaq tapşırılmışdır.Kudrinin rəhbərliyi altında hazırlanmış hesabatda nəinki iqtisadi, həm də siyasi aspektlər vardır. Orda qeyd olunur ki, Gürcüstan və Ukrayna böhranlarını hazırda həll etmək çətindir və onların lokallaşdırılması gərəkdir, Pridnestrovye və Qarabağ istiqamətində isə vasitəçiliyi gücləndirmək tövsiyə olunur. Mən hesab edirəm ki, əgər bu baş verərsə, müəyyən irəliləyiş əldə edilə bilər. Bütün problemləri bir dəfəyə həll etmək və köhnəlmiş Ermənistan-azərbaycan münaqişəsinin tam və köklü çözümünü təmin edə bilmək illüziyalarına qapılmaq lazım deyil. Bu, çətin, hətta qeyri-mümkündür. Ancaq nizamlamanın hərbi risklərin sıfra enəcəyi həll nöqtəsinə deyil, heç olmasa, nisbətən yaxın məsafəyə irəliləyişi mümkündür ki, buda həm erməni və azərbaycanlıların, həm də ümumiyyətlə bütün regionun xeyrinə olardı.
Söhbəti Hayk Хаlаtyan aparmışdır