Sentyabrın 18-dən 28-dək Bakıda Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib. Məlumata görə, festivalda Rusiya, Latviya, Estoniya, Suriya, İtaliya, Kanada, Türkiyədən tanınmış musiqiçilər və kollektivlər – Liyepaya Simfonik orkestri, Gürcüstan Kamera Orkestri, Rusiya Nəfəs Alətləri Kvinteti, Saksofon kvarteti, Mişel Kampanella, Oleq Poxanovski, Tanel Joamets, Azmex Kinan, Miina Yarvi və başqaları iştirak edəcəklər.