Azərbaycan fevralın 22-də yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyini qeyd edir. Bütün il boyu bu görkəmli insanın həyat və yaradıcılığına həsr olunmuş mədəni tədbirlər keçiriləcək. Müvafiq sərəncamı Azərbaycan prezidenti İlham Əliyev imzalamışdır.

Azərbaycan Milli İncəsənət Muzeyinin innovasiyalar şöbəsinin elmi işçisi Sevinc Mərdanovanın Dalma Newsə müsahibəsində bildirdiyi kimi, bu ilin may ayında yubiley münasibətilə muzeydə Cəlil Məmmədquluzadənin fəaliyyətinə həsr olunmuş irimiqyaslı sərgi keçiriləcək. Azərbaycan ədəbiyyatında tənqidi realizmin görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadə 22 fevral 1866 ildə Naxçıvan şəhərində anadan olmuşdur

O, ilkin təhsilni dini məktəb – mədrəsədə almış, ilahiyyat və şəriəti öyrənmişdir. Amma yeni kəşf və biliklərə həvəs ona nail olduqları ilə kifayətlənməyə yol verməmişdir. Ali dini təhsilni başa vurandan sonra, o, Qori müəllimlər seminariyasına daxil olur. Taleyin hökmü və ya iradəsiləmi, onun müəllimi vaxtilə, özü də təkcə Azərbaycan deyil, həm də bütün dünya üçün böyük əhəmiyyət kəsb edən və Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev (böyük) və bir çox digərləri kimi şəxsiyyətlərə dərs vermiş Aleksey Çеrnyayevski olur.

Məmmədquluzadə ədəbi Azərbaycan dilinin unifikasiyası — vahid şəklə salınıb birləşməsini müdafiə etmiş və eyni zamanda onun digər dillərdən olan sözlərlə təzələnməsinə qarşı çıxmışdı. Azərbaycan əlifbası onun təklifi ilə latın əlifbasına keçmişdi.

Məmmədquluzadə sevgidə də fəal idi. Belə ki, yazıçının birinci xanımı ona Münəvvər adlı bir qız dünyaya gətirən türk qızı Həlimə-xatun olmuşdu. İkinci həyat yoldaşı isə, əliuşaqlı gənc dul qadın Nazlı xanım idi ki, həyat yoldaşını dəlicəsinə sevirdi, o isə, öz növbəsində, bütün vaxtını işə sərf edirdi. Beləliklə, qadın özünə qapılıb xəstələndi. Odur ki, Cəlil 1903-cü ildə onu müalicə üçün Tiflisə aparmalı oldu. Lakin, təəssüf ki, Nazlı xanımı xilas etmək mümkün olmadı. Bundan sonra yazıçı daim həyat yoldaşının qəbrini ziyarət edərək özünü tamamilə yaradıcılıq işinə həsr etdi .

Lakin bir müddət sonra o, üçüncü dəfə evlənir. Və beləliklə,yalnız sonuncu həyat yoldaşı Həmidə xanım Cavanşir nəhayət onu dərvişdən ailəvi adama çevirə bildi. Axı, yazıçı özünü nahaq yerə tez-tez dınyaya evlilik üçün gəlməyən sərbəst quş adlandırmırdı.

Hərçənd, bu cür qeyri-ciddi yanaşma Məmmədquluzadəni növbəti vurğunluğa gətirib çıxarsa da, iş evlənmə ilə başa çatmadı. Bütün dahiliyinə baxmayaraq, təəssüf ki, onun xanımıları özünü tam surətdə yaradıcılığa həsr etmiş Mirzə Cəlilin laqeydliyinə görə əslində xoşbəxt deyildilər.

Onun Tiflis həyatına qayıdaraq Məmmədquluzadənin yerli Azərbaycan dilli «Şərqi-Rus» qəzeti redaksiyasındaki jurnalistlik fəaliyyətini qeyd etmək lazımdır. Ancaq o, kiminsə başlanğıcı altında işləmək istəmədiyindən öz satirik «Molla Nəsrəddin» jurnalını yaratmaq qərarına gəlir. Bu jurnal müəyyən fasilələrlə cəmi 25 il dərc olunsa da, tarixində öz dərin izini qoymuşdur.

Hərçənd istənilən hər hansı janrda yazmağı bacarsa da, onun üslubunun öz fərqli satirik stili var idi. Lakin oxucuların mühakiməsinə daha tez-tez oçerklər, felyetonlar və pamfletlər dərc olunurdu. Ona şöhrət «Danabaş kəndinin əhvalatları» hekayələr silsiləsi meydana çıxandan dərhal sonra gəldi ki, burada yazıçı satirik şəkildə sosial bərabərsizlikdən söz açır. Bunun ardınca bir sıra ona bənzər tənqidi və eyni zamanda, satirik felyetonlar yaranır ki, onlardan «Ölülər» və «Dəli yığıncağı» xüsusi şöhrət qazanmışdır. Həmin əsərlərdə yazıçı savadsızlıg, cəhalət, təkəbbür və dini fanatizm məsələlərini qaldırır…

«Molla Nəsrəddin» jurnalı həyatdaki bütün dəyişiklikləri oxuculara satirik üslubda çatdırması ilə seçilirdi. Məhz öz haqlılığı və populyarlığına görə o, rus senzurası tərəfindən qadağan edilmişdi. Odur ki, «Molla Nəsrəddin» jurnalı bir müddət Təbrizdə nəşr olunmuşdur.

Bu gün Məmmədquluzadənin vaxtilə Bakıda yaşadığı ev görkəmli yazıçının ev-muzeyinə dönmüşdür. Analoji muzey Tiflisdə də var. Bununla yanaşı, yazıçının adına Naxçıvanda kənd, muzey və dram teatr vardır. Elə orada, həmçinin yazıçının böyük abidəsi ucaldılmışdır. Dahi yazıçıya Qubada bənzər abidə, Sumqayıtda isə büst qoyulmuşdur. Azərbaycan Respublikasının bir sıra şəhər və rayonlarında çoxsaylı küçələr Cəlil Məmmədquluzadənin adını daşıyır.

Cəlil Məmmədquluzadənin irsi vaxtilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi də heyrətə gətirmişdi. Yazıçının Ev-muzeyinin açılışında o, bildirmişdi ki, Cəlil Məmmədquluzadənin yaradıcılığı dünyaya Azərbaycan mənəviyyatı, mədəniyyət və ədəbiyyatını nümayiş etdirir.

Əliyevin sevimli əsərlərindən biri «Ölülər» idi. ««Ölülər» – bu, Məmmədquluzadənin ölməz əsəridir. «Ölülər» yazıldığı vaxt da gərəkliydi və bu gün də ona ehtiyac duyulan əsərdir» , — deyə o bildirmişdi.

Yaşlandıqca Vətən Cəlil Məmmədquluzadəni özünə daha çox çəkirdi . O, 1932-ci ildə Bakıda beyin qansızmasından vəfat etmişdi. Mirzə Cəlilin başdan-başa xatirələrdən ibarət son kitabı isə tamamlanmamış qalmışdı.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Cəlil Məmmədquluzadənin böyük qız nəvəsi— rəssam Həmidə Məlikova bu gün, Böyük teatrın solisti, opera müğənnisi Elçin Əzizovun həyat yoldaşıdır.

 

Günel Məmmədli