Məlum olduğu kimi, Azərbaycanda Böyük Vətən müharibəsində faşizm üzərində qələbə rəsmi və ümumxalq bayramı kimi qeyd olunur. Böyük qələbənin 72-ci ildönümü ərəfəsində, paytaxt Bakı və respublikanın müxtəlif bölgələrində bir sıra təntənəli tədbirlər keçirilmişdir. Bu da təsadüfi deyil, axı, Azərbaycan keçmiş SSRİ-nin on beş subyektindən biri olmaqla Hitler Almaniyası üzərində qələbəyə öz xüsusi, daha doğrusu çox böyük töhfəsini vermişdir.

Yeri gəlmişkən,qeyd edək ki, «А» təyinatı kod altındaki ordu qrupunun əsas vəzifəsi Bakını tutmaq və beləliklə, Bakı neftini ələ keçirmək üzrə Hitler planını həyata keçirmək idi. Azərbaycan müharibə illərində başlıca neft və neft məhsulları təchizatçısı idi. Azərbaycan neftçiləri bütün  ölkənin 80%-ə qədər yanacağını istehsal etmiş və yalnız müharibənin birinci ili 23,5 milyon ton neft tədarük eləmişlər. Hərbi ehtiyaclar üçün isə cəmi 75 milyon tondan çox Bakı nefti göndərilmişdi. 10 mindən artıq Azərbaycan neftçisi Başqırdıstanda və Perm vilayətində «ikinci Bakı»nın tikintisinə göndərilmişdilər.

Sovet İttifaqı marşalı Georgi Jukov faşizm üzərində qələbədə Azərbaycanın  rolu və töhfəsi haqqında, demişdir: «Bakı neftçiləri cəbhəyə və ölkəyə Vətənimizi müdafiə və düşmən üzərində sürətli qələbə üçün, lazım olan qədər yanacaq verirdilər».

Azərbaycanda 130-dan çox növdə silah və döyüş sursatı istehsal olunurdu. Vətəndaşlarımız öz şəxsi əmanətlərindən 15 kq qızıl, 952 kq gümüş, 320 milyon manat toplayıb müdafiə fonduna vermişdilər. Cəbhəyə 1,6 milyon ədəd zəruri mal və 125 vaqon isti paltar göndərilmişdi. Bakı müəssisələri 1942-ci ilin yayına doğru yalnız Leninqrad üçün 2 vaqon qara kürü, 40 ton quru meyvə, 12 vaqon pomidor-püre, şirə və digər ərzaq məhsulları, eləcə də, dava-dərman və sarğı ləvazimatı göndərmişdi. Stalinqrada, Stavropol və Krasnodar diyarlarına xeyli ərzaq, avadanlıq və pul yardımı göstərilmişdi. Bakı müəssisələri DneproHES, Azov portu və digər mühüm obyektlərin bərpasında iştirak etmişlər.

Баку
Баку

Böyük Vətən müharibəsi illərində Bakıda və respublikanın başqa şəhərlərində onlarla hərbi qospital fəaliyyət göstərirdi. Rəsmi məlumata görə, azərbaycanlı həkimlər 1,5 milyon hərbi qulluqçunu həyata qaytarmışlar ki, onların bir qismi öz talelərini müharibədən sonra həmişəlik olaraq Azərbaycanla bağlamışlar.

Azərbaycan 1942-ci ildən «Lend-Liza»üzrə yüklər üçün «cənubi həyat yolu» oldu ki, alman diversantları onu aradan qaldırılmağa çalışırdı. ABŞ-nın SSRİ üçün ayırdığı yükün yarısı demək olar ki, Bakıdan keçirdi.

Bakıya qəhrəman şəhər adı vermək mövzusu müxtəlif dərəcəli intensivliklə indi uzaq 1965-ci ildə bu adın ilk dəfə olaraq SSRİ-nin yeddi şəhərinə verilən vaxtdan müzakirə olunur. Qərar isə Sovet İttifaqı Ali Sovetinin Rəyasət heyəti səviyyəsində qəbul olunurdu. Sonralar, qəhrəman şəhərlərin siyahısı genişlənən zaman, Bakıda  haqlı olaraq gözləyirdilər ki, Azərbaycanın paytaxtı Qələbə məsələsindəki fəaliyyətinə görə bu ada layiq görüləcək. Ancaq sovet məmurlarının məntiqinə görə, «qəhrəman» yalnız bilavasitə döyüş zonasındaki şəhərlər ola bilərdilər.

