Məşhur aktyor, “Çun-Kuk-Do” döyüş sənətinin yaradıcısı Çak Norris Azərbaycana gəlməyə hazırlaşır. Bunu “Apasport” saytına müsahibəsində cüdo döyüş sənəti cəmiyyətinin nümayəndəsi və Azərbaycan “Çun-Kuk-Do” mərkəzinin direktoru Sabir Süleymanov deyib.
Oxu.Az-ın xəbər verdiyi kimi, Süleymanov bildirib ki, Las-Veqasa səfəri zamanı o, Norrisin bağında qonaq olub və aktyoru Azərbaycana dəvət edib.
Onun sözlərinə görə, Norris dağ keçilərini ovlamağı çox sevir və ümumiyyətlə ovçuluq onun sevimli məşğuliyyətidir. Aktyoru Bakıya gətirən əsas səbəb də elə budur.
“Mən ona dedim ki, Azərbaycanda ov üçün əla yerlər var və onu ölkəmizə dəvət etdim. O da növbəti ilin sentyabrında gəlməyə söz verdi”, – Süleymanov deyib.