Azərbaycanda son günlərin mərkəzi hadisəsi Avropanın “Formula-1” – Qran-pri avtoyarışları üzrə dünya çempionatının səkkizinci mərhələsi oldu.
Вakı mərhələsində 11 komanda tərkibində 22 pilot-sürücü iştirak etmişdir: “Mercedes” — Niko Rosberq və Lyuis Хemilton, “Ferrari” — Sebastyan Fettel və Кimi Raykonnen, “Williams” — Felipe Massa və Valtteri Bottas, “Red Bull” — Daniel Rikkardo və Max Ferstappen, “Force India” — Sergio Perez və Niko Xülkenberq, “Renault” — Colion Palmer və Kevin Маqnussen, “Toro Rosso” — Daniel Кvyat və Karlos Sаyns, “Sauber” — Markus Erikson və Felipe Nasr, “McLaren” — Fernando Alonso və Censon Batton, “MRT” — Rio Хаryanto və Paskal Verlyayn və “Haas” — Esteban Gutierrez və Roman Qrojan.
Yeni Тilke halqası
Bakıdaki yarış halqası təşkilatçılar tərəfindən elə tərtib edilmişdir ki, ona daxil olarkən pilot və milyonlarla televiziya tamaşaçıları Bakının YUNESKO-nun Ümumdünya mədəni irs siyahısına daxil olmuş İçərişəhər hissəsi, eləcə də paytaxtın müasir abidələri və Sahilyanı parkı ilə tanış ola bilsinlər.
Layihənin müəllifi demək olar ki, “Formula-1”-in bütün yeni yollarınin memarı German Tilke idi. “Formula-1”-ə həsr olunmuş ixtisaslaşdırılmış saytların qeyd etdiyi kimi, Bakıdaki yol – ən sürətli şəhər yollarındandır və dairəsinin uzunluğuna görə yalnız Spadan, döngələrin sayına görə isə Sinqapur və Əbu-Dabidən geri qalır, həmçinin ntcə deyərlər,saat əqrəbinin əks istiqamətində fırlanır. Hesablanmış maksimal sürət 340 km/s, minimum isə– təxminən 80 km/saatdır.Müvəqqəti tribunalarda 30000 tamaşaçı yerləşir.
Yolun ən enli sahəsi 13 metr, ən dar sahəsi isə, İçərişəhər ətrafında yeddinci və səkkizinci döngədə — 7,6 metrdir. Yarış üçün dövrə yolunun uzunluğu 6,006 km , ümumi məsafə — 306,306 km, dairələrin sayı — 51, döngələrinki isə 20-dir (12 sol və səkkiz sağ). Dairəni qət etmək vaxtı —1.41.0, ancaq çox şey parametrlər və asfaltın vəziyyətindən asılıdır.
Yarışın şəhərin mərkəzindən başlamalı olması ilə əlaqədar, pilot və təşkilatçılar ilk növbədə yolun səviyyəsilə maraqlandılar. Mətbuat konfransında çıxış edən “Formula-1” komandalarının nümayəndələri Frederik Vаssеr (Reno), Roberto Boçafolli (Pirelli), Erik Bulyer (МкLaren), Gen Haas (Haas), Toto Vulf (Mercedes) və Кlari Vilyams (Vilyams) təcrübədən sonra Bakıdaki yolu necə qiymətləndirdiklərini müzakirə etdilər.
“Komandamız üçün təcrübə kifayət qədər uğurlu oldu. Bu gün bizdə hər şey alındı. Biz sürəti saatda 350 km-dək çatdıra bildik ki, bu, xüsusilə Köhnə Şəhərin son dərəcə dar sahəsini nəzərə alsaq, çox yaxşı nəticədir.Yol şəxsən mənim çox xoşuma gəldi, o, ruhlandırıb ilham verirdi. Bu, nəsə yeni bir şey, və ən başlıcası, çətin, amma maraqlı idi. Bazar günü dramatik olacaq”, – deyə Mersedesin nümayəndəsi Toto Vulf vurğuladı.
Öz növbəsində МкLaren nümayəndəsi Erik Bulyer bildirmişdir ki, pilotlardan yolun keyfiyyəti ilə bağlı şikayət daxil olmayıb.
“Bu o deməkdir ki, hər şey yaxşıdır. Toto ilə razıyam, bura əfsanəvi yerdir. Bütün bunlardan ümumi təəssürat yalnız ən yaxşıdır. Biz bu yolların xüsusiyyətləri nəzərə alınmaqla maşınları lazımi texniki vəziyyətə gətirmişik. Dünən bir neçə toqquşma qeydə alınıb, amma bu, yeni trası sınaqdan keçirən zaman normal haldır. Qlobal mənada gün baş tutdu. Mən əminəm ki, bazar günü şou çox maraqlı və cəlbedici olacaq”.
Bakı mərhələsinin “Lehinə” və “Əleyhinə”
Aydındır ki, belə bahalı tədbirlərin aparılması suallar doğurmaya bilməz. Və əlbəttə ki, ölkədə bir çoxları belə mötəbər yarışın keçirilməsi naminə sərf olunan vəsaitə görə narazı idi. Müxtəlif hesablama və rəylərə görə, tədbirə 200 milyondan 300 milyon dollaradək vəsait sərf olunmuşdur.
