Bakıya doğru irəliləyən təhlükəli təbii fenomen haqqında KİV -də iki gün əvvəl məlum oldu. Azərbaycan Respublikasının Ekologiya və təbii resurslar nazirliyi temperaturun kəskin surətdə aşağı düşəcəyi və paytaxtda yanvarın 17-sində müşahidə olunan dəhşətli külək haqqında əvvəlcədən xəbərdarlıq etmişdi.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti bəzi yerlərdə saniyədə 40 metrə çatmış, açıq dənizdə dalğaların maksimum hündürlüyü 9,3 metr təşkil etmişdir. Bu səbəbdən dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə SOCAR neftçiləri evakuasiya еtmiş, «Azərbaycan Xəzər dəniz gəmiçiliyi» QSC isə, bir sıra profilaktik təhlükəsizlik tədbirləri (ASCO) həyata keçirmişdir.

Dünəndən etibarən Ekologiya və təbii sərvətlər nazirliyi aparatı, eləcə də Azərbaycan Milli hidrometeorologiya departamentində qərargah işləyir ki, o bütün dövlət qurumlarına məlumat ötürür. Bununla belə, qasırğa hər halda, biu sıra xoşagəlməz fəsadlarla nəticələnmişdir.

Şəhərin müxtəlif rayonlarında 100-dən artıq ağac kökündən qoparaq yerə aşmışdır. Bir neçə nəfər orta ağır xəsarətlə xəstəxanaya daxil olmuşdur. Bir kişi güclü külək zamanı özünü ayaq üstə saxlaya bilməyib müvazinətini itirlmiş və yıxılarkən başından zədə almışdır. İkinci kişinin üzərinə güclü küləyə dözüm gətirməyən darvaza düşmüş, üçüncüsü isə küləyə davam gətirməyib uçan reklam şitindən zərər çəkmişdir. Bundan başqa, yük maşını açıq məkanda hərəkətdə ikən aşmış, digər bir avtomobil isə yıxılan elektrik dirəyindən zərər çəkmişdir.

Azərbaycan Səhiyyə nazirliyi hava şəraitinin pisləşməsi ilə əlaqədar nazirin sərəncamı ilə daha güclü rejimlə işləyir. Analoji reıimlə həmçinin Azərbaycan respublikası Fövqəladə hallar nazirliyi, eləcə də Yol polisi işləmişdir. Azərbaycan Əmək və əhalinin sosial müdafiəsi nazirliyi evsizlər üçün 100-ə qədər adamın yerləşdiyi sığınacaq təşkil etmişlər.

Pis hava şəraitilə əlaqədar dünən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının sürəti aşağı salınmışdır. İcra hakimiyyətinin bütün qurumları müvafiq gücləndirilmiş rejimdə işləyir. İdarənin məlumatında sürücülərə şəxsi avtomobillərdən istifadə etməmək və ya onu sakit, təhlükəsiz yerdə dayandırmağa dair tövsiyə yer tapmışdır. Öz növbəsində, ictimai nəqliyyat və Bakı metropoliteni dünəndən gücləndirilmiş rejimdə işləyirlər.

Pis hava şəraiti Azərbaycan Gənclər və idman nazirliyinin planlarına da təsir göstərmişdir ki, nəticədə bir sıra yarış və gənclərin digər tədbirlərini ləğv etmək lazım gəlmişdir.

Elə bir panika və təlaş olmamasına baxmayaraq, vətəndaşların əksəriyyəti qasırğa proqnozundan həyəcanlanmış, ona görə də yanvarın 16-da demək olar ki, bütün hipermarketlər adamla dolu olmuşdur. Çörək və ən zəruri ərzaqlar mağazaların rəflərindən sadəcə olaraq «süpürülmüşdü». Yanvarın 17-si səhəri paytaxtın bir çox mağazalarında çörək yox idi. Bəziləri, xüsusilə, hava şəraitinə həssas adamlar xeyli dava-dərman tədarükü görmüşdülər.

Elektrik enerjisinin olmama və fasiləvermə ehtimalından ehtiyat edənlər şam tədarükü görmüşlər. Lakin Mərkəzi aparat və «Azərenerji» ASC –nin bütün müəssisələri gücləndirilmlş iş rejiminə keçdiyindən elə bir problem qeydə alınmayıb. Yalnız bəzi evlərdə qismən işıq yox idi.

Bakıya gələn bir qadının dediyinə görə, o, havanın belə kəskin surətdə dəyişməsinə təəccüb edir. Yanvarın 16-da Azərbaycan paytaxtında bahar ab-havası idi, bir gün sonra isə belə soyuq oldu. «Dərhal hiss olunur ki, sən küləklər şəhərinə gəlmisən. Mən «Bakı havası kimi dəyişkən» ifadəsinin mənasını indi başa düşürəm , — deyə Azərbaycana gəlmiş turist bildirmişdir.

Yerli vətəndaşlar çox donduqlarından təəssüratlarını bölüşə bilmək iqtidarında deyildilər. Lakin demək olar ki, hamı bir səslə qeyd etdi ki, çoxdan belə güclü küləklə üzləşməmişlər. İnsanlar ağaclardan yan keçməyə çalışır, daldalanmaq üçün ətrafda təhlükəsiz yer arayırdılar.

Yeri gəlmişkən, həmin günlər dövlət müəssisələri və özəl şirkətlərin bir hissəsi öz əməkdaşlarını evə buraxaraq iş gününü ləğv etmişlər. Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar «Ölkənin bütün təhsil müəssisələrində tədris prosesinin dayandırılması haqqında» fərman imzalamışdır.

Amma ədalət naminə qeyd etmək lazımdır ki, əgər bütün dövlət və qismən qeyri-dövlət qurumları profilaktik tədbir və qərarlar qəbul etməsəydilər nəticələr daha fəlakətli ola bilərdi. Bütün idarələr əlbir fəaliyyət göstərmişlər.

Onu da qeyd etmək lazımdır ki, əlverişsiz hava şəraiti ştat rejimdə işləyən və işləməkdə davam edən Heydər Əliyev adına Beynəlxalq hava limanının fəaliyyətinə öz təsirini heç cür göstərə bilməmişdir.

 

Günel Мəmmədli