Erməni familiyalı rejissorlar bir çox beynəlxalq kinofestivallarda artıq çoxdan nəzərə carpmışlar. Lakin təəssüf ki, onların əksəriyyəti nüfuzlu meydançalarda Ermənistanı deyil, başqa ölkələri təmsil edirlər.
Müasir erməni kinematoqrafı hara irəliləyir, onun inkişafında diasporun rolu və əhəmiyyəti nədir, eləcə də bir çox başqa məsələlər haqqında biz Rusiya kinoşünası, kulturoloq, Rusiya kinoşunaslar və kulturoloqlar gildiyasının (ittifaqının) prezidenti Kirill Razloqovla söhbət apardıq.
Kirill Emileviç, necə bilirsiz, postsovet dövründə erməni Kinematoqrafında inkişaf vardırmı?
Bəli, nəsə var, ancaq kino istehsalının son dərəcə məhdud olduğu bütün postovet ölkələrində olduğu kimi, inkişaf nöqtəbənöqtədir. İşdə bu, o geməkdir ki, Ermənistanda şərti olaraq “iki yarım” müasir rejissor var ki, artıq tanınmışlar və çoxdan kinemotoqrafın qızıl fonduna daxil olmuş “iki yarım” klassik vardır. Bu iki qrup arasında dahi dokumentalist də vardır ki, biz yaxın gələcəkdə onun yeni işlərini görmək ümidindəyik. Bir tərəfdən köhnə məktəbin Paracanov və Çaldranyanı, digər tərəfdən bugünün Harutyun Xaçatryanı var .
Litvada isə məsələn, Şarunas Bartus vardır sizi inandırıram ki, dünyada heç bircə belə adla da oyünə bilməyə imkanı olmayan ölkələr var. Elə kinematoqrafiyalar var ki, hansısa istehsalat mərkəzi kimi yaradıcı tandemlər prinsipilə işləyirlər. Nümunə kimi ecton istehsalı olan “Mandarinlər”i göstərə bilərəm. Filmin rejissoru gürcü rejissoru Zaza Uruşadzedir, və o gürcü materialı əsasında cəkilmişdir, ancaq Amerika kinoakademiyasının mükafatı zamanı Estoniyanl təmsil etmişdir.
Prinsipcə, ermənilərə də belə etməyə heç kim mane olmur – təkcə birindən savayı! Tarixi aqibət üzündən ermənilərdə güclu etnik identiklik bariz ifadə olunmuşdur. Onlara milli kinemotoqrafıyanı qaldırmaq üçün tutalım, elə həmin qonşu Gürcüstandan rejissorlar dəvət etmək xas deyil. Ancaq axı, hələ öz klassiklərinə malik erməni diasporu da var. Lakin burda paradoksla üzləşməli olursan, yerli kinematoqrafistlərin onlara münasibəti çox ziddiyyətlidir – bunu cətin ki, hörmət və nifrətin qarışığı kimi səciyyəndirmək olar. Buna bariz nümunə Atom Eqoyandır. Düya şöhrətli rejissorun filmləri bir çox cəhətdən transnasionaldır. İntəhası, onun “Ararat” kimi bəzi işləri yerli auditoriyanın nöqteyi-nəzərindən vurğuları düzgün qoymur. Onun Ermənistanla ümumiyyətlə heç bir əlaqəsi olmayan digər işləri başqadır və necə deyərlər, “milli maraqlara əsla satqınlıq” yoxdur. Çox mürəkkəb konqlomeratdır.
Sözün geniş mənasında danışsaq və kinoindustriyada təqdim olunmuş bütün etnik erməniləri nəzərə alsaq, əlbəttə, erməni kinematoqrafı mövcuddur. Həm klassiklər, həm də artıq tamamilə unudulmuş klassiklər var. Əgər məhz milli kinematoqrafdan danışmalı olsaq, bu, arabir üzə çıxan tək-tək adlardır. Kinoin- dustriyanın baş tutması haqqında danışmaq isə hələ tezdir. Bu sahəyə gənc nəsli cəlb etmək üçün zərurı olan sistematik film istehsalı yoxdur.
Digər tərəfdən Anna Melikyan kimi parlaq adlar da var. O, QİTİS-i bitirmiş, Moskvada yaşayıb-yaradır, onun yaradıcılığı artıq beynəlxalq rezonansa malikdir, bu il o, “Kinotavr” festivalında baş prizə layiq görülmüşdür. O, şübhəsiz, dünya kinematoqrafının, eyni zamanda ermənı kinematoqrafının da bir hissəsidir.
Daha doğrusu, sizcə kinematoqrafı yerli və “diasporal” kimi bölüşdürmək düzgün deyil?
Əlbəttə, yox. Yeri gəlmişkən, hər il keçirilən “Qızıl ərik” beynəlxalq kinofestivalı bu çərçivələrin ləğvinə çox yardım göstərir. Əgər məhz etnik mənsubiyyəti əsas götürsək, onda Ermənistanın hüdüdlarından kənarda yaradan bütün ermənilər avtomatik olaraq Ermənistanı təmsil etmiş olurlar. Və əgər hansısa coğrafı təsəvvürlərə əsaslanmalı olsaq, onda burda üzləşməli olacağımız problemlər və məhdudiyyətləri, ilk növbədə maliyyə porblemlərini nəzərə almaq lazımdır. Belə olan halda isə daha acınacaqlı vəziyyət alınır. Ancaq onu da qeyd edim ki, maliyyə imkanları heç də həmişə keyfiyyət qarantı deyil. Məsələn, qat-qat varlı Azərbaycanda bu gün kinematoqraf Ermənistandakindən daha azdır.
