Bu günlər Bakı Müasir İncəsənət Mərkəzi YARAT Azərbaycandan bəhs edən «Qafqaza Qayıdış» sənədli filmini təqdim etmişdir. Film ingilis subtitrləri– altyazıları ilə Azərbaycan dilində nümayiş etdirilmişdir.

«Qafqaza Qayıdış» – Azərbaycan və Fransanın birgə layihəsidir. Film Azərbaycanın Mədəniyyət və turizm nazirliyi, eləcə də ARTE –Francenin sifarişilə «Yaddaş» sənədli filmlər studiyası və B-Tween(Fransa) şirkəti tərəfindən çəkilmişdir.

unnamed-1

Ssenari müəllifləri — Fuad Axundov, Stefan Bеrqunyu, Jan-Pyer Diviler, Lesli Qranberq. Filmin rejissorları kimi Stefan Bеrqunyu və Jan-Pyer Diviler, prodüserləri timsalında isə — Arno FrilleyCavid İmamverdiyev çıxış etmişlər.

Filmdə baş rolu dünya şöhrətli fransız aktyoru Jerar Depardye oynamışdır.

Bu filmin yaranmasına tarixi bir fakt səbəb oldu. 1858-ci ildə məşhur fransız yazıçısı Aleksandr Düma Qafqaza səfəri zamanı Azərbaycanı ziyarət etmişdi. Azərbaycan torpaqlarına Bakıda «Neft daşları»ndan, sonra isə Şamaxı və Şəkidən başlayaraq Qafqaz dağlarının ətəklərində bitən üç aylıq səyahətin nəticəsi Dümanın «Qafqaza Səyahət» yol qeydləri kitabının nəşri oldu .

Sonra 150 ildən artıq vaxt ötəndən sonra Jerar Depardye bu illər ərzində Azərbaycanda həyatın necə dəyişdiyini görmək və öz həmyerlisinin təəsüratı ilə müqayisə etmək üçün Aleksandr Dümanın marşrutu ilə gəzmək qərarına gəlmişdir .

Maraqlıdır ki, Düma buraya rəssam Мuаnе ilə gəlmişdi. Səfərdə Depardyeni də müşayiət edən rəssam dostu Matye Sаpаn olmuşdur ki o, qarşılarında açılan mənzərələri çəkir və qismən bu layihədə iştirak edirdi. Onlar Azərbaycan tarixçisi və filmin həmmüəllifi Fuad Axundovun müşayiətilə fransız yazıçısınin izi ilə irəliləmişlər.

Filmin prodüseri Cavid İmamverdiyev, eləcə də tarixçi və tədqiqatçı Fuad Axundov YARAT kinoklubu çərçivəsində filmi şəxsən təqdim edərək, tamaşaçıları onun əsasında duran tarixçə ilə tanış etmişlər.

«Cənab Depardye Bakıya gələn zaman biz onun Azərbaycan sənədli filmlərinin birində çəkilməsi barədə razılığa gəldik. Bizlərdən kimsə Aleksandr Dümanın «Qafqaza Səyahət» əsərini xatırladı. Biz nə üçün də Depardyenin simasında daha bir fransızın bir neçə yüz il bundan əvvəl elə Dümanın keçdiyi marşrutla gəzməməsi fikri üzərində düşündük», – deyə Cavid İmamverdiyev tamaşaçılara söz açır.

unnamed-2

Filmin çəkilişlərinin 2012-ci ildə — Azərbaycanda Avropa miqyasında əhəmiyyətli tədbirlərdən bri olan «Eurovision» mahnı müsabiqəsinin keçirildlyl dövrdə başlamasına baxmayaraq, komanda çəkilişlərə böyük fəallıqla hazırlaşırdı .

Prodüserin sözlərinə görə, çəkiliş qrupu iki ay ərzində vaxtilə fransız yazıçısının gəzdiyi yerlərdə olmuş, artıq 10-15 gün sonra isə Depardyenin özünün iştirakı ilə çəkilişlər aparılmışdı.

«Filmin konsepsiyası çox maraqlıdır, çünki, Dümanın «Qafqaza Səyahət» əsəri Fransanın özündə az məlumdur. Düma «Üç muşketyor», «Qraf Monte Cristo» ilə bağlı assosiasiya olunur. Bu adamın 1858-ci ildə Qafqazda olması isə hətta əksər fransızlara belə məlum deyil, – deyə ssenarnini həmmüəllifi Fuad Axundov bildirir. — Əgər biz öz tərəfimizdən Azərbaycanı təmsil edirdiksə, fransızlar özləri üçün demək olar ki, «naməlumu məluma» çevirirdilər. Dümanın marşrutu Dərbənddə başlamış və Tiflisdə başa çatmışdır, onun səfərinin mənaca ən əhəmiyyətli və zəngin hissəsi isə Azərbaycan – Quba-Bakı-Şamaxı-Şəki səyahətinin payına düşür. Prinsipcə, biz Dümanın səfərindən Azərbaycan komponentini ayırıb Depardye üçün özünəməxsus yol xəritəsi tərtib etmişik».

