Artıq Yeni il qədəm qoymaqdadır, buna görə də hər bir ölkə, hər şəhər öz sakinlərinin sevimli bayramını yüksək səviyyədə qarşılamağa hazırlaşır. Azərbaycanın paytaxtı — Bakı artıq dünyanın ən gözəl şəhərləri sırasına daxildir. O, Qafqaz qonaqpərvərliyi, böyük miqdarda əyləncələr və olduqca gözəl memarlığı ilə məşhurdur.

Yeni ilin gəlişilə Bakı tanınmaz dərəcədə dəyişir: mərkəzi meydanlarda təsəvvürü məftun edən orijinal və yüksək səriştə ilə bəzənmiş uca yolkalar (milad, küknar ağacları) peyda olur, meydanlarda məşhur ulduzların konsertləri keçirilir, yarmarkalar açılır və neçə – neçə, daha çox- çox tədbirlər həyata keçirilir.

Bayrama hazırlıq Bakıda hər il Fəvvarələr meydanında «Soyuq əllər, isti qəlb» yarmarkasının açılması ilə başlayır. Tədbir Nargis Fundun təşəbbüsü ilə ardıcıl olaraq artıq altıncı ildir ki, keçirilir və 2019-cu il 6 yanvaradək davam edir.

Bu il meydanda təxminən 47 kiçik taxta ev quraşdırılıb ki, onlardan qohumlarınız və yaxınlarınız üçün Yeni il hədiyyələri – suvenirlər, kitablar, paltar və şirniyyat əldə etmək olar. Rahat kafelər isinmək üçün bir fincan ətirli çay və ya qəhvə, yenicə hazırlanmış təzə şirniyyat məmulatı, həmçinin milli yeməklər təklif edirlər. Hər gün əyləncə proqramı, konsertlər, viktorinalar və bir çox başqa tədbirlər təşkil olunur ki, burda təkcə bakılılar deyil, həmçinin paytaxtın turistləri də iştirak edirlər. Ənənəyə görə, yarmarkalardan toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və cərrahiyyə əməliyyatlarına yönəldilir.

Şəhərin Yeni il ənənələrindən biri hündürlüyü 37 metr təşkil edən ən böyük və əsas baş yolkanın qurulmasıdır. Ənənəyə görə, bu il də onu Azərbaycan Hökumət evi qarşısında «Azadlıq» meydanında ucaltmışlar. Bundan başqa, Yeni il yolkalarına Bakının digər hissələrində də — xalq gəzintilərinin ən çox keçirildiyi Bakı bulvarında, Fəvvarələr Meydanı, eləcə də, paytaxtın digər park və bağlarında da rast gəlmək olar ki, onların hər biri müxtəlif cür bəzədilmiş və öz qeyri-adi dizaynı ilə diqqəti cəlb edir.

Bu il paytaxtın «Sevirəm» adlı parkı xüsusilə fərqlənmişdir. O, müxtəlif işıq qurğuları, parlaq fiqurlar, işıqlanan tağlar və digər yeni il atributları ilə elə gözəl və sehrli bəzənmişdir ki – əsl nağıl təəssüratı yaradır. Bu parkda çox parlaq foto-şəkillər çəkmək və ən başlıcası, bayram əhval-ruhiyyəsi hiss edib yaşamaq olar.

Turistlər üçün Bakının ən əsas görməli yerlərindən biri Köhnə şəhərdir ki, o həmişə turistlərlə doludur. Odur ki, bu il Bakı şəhərinin «İçəri Şəhər» Tarix – memarlıq qoruğunun dövlət idarəsi hamını bir daha heyrətləndirmək qərarına gəlmişdir.

Köhnə şəhərin hər bir küçəsi, dalan və döngəsi, mərkəz hissəsi müxtəlif işıq qurğuları ilə bəzədilmişdir. Xüsusilə bura gələnlərin diqqətini ən çox Qız qalasının yanında qurulmuş qeyri-adi yolka cəlb edir. Yolka məşhur xarici rəssamların rəsmlərinin foto-məhsulları ilə bəzədilmişdir. Orada həmçinin əsl işıqsaçan və parlaq tunel qurulmuşdur ki, o nəinki gecə, hətta gündüzlər də yanır.

Bakı bulvarını hər il məxsusi olaraq bəzəyirlər. Ənənəvi bəzək və dekorasiya ilə yanaşı, onun üzərində müxtəlif cizgi filmlərindən maralların qoşulduğu xizək və kirşələr, eləcə də Disney qəhrəmanlarını təmsil edən konstruksiyalar quraşdırılmışdır. Bütün bunlarla yanaşı, işıq dirəklərindən tutmuş, ta şəhərin bütün prospektləri və mağazaların vitrinlərinədək hər şey xüsusi zövqlə bəzədilmişdir.

Bakıda bütün şəhər boyu və demək olar ki, hər bir yolka ağacı yanında müxtəlif nağılların qəhrəmanları ilə yanaşı, Yeni ilin əsas simvolu və baş personajları Şaxta Baba və Qar qıza da rast gəlmək olar ki, onların hər birilə puisuz olmamaqla şəkil də çəkdirmək olar.

Bu ilki bayram hazırlığının ötən ilkindən demək olar ki, elə bir böyük fərqı yoxdur, istisna təşkil edən yalnız yeni milad ağacları və qurğulardır ki, onların sayı ilbəil artır. Əminliklə demək olar ki, Bakı artıq 2019-cu ili qarşılamağa hazırdır.

Ənənəyə görə, bakılılar hər il olduğu kimi, bu il də bayramı kütləvi gəzinti və bayram süfrələri, eləcə də məşhur azərbaycanlı ifaçıların iştirakı ilə şən konsertlərlə keçirməyi planlaşdırırlar. Dekabr 31-i gecə yarısı isə, paytaxtın Dənizkənarı parkı ərazisində möhtəşəm atəşfəşanlıq olacaq ki, o, Bakının müxtəlif hissələrindən görünəcək. Əsl Yeni il nağılını görmək istəyən hər kəsi Bakıya dəvət edirik.

Hamının Yeni ili mübarək!

 

Cavadova Kəmalə