Bakıdakı Müasir İncəsənət Mərkəzində Rusiya-Gürcüstan müharibəsinə həsr olunmuş fotosərgi keçirilib. Sərgi Gürcüstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub. Sərgidə 2008-ci ildə baş verən hadisələrlə bağlı fotolar nümayiş olunub. Fotoların müəllifi Ceyms Consdur.

Tədbirin açılışında çıxış edən Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze bu sərgi ilə XXI əsrdə yeni “Berlin divarları”nın necə tikildiyini və torpaqların ayrılması prosesinin necə baş verdiyini göstərmək istədiklərini deyib. Bu barədə APA xəbər verir.