İranın Azərbaycandakı səfiri Моhsен Pakayin bildirib ki, Tehran “Şimal-Cənub” beynəlxalq nəqliyyat layihəsi çərçivəsində dəmir yolunun Qəzvin-Rəşt və Astara (İran) – Astara (Azərbaycan) sahələrinin tikintisinə başlamışdır.
Astara (İran) – Astara (Azərbaycan) sahəsinin tikintisini cari , Qəzvin-Rəşt hissəsinkini isə – 2017-ci ildə başa çatdırmaq planlaşdırılır. Eyni zamanda Rəşt-Astara dəmir yolunun tikintisi aparılacaq.
Astaraçay üzərində Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu körpüsünün tikinti layihə və xəritəsi artıq hazırdır. Tezliklə bu sənədlər Azərbaycan hökumətinə təqdim olunacaq. Qəzvin-Rəşt-Astara dəmir yolu “Şimal-Cənub” nəqliyyat dəhlizinin bir hissəsidir. Tikintiyə qoyulan investisiya $400 mln. təşkil edir.
“Şimal-Cənub” dəmir yolu Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirəcək.O, İran, Azərbaycan və Rusiya dəmir yollarını birləşdirən həlqə rolunu oynayacaq.
İlkin hesablamalara görə, dəmir yolunun ötürücülük qabiliyyəti ildə 1,4 milyon sərnişin və beş milyondan yeddi milyon tonadək yük təşkil edir. Bütün dəmir yolu boyu 22 tunel və 15 körpü tikiləcək.
Azərbaycanın cənub istiqamətindəki dəmir yol “sıçrayışı” həmçinin qərb istiqamətində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun realizəsi çərçivəsində işlərin sürətləndirilməsilə eyni vaxta təsadüf etmişdir.
Fevralın 12-də Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yol rəhbərlərinin növbəti görüşü keçiriləcək. Görüşün əsas mövzusu Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, bu layihənin statusu, hazırki mərhələdə mövcud olan problemlər və onların aradan qaldırılma yolları olacaq . Yolun inşasının tezliklə başa çatması ilə bağlı qərarlar qəbul olunacaq.
Ankara həmçinin öz ərazisində BTQ dəmir yolunun tikinti prosesini sürətləndirir. Türkiyənin Qars əyalətində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisini başa çatdırmaq üzrə sürətli iş aparılır. Qeyd etmək lazımdır ki, BTQ dəmir yolunun uzunluğu 79 km olan sahəsi Türkiyə ərazisindən keçir ki, onun 58 km-i Qars əyalətinin payına düşür.
İnfrastruktur layihələri bilavasitə Azərbaycanın maliyyə iştirakı ilə həyata keçirilir. Bakı BTQ-ın Gürcüstan hissəsinin tikintisi üçün 775 milyon dollar həcmində kredit ayırmışdır. layihənin maliyyələşdirilməsi Azərbaycan prezidentinin Fərmanına əsasən Dövlət neft fondu tərəfindən həyata keçirilir. Dəhlizin ən yüksək buraxılış qabiliyyəti ildə 7 milyon ton yük təşkil edəcək . İlkin mərhələdə bu göstərici bir milyon sərnişin və 6,5 milyon ton yük səviyyəsində olacaq.
Azərbaycan cənub – İran-Fars körfəzi və qərb istiqamətləri – Gürcüstan -Qara dəniz-Türkiyə ilə yanaşı Transxəzər nəqliyyat dəhlizi çərçivəsində Qazaxıstan və Türkmənistan üçün də tranzit ölkə və ya“Qərbə pəncərə”olmağa çalışır.
Xatırladaq ki, Türkiyə, Qazaxıstan, Azərbaycan və Gürcüstanın iri nəqliyyat-logistika operatorları yüklərin Çindən Avropaya daşınması üçün konsorsium yaratmışlar. Bu, Bakının Mərkəzi Asiya istiqamətində və geriyə ixrac-idxal əməliyyatlarını artırmağa, Azərbaycanın nəqliyyat arteriyalarını yükləməyə, eləcə də Xəzər dənizi-Qara dəniz dəhlizi üçün müvafiq infrastruktur yaratmağa imkan verəcək.
Azərbaycan hakimiyyəti Transxəzər nəqliyyat dəhlizi (“Şərq-Qərb”) həyata keçirilməsi üçün Bakının yaxınlığında, Ələt qəsəbəsində yeni liman istifadəyə vermişdir. Yeni beynəlxalq limanının tikintisi 2010-cu ilin noyabrında başlanmışdır. Port ildə 11,6 milyon tona qədər yük qəbul edə bilər. Güclü liman infrastrukturunun yaradılması yüklərin portla birləşəcək Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınmasının təmin edilməsi baxımından vacibdir. Xəzər dənizilə yük avtomobillərinin Türkiyədən Qazaxıstan və Türkmənistana daşınmasını sürətləndirmək üçün yaxınlarda “Azərbaycan Xəzər dəniz gəmiçiliyi” QSC “Professor Gül” bərəsini işə salmışdır. Hal-hazırda Xəzərdə vaqon və təkər texnikasının daşınmasını 11 bərə və iki Ro-Ro tipli gəmi həyata keçirir. Xüsusilə, 6 bərə və 1 Ro-Ro gəmisi Bakı-Aktau marşrutu, , daha 5 bərə və 1 Ro-Ro gəmisi isə Bakı-Türkmənbaşı xətti üzrə daşımalar həyata keçirir.
Beləliklə, Azərbaycan neftin qiymətinin aşağı düşməsi fonunda öz iqtisadiyyatını diversifikasiya etməyə çalışır, onun tranzit hissəsini inkişaf etdirərək, istər Mərkəzi Asiya və Çinin, istərsə də bilavasitə öz qonşuları — RF, İran və Gürcüstan üçün nəqliyyat-logistika qovşağına çevrilir. Türkiyəyə gəlincə, o, BTQ və Azərbaycan ərazisi vasitəsi ilə Xəzərə və türk dünyasına çıxır, Azərbaycan Ankaranın Avroasiya və Turana açılan “pəncərəsinə” çevrilir .
Azərbaycanın “Logistika diplomatiyası” sırf praqmatik və iqtisadi dividentlərlə yanaşı, həmçinin geosiyasi məziyyətlərə də malikdir. Tranzit ölkə statusu istər Aİ və ABŞ (Qərbin), istərsə də regional dövlətlərin — Türkiyə, İran, eləcə də 21-ci əsrin yeni geosiyasi qütbü — özünün Böyük ipək yolu strategiyasını həyata keçirən ÇXR üçün respublikanın əhəmiyyətini artırmış olur.
Anar İbrahimov