unnamed-5

Tarixçinin qeyd etdiyinə görə, Düma Azərbaycanın yuxarıda göstərilən guşələrindən keçərkən sarsıdıcı xatirələr qoyurdu. O, harda olursa-olsun, hətta ən ucqar kənddə belə onun təmiz otağı, masanın üzərində isə mürəkəbqabı və bir neçə kağız vərəqi olardı. Dümanın karvanı harada görünməsindən asılı olmayaraq isə, onu həmişə bir tatarı (o vaxt azərbaycanlını belə adlandırırdılar) müşayiət edirdı. «O, karvanın gəlib yerləşəcəyi məntəqəyə həmişə yarım saat tez gəlir və hər şeyi diqqət və fərasətlə təşkil edirdi — bu 19-cu əsrin ortalarında Azərbaycan xidmətinin göstəricisi idi. Düma heyrətə gələrək yazırdı: «Səfərimin sonunadək mənə bir şey naməlum qaldı — bu tatarı-azərbaycanlı harda yatır və nə vaxt nahar edirdi », – deyə nəqlçi Dümanın kitabından iqtibas edir.

Fuad Axundovun qənaətinə görə, Düma məhz elə səmərəli yaradıcılıq mühitnə düşmüşdü ki, bu ona özü üçün həmin regionu kəşf etməyə yardım göstərmiş, sonra isə onun möcüzəli qələminin köməyilə Avropa bu bölgə ilə ilk dəfə tanış olmuşdu.

Daha sonra filmin qəhrəmanları ilə birbaşa təmasda olan Azərbaycan tarixçisi çəkilişlərlə bağlı xatirə və təəssüratları ilə bölüşmüşdür.

«Mənim Depardye ilə tanışlığım üç kamera qarşısında keçib ki, bax, bu əsl adrenalin idi! Heç kim bizim danışığımızın baş tutub- tutmayacağını əvvəlcədən deyə bilməzdi. Mənim fransız dili üzrə səriştəm böyük deyil, Depardyenin ingiliscəsi isə orta səviyyədə idi. Bununla belə, Qafqazda Düma mövzusu sayəsində dil və hansısa mədəni səddlər və maneələr arxa plana çəkilir.

Bu, məhz o ysuldur ki, biz nə qədər müxtəlif və fərqli olsaq da Qərblə Şərqin bir-birinə yaxınlığını, ümumi dəyərlərin mövcudluğunu göstərir. Vaxtilə bunu Düma, bu gün isə filmdə Jerar Depardye inkişaf etdirməyə cəhd göstərmişdir».

unnamed

Film rəhbərlərinin sözlərinə görə, onlar çəkilişlərdən razı qalmışlar, fransız aktyoru ilə iş isə onlara zövq verir. «Jеrаr Depardyenin gözəl üz ifadələri var, o, səninlə fransızca danışır, sən isə yalnız onun mimikaları hesabına hər şeyi başa düşürsən. Üstəlik, onun gözəl və nadir eşitmə qabiliyyəti var — o, Azərbaycan dilində eşitdiyi sözü mütləq dəqiqliklə elə tələffüz edə bilir ki, hamı heyrətə gəlir! Əslində o belə düzgün tələffüz etdiyi sözün mənasını bilmir. O, sadəcə sözü düzgün çatdırır, adamlara isə elə gəlir ki, onlarla azərbaycanca danışırlar»,- deyə filmin yaradıcıları qonaqlarla bölüşürlər.

Bakı filmin qəhrəmanları qarşısında Dümanın öz kitabında yazdığı kimi, «bütün şöhrət və gözəlliyilə durur». Onlar «Ağ Bakı» və «Qara Bakı»nı gəzir, «hamıdan az səyahət edən xalq sayılan fransızlar istisna olmaqla » bütün dünyaya tanış Bakı işıqlarından həzz alırlar»; məşhur və müqəddəs Atəşgah və Bibi-Heybət qəbiristanlığını ziyarət, Xəzər dənizinin sahilində yerləşən məşhur «Neft daşları» qəsəbəsinə və bir çox digər yerlərə səyahət edirlər. «Küləklər şəhəri»ndən sonra qəhrəmanlar öz yazıçılarının izi ilə getməkdə davam edir — onlar Azərbaycanın gözəl guşələri — Quba, Şamaxı və Şəki rayonlarına səyahət edirlər. Orada onlar yerli adət-ənənələrlə tanış olur, yerli əhali ilə söhbət edir və milli mətbəx nümunələrinin dadına baxırlar. Depardye, xüsusilə Azərbaycan kababına vurulur. Fransızların səyahəti vaxtilə öz həmvətənləri Dümanın olduğu Sarıbaş kəndində başa çatır.

Bir sözlə, hər iki fransız səyyahı özləri üçün Azərbaycanı vaxtilə Aleksandr Düma Qafqaz üzrə səyahəti zamanı açdığı kimi açmış olurlar.

Düma Qafqazda və bütövlükdə Avropa səyyahı mövzusu yalnız bu bir filmlə məhdudlaşmır. Fransız yazıçısının kitabındaki bir çox məqamlar filmdə öz əksini tapmamışdır. Fuad Axundov və Cavid İmamverdiyevin sözlərinə görə, bu gün «Dümanın Qafqaza səyahəti» kitabını yenidən aktuallaşdırmaq və təbliğ etmək lazımdır.

«Qafqaza qayıdış» bəzi turizm filmləri festivallarında iştirak edərək münsiflər heyətindən xüsusi mükafatlar almışdır. O, «Arte» fransız telekanalında, həmçinin bir çox digər xarici kanallarda da yayımlanmışdır.

Çinarə Qurbanqızı