Qeyd etmək lazımdır ki, paytaxt çoxdan şəhərdə “Formula-1” mərhələsi günlərində olduğu qədər piyada görməmişdi — Bakının əksər sakinləri şəhər mərkəzilə piyada hərəkət etmək məcburiyyətində qalmışdı. Bununla belə, heç kim narazılıq bildirməmişdi, çünki paytaxt sakinlərinin əksəriyyəti yarışların keçirilməsini şəhər üçün əla reklam hesab edirlər.
“Formula-1”-ə ən ucuz bilet bakılılara 20 dollara başa gəlmişdir. Bu məbləğə təqdim olunan bütün əyləncələrdən istifadə, gün ərzində dünya və yerli ulduzların konsertlərinə baxış, həmçinin yarışlara tamaşa daxildi. Bu biletlər və daha bahalıları arasındakı fərq yalnız tribunalardaki oturacaq yerlərinin mövcudluğundan asılı idi. Bütün üç gün və bütün tədbirlər üçıün bilet 90 dollara başa gəlirdi. Qeyd edək ki, Azərbaycan vətəndaşları tərəfindən yalnız biletlərin 40% alınmışdı.
Bakıya turist axınını məhz bu yarışın stimullaşdıracağı gözlənir. Sabiq iqtisadiyyat nazirinin müavini, ekspert Oqtay Haqverdiyev bildirdi ki, “Formula-1”-in keçirilməsində bir çox müsbət amillər var.
Xaricdə “Formula” çox məşhurdur. Onun bilet alaraq yarışların ardınca ölkədən-ölkəyə səyahət edən daimi azarkeşləri var Bu dəfə Azərbaycana 20 000-dən çox turist gəlmişdi. Dörd gün ərzində onlar yaşamaq yerinə (mehmanxana və özəl mənzil arendatorlarına), qidalanmağa (restoran), mağazalarda alış-verişə pul xərcləmiş, bulvar və promzonalarda içkl və yeməklərin, həmçinin nəqliyyat vasitələrinin haqqını və s. ödəmişlər. Və yenə də uçuş, çoxları Bakıya AZAL-la (Azərbaycan Hava yolları) ilə gəlmişlər.
Bundan başqa, yarışların finalının beynəlxalq TV kanalları ilə yayım hüququ da həmçinin satın alınır. Ümumiyyətlə, hələ perspektivlər bir yana, böyük mənfəətlər üçün bir çox amillər yaranır. Buraya qısa müddətə ilk dəfə gələnlərin bir çoxu Azərbaycanı yaxından tanımaq üçün yenidən ora qayıdacaq. Üstəlik, bu gün Azərbaycan turizm sahəsində daha üstün mövqelərə çıxmışdır “, – deyə ekspert “Azərbaycan xəbərləri” («Новости-Азербайджан») agentliyinə bildirmişdir.
Qeyd etmək lazımdır ki, ekspertlər və turizm аgеntliklərinə əsasən, “Formula-1”-dən sonra Bakıya gəlmək istəyənlərin sayı kəskin şəkildə artıb ki, bu da onu göstərir ki, yarış mərhələsinin keçirilməsinə qoyulan vəsaitin əvəzi qat-qat geri qayıdır.
Rosberqin Bakı təntənəsi
Mercedes komandasının almaniyalı pilotu Niko Rosberq səkkizinci mərhələnin kvalifikasiyasında ən yaxşı vaxt göstərdi. İkinci yeri Force Indiadan olan meksikalı Sergio Perez tutmuş, amma maşının ötürücü qutusunu dəyişməli olduğu üçün 5 mövqe üzrə cərimələnməsi nəzərə alınmaqla startı yeddinci olaraq götürməyə məcbur olmuşdur. Beləliklə, ikinci mövqedən maşın yürüşünə Red Bulldan olan avstraliyalı Daniel Rikkardo, üçüncüdən isə Ferraridən olan alman Sebastyan Fettel çıxmışdır.
“Toro Rosso”dan olan Rusiya raceri Daniel Кvyat komandaya qayıdandan sonra ilk dəfə öz ispaniyalı tərəfdaşı Carlos Sаynsı-kiçik (13-cü) qabaqlayıb 7-ci nəticə göstərdi. Peresin cəriməsi nəzərə alınmaqla Кvyat altıncı olaraq başladı, ancaq bolidi maşın hissəsinin sınması üzündən yeddinci dövrədən çıxmağa məcbur oldu.
Bakı mərhələsinin qalibi isə Mercedes komandasından olan Niko Rosberq oldu. Finişə ikinci olaraq Ferraridən olan Sebastyan Fettel, üçüncü isə Force Indiadan olan Peres çıxdı.
Azərbaycan tədbiri ləyaqətlə keçirə bildi, Bakı isə öz adını dünyanın tanınmış şəhərləri sırasına həkk etdi. Və qeyd etmək lazımdır ki, Azərbaycanın “Formula-1” ilə müqaviləsi 5 il müddətinə imzalanıb və deməli, bu, ən yaxşı dünya pilotlarının “küləklər şəhəri”nə son səfərləri deyil.
Bir çox ekspertlərin qeyd etdikləri kimi, Azərbaycanın avtoyarışlarin ilk mərhələsinin keçirilməsinə böyük vəsait qoymasına baxmayaraq, sonraki mərhələlər qat-qat ucuz başa gələcək, çünki bütün zəruri infrastruktur artıq hazırdır. Bu isə Azərbaycana və onun paytaxtıha yeni turizm “Məkkəsi” olmağa kömək edəcək.
Hazırlayanı Nicat Hacıyev