Bakıda damlara dırmaşan, ən hündür divarlara qalxan iki gənc görsəniz, təəccüblənməyin. Onlar “roofer” gənclərdir.
Onlar nəinki heç bir təhlükəsizlik tədbiri görmədən hündür damlara, divarlara çıxır, hətta bu hərəkətlərini lentə də alırlar. Elə gəncləri məşhurlaşdıran da sosial şəbəkələrdə yayılan videoları oldu.
Yayılan videoda “roofer” gənclər Yeni Yasamalda hündürlüyü təxminən 250 metr olan qülləyə dırmaşıblar.
Görüntülərə baxan sosial şəbəkə istifadəçiləri onların etdiyi hərəkətləri müsbət qarşılayıblar.
Qeyd edək ki, “roofing” ekstrim idman növü kimi bütün dünyada məşhurdur.