«Dövlətlərarası qəhrəman şəhərlər birliyində əlbəttə, Bakının qələbədəki rolunu etiraf edirlər. Lakin statusu müəyyənləşdirə bilmirlər», – deyə Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri Ziyafət Əsgərov jurnalistlərə bildirərək əlavə edib ki, ölkə Rusiyadan Bakıya «qəhrəman şəhər» statusu verilməsi üzrə qərar gözləyir.

«Bu məsələ dəfələrlə Azərbaycan tərəfindən parlament  səviyyəsində  qaldırılmışdır və biz ədalətli qərar gözləyirik», – deyə birinci vitse-spiker qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan tərəfindən bu məsələnin müzakirəsi hələ Rusiya Federasiyasının Dövlət dumasında Gennadi Seleznyovun sədrliyi dövründə təşəbbüsləndirilmişdi.

«Rusiya — SSRİ-nin qanuni varisidir və biz tarixi ədalət tələb edirik. Azərbaycana kiminsə mərhəmət və iltifatı lazım deyil. Biz yalnız tarixi faktı – Böyük Vətən müharibəsində qələbənin həmçinin Azərbaycan xalqının əməyi və Bakı neftinin hesabına qazanılmasının təsdiq olunmasını tələb edirik. Dünya bu tarixi faktı bilməli və etiraf etməlidir», – deyə Əsgərov bildirmişdir.

Öz növbəsində, Milli Məclisin deputatı Mixail Zabelin, həmçinin Bakıya qəhrəman şəhər adı təqdim olunmasını ədalətli hesab edir.

«Biz Rusiyada bu məsələni qaldırmışıq və bizdən soruşurdular: Bakını kim mükafatlandırmalı və ya ona şəhər-qəhrəman adını kim verməlidir. Rusiya? Xarici dövlət? Onun buna nə dəxli var? Biz özümüz? Nəsə, bizim özümüzə qəhrəman şəhər adı verməmiz münasib və xoşagələn iş deyil», – deyə o bildirib.

Мемориал в Баку, установленный в память об участниках Великой Отечественной войны 1941—1945 гг.
Мемориал в Баку, установленный в память об участниках Великой Отечественной войны 1941—1945 гг.

Bakı dövlət universitetinin professoru Elmira Мuradəliyevanın sözlərinə görə, Azərbaycanın neft amili olmadan SSRİ 1941-45-ci illərin müharibəsində Almaniyaya qalib gələ bilməz, təyyarə və tanklar isə sadəcə, bir metal qalağına dönərdi.

«Və yaddan çıxarmaq lazım deyil ki, Qələbəyə Bakının töhfəsi —bu, təkcə neft deyil. Bakı demək olar ki, cəbhəyanı şəhər rejimi, daim bombardman və  işğal təhdidi altında yaşamışdır. Bütün çətinliklərə baxmayaraq, onun sakinləri cəbhə üçün qəhrəmancasına çalışmış, o illər Rusiya, Ukrayna və Belarusdan minlərlə qaçqınıa öz evlərində sığınacaq, qida və isti ocaq vermişlər… Bu kiçik respublikadan yüz minlərlə kişi cəbhəyə getmiş və geri qayıtmamışlar. Və bütün bunlara baxmayaraq, Bakı beləliklə, Qəhrəman şəhər statusuna layiq görülməmişdir?… », – deyə Мuradəliyeva Dalma Newslə söhbətində vurğulamışdır.

Bakının qəhrəman şəhər adı alıb almayacağından asılı olmayaraq, Azərbaycan başqa bir şeyə nail olmalıdır, və məhz: qələbədəki pay və rolu, xüsusilə neftçilərin töhfəsi şübhəyə məruz galmamalıdır.

Hazırlayanı Məqsud Talıblı