Xalq məsəlidir – geyərlər, əgər “Fasebook”da akkauntunuz varsa, sizə təqvim lazim deyil – siz onsuz da bütün bayramlardan xəbər tutacaqsız. Tutalım, elə Azərbaycanda sentyabrın 24-25-də qeyd olunan Qurban bayramından.
Qurban bayramı – müsəlmanların qurbankəsmə bayramıdır Onun əsasında Avraam və onun Allaha qurban etmək istədiyi oğlu İsaak haqqında hamıya məlum əfsanə durur ki, quya o vaxt Allah uşağı heyvanla əvəz etməyi buyurmuşdur. Bu əfsanə bir qədər dəyişmiş şəkildə Quranda da öz əksini tapmiş və bütün dünya müsəlmanları hər il öz arzularının yerinə yetməsi naminə kimi quzu, kimi isə, hətta inək qurban kəsir. Bir qayda olaraq qurbanlıq əti ehtiyacı olanlara, eləcə də qohum-qonşuya paylayırlar.
Azərbaycan kübar ölkədir. Dövlət dinə hörmətlə yanaşca da, onun Konstitusiyaya təsir göstərməməsinə çalışır. Əyani nümunə kimi lap yaxınlarda – yeni dərs ilinin başlanğıcında Azərbaycan məktəblərinin birində rəhbərliklə məktəbli qızın valideynləri arasında onların qızının məktəbə islam qaydalarına müvafiq olaraq hicabda getməyini israr etmələri üzündən mubahisə düşmüşdür. Bu hadisə heç də birinci və axırıncı deyil. Ancaq bu, artıq tamam başqa məsələdir, odur ki, gəlin, sözün hərfi mənasında qoyunlarımızın yanına qayıdaq.
Əksər bakılılar üçün Qurban bayramı bir neçə əlavə istirahət qünüdür. Və onlar bu mini-tətilləri bir qayda olaraq Tiflisdə keçirirlər, çünki yaxın və ucuzdur. Bakıda isə artıq çoxdan bizimkilərin öz müsəlman bayramlarını xristian şəhərində keçirib günahsız qurban getmiş quzuların ruhunu şad etmək üçün şərab içməyi üstün tutmaları ətrafında zarafat edırlər… Bu qəbildən olanlara yalnız qibtə etmək olar, cünki Rustaveli prospektində gəzərkən onlar Bakıda qalıb mübahisə edənlər və bu bayramın nə dərəcədə humanist, müdrik və məqsədjönlü olmasını müzakirə edərək vaxtlarını “öldürən”lərdən uzaqda qalmış olurlar. Heyvan müdafiəçiləri Qurban bayramını soyqırımı adlandırırlar.
Ateist və aqnostiklər bu bayramı rus üsyanı kimi mənasız və amansız, qurban kəsənləri isə öz günahlarını quzuların qanı ilə yumaga cəhd göstərən riyakar hesab edirlər.
Dindar adamlar bir-birlərini təbrik edir, hər cür rifah arzulayır və ümumiyyətlə yüksək əhval-ruhiyyədə olub bütün qalanlara təkəbbürlə baxırlar.
Həm dinə, həm də xırdabuynuzlu heyvanlara laqeyd olanlar isə sadəcə olaraq özlərini sosial səbəkələrdə təbrik açıqca və şəkillərində qeyd etməməyi, sms göndərməməyi tapşırırlar…
Daha bir kiçik, ancaq məzəli məqam – öz müştərilərinə təbrik sms-ləri göndərməklə hətta islamla ümumiyyətlə çox zəif əlaqəsi olanlar da daxil olmaqla bir çox firmalar məşğuldur. Məsələn, “Ayıq sürücü” xidməti.
Arayış əvəzi: islamda içki qadağandır, odur ki, “Ayıq sürücü”nun daimi müştərisi çox çətin qanuna sadiq müsəlman ola…
Ümumiyyətlə, müasir Azərbaycanda Qurban bayramının qeyd edilməsi bir növ yüngül, ancaq aydın fars təsiri bağışlayır.
Tutalım, elə onu qeyd edək ki, satışda qurbanlıq heyvanlar üçün gəlin gedən hind qızlarının ənənəvi bəzəklərinə bənzər xüsusi geyimlər peyda olmuşdur. Bəzədilmiş qoçlar yetərincə qorxunc görünür ki, bu da bayramın əleyhinə olanların əlinə daha bir bəhanə vermiş olur. Hərçənd … Uzun əsrlər boyu qeyd olunan dini bayrama nə qədər qarşı çıxmaq mümkündür? Odur ki, bu mübahisələr yalnız nəzəri səciyyə daşıyür – heç kim üçqat kübar olsa belə Azərbaycanı Qurban bayramından imtina etməyə sövq etmir. Ancaq hər halda ictimaiyyətdəki etiraz və narazılıqlar kifayət qədər böyükdür.
Veteranlar və Kənd təsərrüfatı nazirliyi üçün bu hər şeydən savayı, əlavə başağrısı dövrüdür. Bu il həmişə olduğu kimi, müvafiq orqanlar qurbankəsmə prosesinə ciddi sanitar nəzarəti qoymuşdur. Dövlət veterinar xidməti (DVX) heyvanları təkcə bazarlarda deyil, həmçinin bütün digər satış məntəqələrində xüsusi yoxlamaya məruz qoymuşlar. DVX-dən verilən məlumata görə, satıcılar onların məhsulunun satışa icazə almasına dair veterinar sənədləri təqdim etməli idilər. Necə…? Məgər bu, ümumiyyətlə məqbul və zəruri proses deyilmi? Bəlkə, bizdə heyvanları yalnız böyük bayramlar zamanı yoxlayırlar…?
Bundan əlavə, DVX mütəxəssisləri həm bayram ərəfəsi, həm də bayram günlərində heyvanın kəsilişi və ətin satışı prosesində iştirak etməli idilər.
Reydlər nəticəsində Bakının bəzi hissələrində bir sıra pozuntular aşkar edilmişdir. Xüsusilə küçələrdə heyvanların özbaşına kəsilməsi problem yaratmışdır. Dövlət veterinar xidməti bu “özfəaliyyəti” dayandıraraq, onunla məşğul olanları cərimələmiş və dezinfeksiya aparmışdır.
Bayram başa çatmış, onunla birgə mübahisələr də səngimişdir, ancaq ictimaiyyətin bir hissəsinin dirçələn dindarlığı və Avropa həyat tərzinə can atan digər hissəsinin köhnə ənənələr və müasirlikləri arasındaki münaqişə isə özlüyündə qalmaqda davam edir… Xoşbəxtlikdən, hazırda bu münaqişə elə bir kəskin səciyyə daşımır.