Bakı rusların avqust ayında istirahət etmək üçün üz tutduqları yaxın xaricin ən populyar şəhərləri onluğundadır. Bu barədə Rusiyanın “Oktogo.ru” onlayn otel sifarişi xidmətinin məlumatında bildirilir.
Fins.az xəbər verir ki, “Oktogo.ru”nun statistikasına görə, şəhərlərin reytinqi müstəqil turistlərin 1-31 avqust 2015-ci il tarixlərində otel sifarişi məlumatlarına əsaslanır. Siyahıda Tbilisi, Almatı, Kiyev, İrəvan, Astana, Bişkek, Kişinyov və Daşkəndin də adı var.
Məlumata əsasən, səyahət üçün ən büdcəli şəhər Bişkek (Sutkalıq oteldə qalma qiyməti 19 ABŞ dollar), ən bahalı şəhər isə Bakıdır (92 dollar) . Turistlər Minskdə oteldə bir gecə qalmağa görə orta hesabla 46 dollar, Tbilisidə 49 dollar, Almatı da isə 77 dollar sərf edirlər.