Bu nə ilə əlaqədardır?
Sadəcə olaraq, ona görə ki, rifah yaradıcılığı stimullaşdırmır, rifahsızlıq və qeyri-firavanlıq isə əskinə, impuls yaradır. Ermənilərdə rifahsızlıq yetərincədir…
Yəni, bizdə hər şey firavan olarsa…?
Onda sizdə İsveçrə olar. Orda isə kino yoxdur! (gülür)
Öz “Dünya kinosunun tarixi” kitabınızda siz bir jurnalisti iqtibas etmisiniz: filmləri siz çəkirsiniz, biz isə kino çixarırıq”. Əgər bu ifadəni müasir erməni kinematoqrafına şamil etsək, bu haqda nə deyərdiz?
Müasir erməni kinematoqraf yalnız filmlər çəkir. Mən hələ serıya yaratmağı demirəm, elə bir erməni filmi tanımıram ki, geniş transnasional səslənməyə malik olsun. Rusiya kinematoqrafında belələrinə “Noçnoy dozor”, “Dnevnoy dozor” və “Stalinqrad”i aid etmək olar . Festival rus kinosu isə bu, tamam başqa məsələdir. Ermənistanda festival kinosu var bə heç də pis deyil. Qızıl Ərik yerli auditoriyanı yerindən tərpətməyə nail olur və artıq tamaşaçı kinoteatrlara getməyə başlamışdır.
Sİzcə Ermənistanda kinoindustriyanın inkişafına təkan vermək üçün nə lazimdır?
İş burasindadır ki, mən az miqdarda filmlər çəkilən ölkələrdə kinoindustriyanın müstəqil inkişafına inanmıram. Kinoindustriya Fransada ola bilər, o, ümumiyyətlə , Avropada var. Avropa bütövlükdə elə kinoindustriyadır. Əgər Rusiya və Ermənistanı götürsək, üstəlik indi həm də Avroasiya kinoakademiya konsepsiyasını da icad etmişlər (bilavasitə Rusiya, Hindistan və Çinin iştirakilə Avroasiya kinoakademiyasının öz xüsusi mükafatı ilə təsis prosesi qızğın cağdadır və artıq 2017-ci ildə başa çata bilər-red.), onda bu formatda kinoindustriyanın təsəkkülu mümkündür. Bütün qüvvələri vahid məkanda toplamaq əla ideyadır, odur ki, yalnız inteqrasiya, həmçinin diaspor qüvvələrilə də! Ermənilərdə ənənəvı olaraq kinobiznesə meyl, və həmçinin talant var, pozisiallaşdırma isə başqa məsələdir. Onlar məhz Ermənistanı nadir hallarda təmsil edirlər.
Erməni kinoindustriyası var, ancaq o, əsas etibarilə Ermənistanda deyil, ya Moskva, ya da Hollivudda bazalanır. Bu kinoindustriyanın daxilində inteqrasiya çox vacibdir, ancaq bu yolda da müəyyən əngəllər mövcuddur. Hələlik Ermənistanın oz “Havatar”ı yoxdur. Bax, o gələndə dünya miqyasında auditoriyanı fəth etməkdən söz gedə bilər. Bəli! Hamı “Havatar”in gəlməsini istəyir, ancaq mən bunun tezliklə baş verə bələcəyini düşünmürəm.
Sız maneələrı xatırlatdınız, söz məhz hansı əngəllərdən gedir?
Başlıca çətinlik rəqabət, yetərincə təcrübənin olmaması və kadrların zəif hazırlığındadır. Hazirda bir çox ambisiyalı erməni Çın kinoindustriyasına inteqrasiya, yaxud heç olmasa, çinli həmkarları ilə əməkdaşlıq etməyə çalışır. Orda pulun olması aydındır, ancaq unutmaq olmaz ki, vəziyyət bir an isərisində dəyişir. Əlini necə deyərlər, nəbzin üstündə saxlayıb, məşhur ambisiyaları həyata keçirə bilən əsl istedadın yarandığı məqamı buraxmamaq lazımdır.Əslində onlar hər şeyi çoxdan biçilmiş ülgülər üzrə edırlər, ancaq necə olursa-olsun“talant” sözü-sehrli və müəyyənləşdiricidir. Numunə üçün, Harutyun Xaçaturyan spesifik istedada malikdir, biz əvvəlcədən bilirik ki, onun filmləri milyonlar gətirməyəcək, ancaq onun öz “taxçası” var. Onun filmləri festival filmləridir. Bir başqa cür istedad – sahibkarlıq, biznesmenlik istedadı da var. Bə əgər o üzə çıxarsa, biznesmen mütləq Hollivuda qaçmaq istəyəcək. Ancaq kökləri onsuz da burda qalacaq. Biz yeni səhnənin yaranmasını görəcəyik. Özünü azad hiss etmək lazımdır, dünya vətəndası olmaq və başlıcası, müstəsna olaraq öz sərhədlərinə, öz ənənələrinə gapanıb qalmamaqdır. Bu, hətta Rusiya kimi böyük ölkə üçün təhlükəli, kiçik ölkə üçün isə tamamilə məhvedicidir.
Söhbəti Armine Aqaronyan apardı.