Cənubi Qafqazda genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanması hamı üçün fəlakətli olar, odur ki onun qarşısı mütləq alınmalıdır. ATƏT-in Minsk qrupu formatı Qarabağ münaqişəsilə bağlı məsələlərin müzakirəsi üçün ən önəmli meydançadır. Yalnız kor olan kəs Qarabağda istənilən vaxt geniş hərbi əməliyyatların yenidən başlanma ehtimalını inkar edə bilər.
ABŞ-nın erməni və regional mediyalar üçün onlayn-konfrans verən Ermənistandaki sabiq səfiri Con Evansın çıxışının ümumi tezisləri belədir. Evans Amerika diplomatik nümayəndəliyinə 2000-ci illərin ortalarında rəhbərlik etmiş, lakin 2006-cı ildə səfir vəzifəsindən geri çağrılmış, daha sonra isə ABŞ Dövlət departamentindən azad edilmişdir. Con Evansın diplomatik missiyadan kənarlaşdırılmasına səbəb onun Kaliforniyanın Berkli universitetindəki çıxışı olmuşdur ki, orda diplomat Osmanlı imperiyasında 1915-ci ilin erməni qırğınını “genosid” adlandırmışdır.
Evansın həmin çıxışı xeyli səs-küy galdırmış, mətbuat -konfransı isə nisbətən sakit keçmişdir. Qarabağla bağlı suallarla Evansa müraciətlər çox olmuş və istefada olan səfir kəskin ifadə və rəylərdən yan keçərək, sualları son dərəcə təmkinlə cavablandırmışdır. Karabağla yanaşı, Evansa Ermənistana investisiya qoyuluşu, ölkənin xarici siyasəti və sairə haqqında suallar vermişlər. Dalma News Ermənistan üçün aktual olan məsələlər haqqında diplomatın nə düşündüyü barədə qısaca söz açacaq.
• Dağlıq Qarabağ münaqişəsi
İllər boyu Minsk qrupunun hər üç həmsədri Dağlıq Qarabağ probleminin ədalətli və sabit həllini tapmaq səylərilə yetərincə sıx əməkdaşlıq etmiş və bu, səfir Uorlikin də dediyi kimi indiyədək davam edir. Məncə, həll yollarının axtarışı üçün bir forum kimi Minsk qrupunun danışıqlar formatına daha önəmli alternativ yoxdur, intəhası müvəffəqiyyət vasitəçilərdən çox, tərəflərin özlərindən asılıdır.
Minsk qrupu çərçivəsində danışıqların çətin tərəqqisi bir çox müşahidəçilər üçün ümidsizlik mənbəi olmuşdu, ancaq məlum olduğu kimi, diplomatiya çox vaxt aparır. Danışıqların əsas elementləri razılaşdırılandan sonra iş yetərincə tez irəliləyə bilər.Hər iki tərəf kompromisə getməli olacaq və onlardan heç biri istədiyinin hamısına nail olmayacaq. Hansı mərhələdəsə Dağlıq Qarabağ hakimiyyəti tamhüquqlu tərəf kimi danışıqlara qoşulmalıdır.
Mən ümidvaram ki, münaqişənin hər iki tərəfi, xüsusilə Bakı təmkinlilik nümayiş etdirəcək. İstənilən insident ciddi münaqişəyə dönə bilər və hazırki şəraitdə 1990-cı illərin əvvəllərindəkindən də dağıdıcı ola bilən tammiqyaslı müharibənin yenidən başlanmasına gətirib çıxarar. Bu heç kimə və az dərəcədə qarabağlılara lazım deyil. Minsk qrupu çərçivəsində danışıqların və onlara ciddi yanaşmağın vacibliyini dərk etmək üçün əsaslar getdikcə artır. Cənubi Qafqazda genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanması hamı üçün fəlakətli olar, odur ki onun qarşısı mütləq alınmalıdır.
Təkcə atəşkəs rejiminin pozulma hallarının sayının artması deyil, həmçinin bu pozuntuların bəzilərinin Ermənistan – Azərbaycan dövlət sərhəddində də (Tavuş və Naxçıvanda) baş vermə faktı həyəcan və narahatçılıq doğurur.
Tərəflər problemi Strassburq, Vyana və başqa yerlərdə az lobbiləşdirmək məsələsini nəzərdən keçirib, bu və digər problemlərin həlli üçün bütün bunlara daha yaxın məsafədən baxa bilərdilər.
• Korrupsiya
Korrupsiya hər yerdə var, ancaq zənnimcə, ymumiyyətlə şəffaflığın olmaması və məhkəmələrin ədalətli məhkəməni vaxtında təmin etməmə fikri problemi daha da dərinləşdirir. Biz hamımız Ermənistanda daha çox Amerika və digər xarici investisiyaları görmək istərdik, ancaq təəssüf ki, bir sıra maneələr, o cümlədən korrupsiya amili vardır.
• Erməni-türk münasibətləri
Mən hazırda erməni-türk münasibətlərinin yaxşılaşması üçün az perspektiv görürəm. Bu baxımdan, protokollar doğurdan da iflasa uğramışdır. Şəxsən mənim fikrimcə, onlar səhv idi və həmin protokolların memarları birdən-birə son dərəcə çox şeyə nail olmağa cəhd göstərmişlər. Bütün problemləri birdəfəlik həll cəhdi əvəzinə, mən bir sadə addım təklif etmək istərdim: diplomatik əlaqələr külliyatını tətbiq etmək. Bu, etibarlı əlaqəni təmin edər və tərəflərdən heç birinin mövqei üçün kompromis təşkil etməz. Mən bunu hər iki ölkənin xarici işlər nazirlərinə şəxsən təklif etmişəm.
• Yerevandaki etirazlar
Rusiya və Ukrayna KİV hər biri öz xüsusi səbəblərinə görə Yerevanda elektrik enerjisi qiymətlərinə qarşı etirazlara “maydan” etiketi yapışdırmağa cəhd göstərmişlər. Zənnimcə, etiraz aksiyalarında iştirak edən ermənilər bu ittihamları təkzib etməyə müvəffəq olmuşlar.